Utopistləri təəccübləndirən strategiya və 15 dəfə artan kreditli gəlirlər – ANALİZ (EKSPERT)

2019/11/1280p-1574408672.jpg
Oxunub: 1832     12:16     22 Noyabr 2019    
Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkəsinin 2050-ci il üçün iqtisadi və sosial hədəflərini açıqlayaraq bildirdi ki, 30 il sonra maaşlar yeddi dəfə artacaq, əhalinin sayı beş milyon nəfəri ötəcək. Bununla yanaşı, ölkədə ümumi daxili məhsul artacaq və 1,5 milyon yeni iş yeri açılacaq.

Təbii ki, bu, erməni hökumət başçısının, ictimai fikri Ermənistanda hər gün artan sosial-iqtisadi böhrandan yayındırmaq, cəmiyyətin diqqətini gələcəyə yönəltməklə ölkədaxili siyasi mühitdə yumşalma əldə etmək cəhdindən başqa bir şey deyil.

Reallıq isə tam əksini ifadə edir. Ən azından, ölkədə demoqrafik göstəricilərə nəzər yetirmək kifayət edir ki, Paşinyanın söykəndiyi “tutarlı arqument”lərin çürüklüyünü çılpaqlığı ilə görmək mümkün olsun. Çünki, Ermənistanda əhalinin kəskin azalması bu ölkənin özünün rəsmi statistik rəqəmlərində aydın görünür.

Statistikanı qorxunc hala salan rəqəmlər…

2019-cu ilin son altı ayı ərzində Ermənistanda daimi əhalinin sayı 3700 nəfər azalaraq, 2 milyon 961 min 600 nəfər təşkil edib. Bununla paralel doğuş sayı azalır, ölüm halları isə artır.

Paşinyan ümumi daxili məhsulun (ÜDM) həcminin qarşıdakı 30 il ərzində 15 dəfə artacağını proqnozlaşdırır. Dünya şöhrətli və yerli ekspertlər isə bunun mümkünlüyünü istisna edirlər. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Ermənistanda ÜDM-in həcmi 17 milyard dollar, adambaşına düşən miqdarı isə 5.7 min dollardan çox olmayacaq.

Həmçinin Dünya Bankının proqnozuna görə, Ermənistanda ÜDM-in artımı ləng gedəcək, mal və xidmətlərin ixracatı daha da aşağı düşəcək.

Dünya Bankının ekspertləri hesab ediblər ki, Ermənistanda iqtisadi tənəzzülün yaranması ehtimalı həm də rəsmi İrəvanın tərəfdaşlıq etdiyi ölkələrdə baş verəcək siyasi-iqtisadi gərginliklərlə sıx bağlı ola bilər.

Paşinyan öz strategiyasını əks etdirən hesablamalarda 2024-cü ildə ÜDM-nin 22 milyard dollar, adambaşına təxminən 6,6 min dollar olacağını iddia edir. Amma Beynəlxalq Valyuta Fondunun proqnoz xarakterli hesabatlarında göstərilir ki, Ermənistanda hələ uzun müddət idxal ixracı üstələyəcək. Bu isə, erməni baş nazirin ortaya atdığı “fantastik inkişaf”ın üstündən qırmızı xətt çəkir…

“SOS” siqnalına oxşayan hesabatlar

Təkcə Amerika Birləşmiş Ştatları 1992-ci ildə İrəvanda səfirlik açdığı vaxtdan bu yana, bu ölkədə infrastruktur, səhiyyə və sosial xidmət layihələrinin icrası və inkişafı adı altında kifayət qədər böyük məbləğdə investisiyalar yatırır, təmənnasız maliyə yardımları edir. Buna baxmayaraq, bütün bunlar, Ermənistanı yoxsulluq səviyyəsindən xilas edə bilmir. ABŞ, eləcə də, erməni lobbisinin güclü olduğu digər Qərb dövlətləri tərəfindən yatırılan saysız-hesabsız sərmayələrin fonunda ölkədən miqrasiyanın azalması, iqtisadiyyatın inkişafı və buraya investisiya axınının artması müahidə olunmur.

Ermənistan Maliyə Nazirliyinin açıqlamalarına görə, 2019-ci ilin sonunadək ölkənin aldığı kreditin həcmi 490 milyon dollara çatacaq. İndiyədək aldıqları kredit borclarının müəyyən hissəsini qaytarmaq üçün rəsmi İrəvan 740 milyon dollar geri ödəməli olacaq. Bir sözlə, bu ölkənin təkcə bir il ərzində borc yükü 250 milyon dollar çoxalacaq.

