Hərbi kəşfiyyat və onun tərkib hissələri - HƏRBİ EKSPERT (ANALİZ) - III YAZI

2019/11/3012a-1574414089.jpg
Oxunub: 1825     16:12     25 Noyabr 2019    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Strateji və operativ kəşfiyyat haqqında bəzi məlumatları nəzərinizə çatdırdıqdan sonra növbə taktiki kəşfiyyat mövzusuna çatdı. Taktiki və ya qoşun kəşfiyyatı kəşfiyyat, motoatıcı, paraşütçü-desant və desant hücum bölmələri tərəfindən aparılır.

Məqsədi

Əsas döyüş təminatı növlərindən biri olan taktiki kəşfiyyat və ya qoşun kəşfiyyatı düşmənlə təmas vəziyyətində olan taktiki səviyyəli birləşmələrin, hissə və bölmələrin döyüş əməliyyatlarının təmin edilməsi məqsədilə həyata keçirilir.

Taktiki kəşfiyyat hissə və bölmə komandirlərini uğurlu döyüş üçün zəruri olan ərazi, hava və düşmənin özü haqqında məlumatlarla təmin etmək məqsədi daşıyır. Bu məlumatlar, ilk növbədə, döyüş üçün qərarının qəbul edilməsi üçün vacib olan əsas amillərdəndir. Əsas hücum istiqamətini seçmək, manevr formasını müəyyənləşdirmək, hücum tempini planlaşdırmaq üçün düşmən haqqında kifayət qədər tam və etibarlı məlumatlara sahib olmaq lazımdır. Buna görə də silahlı mübarizənin təbiəti dəyişdikcə qoşunlar yeni silah və hərbi texnika ilə təchiz olunur, düşmən haqqında məlumat əldə etmək və öyrənmək üçün kəşfiyyatın əhəmiyyəti, cəlb edilən qüvvələrin və vasitələrin sayı artır, müharibə metodları inkişaf edir.

Düşmənin dəqiq və hərtərəfli öyrənilməsi, hər şeydən əvvəl onun döyüşün gedişinə təsir edə bilən bütün imkanlarını nəzərə almaq, güclü və zəif tərəflərini üzə çıxarmaq, düşmənin zəif cəhətlərindən yararlanmaq və güclü cəhətlərini neytrallaşdırmaq üçün imkan yaradır.

Nə komandir, nə də qərargah heç vaxt bütün bu məlumatları hazır formada qəbul etmir: onlar bütün şəxsi heyətin, bəzən ən əhəmiyyətsiz faktların hamısının öyrənilməsi nəticəsində toplanır. Yalnız döyüşə hazırlıq zamanı və onun gedişində kəşfiyyat məlumatlarının hərtərəfli təhlili, döyüşün əvvəlcədən düzgün planlaşdırılmasını təmin edə bilər, hissə və bölmələri isə istənilən xoşagəlməz sürprizlərdən qoruya bilər.

Bütün səviyyəli komandirləri ilk növbədə düşmənin harada olması, nə etməsi, güclü və zəif tərəfləri, onun silahları, niyyəti, qarşıdakı hərbi əməliyyatlar üçün planlarının nədən ibarət olması və s. daim maraqlandırmalıdır.

Düşmənin döyüş qabiliyyəti, planları, həssas nöqtələri və əməliyyat bölgəsi (ərazi və hava şəraiti də daxil olmaqla) barədə məlumatlar, komandir və qərargah tərəfindən hərbi əməliyyatların planlaşdırılması və aparılması ilə bağlı optimal qərarların qəbul edilməsini asanlaşdırır.

Bu məlumatlar düşmənlə təmas vəziyyətində olan taktiki səviyyəli qüvvələrin özünün kəşfiyyat orqanları tərəfindən əldə edilir, bu mümkün olmadıqda isə üst komandanlığın qüvvə və vasitələri də bu proseslərə cəlb edilir.

Vəzifələri

Onun əsas vəzifəsi düşmənin döyüş imkanları, planları, ərazi və hava şəraiti də daxil olmaqla döyüş əməliyyatı sahəsində zəif və həssas nöqtələri barədə məlumatları təqdim etməkdir. Müvəffəqiyyətli döyüş aparmaq üçün düşmən artilleriyasının, tanklarının, tank əleyhinə və zenit silahlarının, pulemyotların atəş mövqelərinin, müşahidə məntəqələrinin və düşmənin nəzarət postlarının harada yerləşdiyini bilmək vacibdir. Buna görə də düşmənin yerləşdiyi ərazilərin (atəş mövqelərinin) aşkar edilməsi taktiki kəşfiyyatın əsas vəzifələrindən hesab edilir.

Taktiki kəşfiyyatın əsas vəzifələrindən biri də düşmənin kütləvi qırğın, idarəolunan raket və yüksək dəqiqlikli silahlarının koordinatlarının müəyyənləşdirilməsindən ibarət olduğu üçün, sərəncamda olan güc və vasitələrin əsas hissəsi bu problemin həllinə yönəldilir.

