Erməni hüquqşünas: “Rus dili bizim baş nazirimizin parlaq tərəfi deyil”

2019/11/maxre-1574247369.jpg
Oxunub: 670     16:55     20 Noyabr 2019    
“Ermənistan Baş naziri Nikol Paşinyan Qareqin Njdenin şəxsiyyətinin qiymətləndirilməsi haqqında belarusiyalı jurnalistin sualına cavab verərkən, həmçinin Ermənistanda və Rusiyada Njdenin şəxsiyyətinin müxtəlif qavrayışlarına toxunarkən əsas vurğunu o şeyin üzərinə qoydu ki, Njde qəhrəmandır və ermənilərin varlığı üçün mübarizə aparıb”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi tarixçi, hüquqşünas Mher Hakobyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Paşinyan Njdeh nasist liderləri ilə “danışsa” belə, sovet liderləri və xüsusilə də Molotov kimi digər şəxslərlə də “söhbətləri” olduğunu bildirib.

“Qoy mənim bu ədəbsizliyim bağışlansın, lakin möhtərəm Baş nazirə deməliyəm ki, bu, məsələnin yalnız bir tərəfidir və bu kimi incə suala bu cür yüksək tribunadan cavab verərkən hərtərəfli yanaşma nümayiş etdirmək lazım idi.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bəli, Njde 1918-ci ilin may döyüşlərində iştirak etsə də, onun erməni xalqı qarşısında danılmaz töhfəsi yalniz bu deyil, həmçinin qısa desək, Zəngəzurdur.

Yeri gəlmişkən, hər halda bu cür vacib suallara erməni dilində cavab vermək lazımdır, çünki hər halda rus dili bizim Baş nazirimizin parlaq tərəfi deyil, o, çox vaxt hətta sözləri seçməkdə və ya sözləri rus dilində düzgün tələffüz etməkdə çətinlik çəkir”, - deyə Hakobyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan   Rus-dili   Njde  

Erməni hüquqşünas: “Rus dili bizim baş nazirimizin parlaq tərəfi deyil”

2019/11/maxre-1574247369.jpg
Oxunub: 671     16:55     20 Noyabr 2019    