Son 25 il ərzində müəyyən proqram və layihələrin icrası məqsədilə ABŞ-ın Ermənistana ayırdığı maliyyə yardımları göstərir ki, rəsmi İrəvan iqtisadi asılılıqdan xilas ola bilmir, yeni infrastruktur və sosial inkişafı əhatə edən layihələrin və əhalinin minimum yaşayış tələbatının maliyələşdirilməsini növbəti kreditlərin hesabına təmin etmək məcburiyyətindədir. Təkcə 2000-ci ildə ABŞ-ın Ermənistana maliyyə yardımı 102,4 milyon dollar təşkil edib.

2004-cü ilin yazında Vaşinqton İrəvanla yetərincə böyük məbləği əhatə edən hərbi-texniki müqaviləyə imza atıb. 2005-ci ildə Ermənistan Birləşmiş Ştatlardan növbəti dəfə 5 milyon dollar həcmində hərbi yardım əldə edib. Həmin ildə ABŞ Ermənistan Silahlı Qüvvələrinin rabitə sistemini modernləşdirmək üçün əlavə 7 milyon dollar ayırıb. Təbii ki, anoloji hərbi maddi-texniki dəstək sonrakı illərdə də yerinə yetirilib.

Bundan əlavə, Erməni-Amerika strateji dialoq komissiyasının 2019-cu ilin mayında İrəvanda keçirilən görüşündə USAİD-lə imzalanan iki sənədə əsasən, özəl sektorun və demokratiyanın inkişafını nəzərdə tutan müqavilənin müddəti uzadılıb, bu məqsədlə ABŞ-ın ayırdığı yardım paketinin miqdarı 8,5 milyon dollara qədər artırılıb.

Artırılan müqavilələr, nəticəsiz layihələr

2013-cü ildən indiyədək bu müqavilə əsasında USAİD Ermənistana 35,1 milyon ABŞ dolları məbləğində yardım göstərib.

2013-cü ildə rəsmi Vaşinqton və İrəvan iqtisadi əməkdaşlığını nəzərdə tutan müqavilənin də müddəti uzadılıb və yardımın 7,5 milyon dollar artırılmasına nail olunub. Nəticədə, təkcə iqtisadi sferanı əhatə edən inestitsiyanın həcmi 80,7milyon dollar təşkil edib.

2018-ci ildə İrəvanda baş verən “məxməri inqilab”ın ardınca ABŞ-da erməni lobbisinə bağlı təşkilatlar yenidən Ermənistana növbəti maliyyə yardımının göstərilməsini ortaya atdılar. Söz yox ki, bu canfəşanlığın arxasında, 2009-cu ildə ABŞ-ın dövlət katibi Hillari Klintonun sədrliyi ilə “Millennium Challenge” (Minilliyin Çağırışları) Korporasiyasının Direktorlar Şurasının iclasında dondurulan Ermənistana maliyyə yardımının bərpasına nail olmaq məqsədi dayanırdı.

2008-ci il Ermənistan prezident seçkisinin nəticələrinə etiraz edən mülki insanlara qarşı yol verilən qanunsuzluqlara görə dayandırılan maliyə yardımı Ermənistan üçün böyük əhəmiyyətə malik idi. Dövlət Departamentinin bu proqramı Ermənistana 235,65 milyon dollar yardım verilməsini nəzərdə tuturdu. İrəvan həmin sənədə əsasən 177 milyon dollar əldə etsə də, proqramın dayandırılması ABŞ-dakı erməni lobbisinin və Ermənistan hakimiyyətinin ciddi narahatlığına səbəb oldu.

Paşinyanın utopistləri xatırladan strategiyası

Paşinyanın “strateji konsepsiyası”na görə, 2050-ci ilə Ermənistan ordusu öz qüdrətini artırıb, dünyada 20-ci yeri tutacaq. Maraqlıdır ki, Beynəlxlaq Valyuta Fondunun (International Monetary Fund) hesablamalarında adambaşına düşən milli gəlirin həcminə görə, daha dəqiq desək, hazırki vəziyyətdə adambaşına düşən 5110 dollarla dünya ölkələri sırasında çox aşağı yerlərdən birini tutan rəsmi İrəvan bu xülyalara necə düşür, onların reallaşacağını necə təsəvvür edir?! Hansı ki, dövlət borcu ötən illər ərzində kəskin artıb və təkcə ötən ilki statistikaya görə, 6 milyard 774,6 milyon dollar təşkil edib. Bunun da 6 milyard 173,1 milyon dolları Ermənistan hökumətinin borcudur. 4 milyard 893,4 milyon dollar xarici borcları əhatə edir. Orta hesabla, rəsmi İrəvanın hər il borcu 800 milyon dollardan çox artır və bu borcların qaytarılması yükü sıravi ermənilərin üzərinə düşür.