Düşmən hissə və bölmələrinin yerləşdiyi mövqelərin (ərazilərin) mühəndis təminatının xüsusiyyət və dərəcəsini, onların maneələr sistemini müəyyənləşdirmək (başqa sözlə mühəndis kəşfiyyatı) də qoşun kəşfiyyatının vəzifələri sırasına daxildir.

Əldə edilən etibarlı kəşfiyyat məlumatları komandir və qərargahların sərəncamında mövcud olan silah sistemlərini daha səmərəli istifadə etməyə, düşmənin mühəndis təminatındakı zəif və həssas cəhətlərindən yararlanmağa və tətbiq olunan mühəndis maneələrinin mümkün itkilərilərini minimuma endirməyə imkan verir.

Növləri

Döyüş təminatına aid olan taktiki kəşfiyyat qismən kiçik miqyaslı əməliyyatları təmin etmək üçün nəzərdə tutulur. Taktiki kəşfiyat aparılma sferasına, üsullarına, məqsədlərinə və istifadə olunan texniki kəşfiyyat vasitələrinə görə müxtəlif növlərə bölünür.

a) əhatə dairəsinə görə:

yerüstü;
hava;
dəniz;

b) tapşırıqların xarakteri və məqsədinə görə:

qoşun;
radio və radiotexniki;
radiolokasiya;
artilleriya;
mühəndis;
radiasiya, kimyəvi və bioloji;

c) istifadə olunan texniki kəşfiyyat vasitələrinə görə:

radioelektron (radio, radiotexniki, radiolokasiya);
optik elektron (televiziya, termal, lazer);
optik (vizual, foto);
səs (səsmetrik, seysmoakustik) və s.

Quru Qoşunlarının taktiki kəşfiyyatı

Quru Qoşunlarının taktiki kəşfiyyatı isə yerüstü və hava kəşfiyyatına bölünür. Yerüstü kəşfiyyata daxildir:

- qoşun kəşfiyyatı;
- radio və radiotexniki kəşfiyyat;
- radiolokasiya kəşfiyyatı;
- kimyəvi və bakterioloji kəşfiyyat.

Aparılması üsulları və onları yerinə yetirən orqanlar

Qoşun kəşfiyyatı aşağıdakı üsullarla aparılır: müşahidə, qulaq asma, axtarış, basqın, pusqu, dindirmə və döyüşlə kəşfiyyat.

Ümumqoşun birlik, hissə və bölmələrindən qoşun kəşfiyyatı aparmaq məqsədilə aşağıdakı kəşfiyyat orqanları təyin olunur:

diviziyadan - kəşfiyyat dəstələri, kəşfiyyat patrulları, kəşfiyyat qrupları, zabit kəşfiyyat patrulları, axtarış, pusqu və döyüşlə kəşfiyyat həyata keçirmək üçün bölmələr, müşahidə məntəqələri;
alaydan - kəşfiyyat dəstələri, kəşfiyyat patrulları, zabit kəşfiyyat patrulları, axtarış və pusqu həyata keçirmək üçün bölmələr, müşahidə məntəqələri;
tabordan - döyüş kəşfiyyatı patrulları, pusqu həyata keçirmək üçün bölmələr, patrul manqası, müşahidə məntəqəsi;
bölükdən - patrul manqası, müşahidəçi, bəzən döyüş kəşfiyyat patrulları;
taqım və manqadan - müşahidəçi və patrul nəfəri.

Qoşun kəşfiyyatının aparılmasının vacib üsullarından biri də düşmən əsgərinin diri ələ keçirilməsidir.

Taktiki kəşfiyyat zonaları

Kəşfiyyat aparmaq üçün hər bir birləşmə, hissə və bölməyə ətraflı və müşahidə kəşfiyyatı üçün konkret cavabdehlik zonaları təyin edilir.

Ətraflı kəşfiyyat zonasının dərinliyi, kəşfiyyat orqanlarını ayıran birləşmədə mövcud olan məhvetmə vasitələrinin düşmənin arxa cəbhə dərinliyində səmərəli istifadəsini təmin etməlidir.

Ətraflı kəşfiyyat zonasının eni isə cəbhənin ön tərəfindəki döyüş zolağına və döyüş düzülüşünün dərinliyinə uyğun gəlməlidir. Müşahidə kəşfiyyat zonasının dərinliyi, ətraflı kəşfiyyat zonasından daha böyük olur.

Göstərilən zonalar birləşmə, hissə və bölmələrə yüksək komandanlıqdan və şəxsi kəşfiyyat orqanlarından ön xəttin qarşısında və döyüş zolağının cinahlarında yerləşən düşmən obyektləri və onların fəaliyyət xarakteri barədə kəşfiyyat məlumatları əldə etməyə imkan verməlidir. Bu zonadakı obyektlər haqqında əldə edilən kəşfiyyat məlumatları komandirə (qərargaha) düşmən qruplaşmasının ehtimal olunan hərəkət planını düzgün qiymətləndirməyə, vəziyyətin yaxın gələcəkdə inkişafını proqnozlaşdırmağa, qüvvə və məhvetmə vasitələrinin istifadəsi barədə əvvəlcədən qərar qəbul etməyə imkan verir.

