Moskvada MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclası keçirilir

2019/03/15535-1553603661.jpg
Oxunub: 707     12:43     20 Noyabr 2019    
Moskvada MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclası keçirilir.

Ordu.az xəbər verir ki, iclasda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da iştirak edir.

İclasda Təhlükəsizlik Şuraları katibləri MDB məkanında regional təhlükəsizliyin təmin olunmasını, təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlıq, ABŞ-ın suveren dövlətlərin daxili işlərinə qarışmasını müzakirə edəcəklər.

Eyni zamanda iclasda qlobal təhlükəsizlik və strateji sabitliyə aid mövzulara da baxılacaq.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iştirakçı ölkələrin bugünkü iclasda MDB məkanında təhlükəsizliyin təmin olunması məqsədi ilə mövcud problemlərin həllinə birgə yanaşmaları işləyib hazırlayacaqlarını qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Moskva    

Moskvada MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclası keçirilir

2019/03/15535-1553603661.jpg
Oxunub: 708     12:43     20 Noyabr 2019    