İllik dövlət büdcəsi üç milyard dollar təşkil edən Ermənistan, Rusiyaya ümumi borcu 27 milyard dollar olan 17 dövlət arasında qərarlaşıb. Ötən ilki büdcə sənədinə görə, Ermənistanın gəlirləri 1 trilyon 490,6 milyard dram, xərclər 1 trilyon 642 milyard dram həcmindədir (1 dollar 484 dramdır). Xərclərin 44 faizi sosial sahəyə və mədəniyyət sektoruna, 24 faizi müdafiə, təhlükəsizlik və ictimai asayişə, 12,3 faizi iqtisadi layihələrə, 9 faizi dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının saxlanmasına, 10 faizi dövlət borcunun ödənməsinə sərf olunub. 2019-cu il aprelin 1-nə Ermənistanın xarici borcu 3 trilyon 326 milyard drama çatıb. Bu məbləğin 42,3%-i Dünya Bankına, 17,2%-i Asiya İnkişaf Bankına, 7,5%-i Avrasiya İnkişaf Bankına, 2,9%-i Avropa İnvestisiya Bankına olan borclardır. Ermənistanın Beynəlxalq Valyuta Fonduna, Avropa İttifaqına, həmçinin ABŞ, Almaniya, Fransa, Rusiya və Yaponiyaya da borcu var. Təkcə rəsmi Moskvaya olan dövlət borcu 300 milyon dollar bərabərdir.

Ən son məlumatlara görə, 3 065 688 nəfər əhalinin 1 426 923 (46.5%) kişilər, 1 638 766 nəfərini (53.5%) qadınlar təşkil edir. Ermənistanda bu il doğulanların sayı 35 765 nəfər olub. Xəstəliklər və ya başqa səbəblərdən 24 203 nəfər ölüb. 1 779 nəfər isə iş axtarmaq və ya başqa səbəblə ölkəni həmişəlik tərk edib.

Kredit üstünə kredit gətirən kasıblıq dərdi

Söz yox ki, ölkədə demoqrafik göstəricilərin acınacaqlı vəziyyətə düşməsində dövlətin iqtisadi vəziyyəti əsas şərtlərdən biridir. Bütün bunların fonunda, rəsmi İrəvan, ən azından sabitliyini qorumağa çalışdığı başqa sahələr üçün xarici dövlətlərdən kredit və ya digər növdə borc almaq məcburiyyətindədir.

Ölkənin üçdən birini elektrik enerjisi ilə təmin edən Metsamor Atom Elektrik Stansiyasının istismarının həddindən artıq təhlükəli səviyyədə olması dünya ölkələri ilə yanaşı Ermənistanın özünü də narahat edir. Stansiyada yeni reaktorun inşası üçün 270 milyon dollar həcmində maliyə vəsaiti lazımdır və yalnız rəsmi Moskva bu məbləğin 30 milyon dollarını borc verməyə hazır olduğunu bildirib. Düzdür, Rusiyanın “Rosatom” şirkəti ilə yeni reaktorun tikintisi müakirə edilsə də, real işə başlamaq maliyə çatışmazlığı üzündən yubanır. Əgər bu danışıqlar baş tutarsa, yəni Ermənistan yeni nüvə reaktorunun quraşdırılmasına 270 milyon dollar tapa bilsə, deməli, onun dövlət borcu bir il ərzində fantastik şəkildə çoxalacaq.

Bu gün Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən və 30 ildən sonra öz ordusunun dünya orduları arasında 20-ci yerdə görən rəsmi İrəvan hazırda öz silahlı qüvvələrinin arsenalını böyütmək və ya modernləşdirmək üçün Rusiyanın müxtəlif dövlət silah şirkətləri ilə kredit müqavilələri bağlamaq ətrafında danışıqlar aparır. Təkcə bu ilin sonu, gələn ilin əvvəllərinə qədər Rusiyadan 4 ədəd çoxtəyinatlı Su-30 SМ döyüş təyyarəsi almağı planlaşdıran erməni hökuməti ümumilikdə 12 ədəd belə təyyarəyə sahib olmaq niyyətindədir. Təbii ki, bütün bunlar ancaq Ermənistanın götürə biləcəyi kredit borclarının sayəsində mümkündür. Məhz, bu məqsədin rellaşdırılması İrəvana 100 milyon dollardan baha başa gələcək. 2022-ci ilə qədər təhvil verilməsi nəzərdə tutulan təyyarələrin alınması üçün ayırdığı kredit borcunu rəsmi Kreml illik 3%-lə 15 il müddətində geri alacaq.

