Hindistan nüvə silahı daşıya biləcək ballistik raketləri sınaqdan keçirib

2019/11/15180-1574322554.jpg
Oxunub: 534     10:29     21 Noyabr 2019    
Hindistan Strateji Qüvvələri noyabrın 20-də "Prithvi-II" qısa mənzilli ballistik raketlərinin iki uğurlu sınağını həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, uçuş məsafəsi 350 km olan ballistik raketlərin sınaqları Orissa əyalətinin sahilindəki Abdul Kalam adasındakı sınaq poliqonundan mobil qurğular vasitəsi ilə həyata keçirilib.

Bildirilir ki, onların uçuşu Benqal körfəzi üzərində baş tutub. Məlumata görə, raketlər yüksək dəqiqliklə təlim hədəflərinə zərbələr endirib.

Qeyd edək ki, uçuş zamanı manevrlər edə bilən "Prithvi-II" raketi həm nüvə, həm də 0,5-1 ton ağırlığında şərti döyüş başlığı daşımaq gücünə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Raket   Sınaq  

Hindistan nüvə silahı daşıya biləcək ballistik raketləri sınaqdan keçirib

2019/11/15180-1574322554.jpg
Oxunub: 535     10:29     21 Noyabr 2019    