“Müalicə”si olmayan kredit asılılığı...

Deməli, hər il dövlət borcu nəhəng rəqəmlər civarında artan rəsmi İrəvan, orta hesabla, beş ildən sonra iqtisadi baxımdan lap acnacaqlı vəziyyətə düşəcək. Bu isə ölkədə sosial partlayışların, siyasi iğtişaşların əmələ gəlməsini sürətləndirəcək. Yuxarıda toxunduğumuz məqamların siyasi əhəmiyyətinə diqqət yetirməyə çalışaq. Daha doğrusu, Ermənistanın ən yaxın tərəfdaşı və hamisi kimi tanınan Rusiyanın rəsmi İrəvanla iqtisadi əlaqələrini nəzərdən keçirək. Moskva Cənubi Qafqazdakı vassallığına kreditləri, ən çoxu, 10-15 il müddətinə ayırır. Həm də paralel olaraq bu ölkədə yerləşən öz hərbi bazasının arsenalını vaxtaşırı yeniləyir və ya modernləşdirir.

Onda sual yaranır, kreditlər niyə 10-15 il müddətinə verilir? Təbii ki, Rusiya tərəfinin buna cavab vermək üçün diplomatik gedişi həmişə var: “Hər 10-15 ildən bir tamamlanan kreditin əvəzinə Ermənistana yeni silahlar ala bilməsi üçün zəmin yaratmaq” anlayışı rəsmi İrəvanın könlünü almaq üçün ehtiyat vasitə kimi qüvvədə saxlanır.

Digər tərəfdən, müxtəlif müqavilələr başqa-başqa tarixlərdə imzalanmaqla, Rusiya Ermənistanın özündən asılılıq müddətini uzadır. Təsəvvür edək ki, iki və üç ildən bir İrəvana kredit müqaviləsi bağlanırsa və hər biri 10-15 il müddəti əhatə edirsə, deməli, erməni hökumətinin dolayı yollarla tabe edilməsi prosesi nəzarət altında saxlanılır.

Maraqlıdır ki, illərdir Ermənistana humanitar dəstək və maliyə yardımı yatıran ABŞ-da rəsmi İrəvana eyni cür davranır. Amma burada daha maraqlı bir məqama da xüsusilə diqqət yetirmək yerinə düşər. Ermənistandakı Rusiya hərbi bazasının mövcudluğu heç də təkcə Türkiyə və İran faktoru ilə bağlı deyil. Əsas məsələ rəsmi Vaşinqtonun Cənubi Qafqazda özünə daimi yer edə bilməməsidir ki, bu da ancaq bu gün kreditlərdən və ianələrdən asılı şəkildə yaşayan Ermənistanda mümkündür.

Dramın “ölümlə tanqo”sundan yaşanacaq dram...

Moskva çox gözəl anlayır ki, iş axtarmaq üçün Ermənistanı tərk edənlərin böyük əksəriyyəti Rusiyanın iri ticarət və sənaye şəhərlərinə axışır. Deməli, ailəsini, doğmalarını kasıblıq içində qoyub qazanc üçün Rusiyaya gedən ermənilər də Moskva üçün rəsmi İrəvana qarşı ikinci rıçaq kimi aktualdır. Yəni həmin erməni miqrantlar qəfildən geri qaytarılsa, yaxud da, onların ölkədən pul çıxarması məhdudlaşdırılsa, bu, Ermənistan üçün heç də yaxşı nəticələr verməyəcək.

Siyasi aspektlərdən baxanda, bu qənaətə gəlmək olur ki, Rusiyadakı erməni diasprounun vasitəsilə rəsmi Moskva Ermənistandaxili proseslərin istiqamətini özünə tərəf yönəldə bilər. Paşinyan hakimiyyətinin son bir ildəki rusiyapərəst və Moskvaya yaxınlığı ilə tanınan kadrları “izolə etməsi” Putin hökumətini yaxın gələcəkdə adekvat tədbirlər görməyə vadar edəcək.

Hərçənd, dollar və rublun kölgəsində “ölümlə tanqo” oynayan Ermənistan dramı yaxın gələcəkdə bu ölkədə baş verəcək siyasi dramların qarşısını almaqda aciz qalacaq...

Hərbi-siyasi təhlilçi Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Kredit   ABŞ-Rusiya    

Utopistləri təəccübləndirən strategiya və 15 dəfə artan kreditli gəlirlər – ANALİZ (EKSPERT)

2019/11/1280p-1574408672.jpg
Oxunub: 1833     12:16     22 Noyabr 2019    