Kəşfiyyat zonalarının ölçüləri

Ətraflı kəşfiyyat zonasının dərinliyi:

- taborda 5 km-ə qədər;
- briqadada - 10 km-ə qədər;

Müşahidə kəşfiyyat zonasının dərinliyi

- taborda 10 km-ə qədər;
- briqadada - 25 km-ə qədər;

Zonaların eni:

- ətraflı kəşfiyyat zonasının eni, döyüş zolağının eni ilə üst-üstə düşür;
- müşahidə kəşfiyyat zonasının eni isə birləşmə, hissə və ya bölmənin döyüş zolağının enindən əlavə, özü ilə qonşu olanların, lakin özündən bir pillə aşağı olan hissə və ya bölmənin də döyüş zolağını əhatə edir.

Obyektlərin koordinatlarının müəyyənləşdirilməsində ortalama səhv ətraflı kəşfiyyat zonasında 20-40 metrdən, müşahidə kəşfiyyatı zaonasında isə 100-200 metrdən çox olmamalıdır.

Tabor səviyyəsində ətraflı kəşfiyyat zonasında obyektlər manqaya (zirehli vasitələrə və silahlara) qədər, briqada səviyyəsində isə taqım və bölüklərə qədər detallarına qədər öyrənilir. Müşahidə kəşfiyyat zonasında isə obyektlər daha az təfərrüatla araşdırılır, düşmənin ön xəttdəki atəş vasitələrinin hər biri isə ayrı-ayrılıqda və tam ətraflı öyrənilir.

Taktiki kəşfiyyat obyektləri və hədəfləri

Taktiki kəşfiyyat obyektlərinə 1 kvadrat km-dən çox olmayan ərazidə yerləşən və bir qayda olaraq düşmənin döyüş düzülüşünün 100 km-ə qədər dərinliyində yerləşən "obyekt"lər aiddir.

Kəşfiyyat obyektlərinə aiddir:

- silahlı mübarizə qüvvə və vasitələri;
- düşmən qruplaşmasının döyüş düzülüşündəki elementləri;
- qoşunların fəaliyyətlərini və silah istifadəsini proqnozlaşdırmaq üçün komandirin qərar qəbul etməsi üçün düşmənin mühəndis qurğuları və yerli maneələr.

Kəşfiyyat obyekti qismən və ya tamamilə məhv edilməsi (basdırılması), ümumilikdə obyektin sıradan çıxmasına səbəb ola biləcək bir və ya bir neçə vacib elementdən (hədəflərdən) ibarət ola bilər.

Silah, tank, radiostansiya, RLS, TƏİRK kimi ayrıca avadanlıqlar və onlardan istifadə edən və ya texniki xidmət göstərən şəxsi heyət, eləcə də müşahidə məntəqəsi kəşfiyyat obyektlərinin tərkib hissələridir və onlar "kəşfiyyat hədəfi" adlanır.

Taktiki kəşfiyyat obyektləri birləşmələrin, hissələrin və bölmələrin döyüş düzülüşündə yerləşdirilir. Hər bir obyekt öz döyüş tapşırığını, əməliyyatın yerinə yetirilməsini maraqlarını təmin etmək məqsədi ilə yerinə yetirir. Onlar həm təmas xəttindən, həm bir-birindən müəyyən məsafədə və müəyyən bir dərinlikdə yerləşir.

Bu obyektlər birləşmələrin döyüş və səfər düzülüşlərini təşkil edir, cəmləşmə bölgəsində yerləşir, müdafiə və ya hücumda döyüş fəaliyyətini təmin edirlər. Onlar biri digərindən təcrid olunmuş vəziyyətdə yerləşsələr də bir-birləri ilə müəyyən əlaqələri daim mövcuddur.

Düşmən nəzarətində olan ərazilərdə və döyüş düzülüşlərində yerləşən bütün obyektlər beş əsas prinsipə görə təsnifatlandırıla bilər:

1. Hərbi əməliyyatların gedişatına və nəticələrinə təsir dərəcəsinə görə.
2. Xətti ölçülərinin nisbətinə və mütləq göstəricisinə görə.
3. Hərəkətlilik dərəcəsinə görə.
4. Mürəkkəbliyinə və tərkibinə görə.
5. Qoşun növlərinə və döyüş təyinatına görə.

I. Hərbi əməliyyatların gedişatına və nəticələrinə təsir dərəcəsinə görə kəşfiyyat obyektləri prioritet, vacib və adi obyektlərə bölünür.

Döyüşün ilkin mərhələsində məhv edilməsi düşmən qoşunlarının idarəetməsini poza biləcəyi obyektlər prioritet obyektlərə aid edilir.

Kəşfiyyatın vacib obyektlərinə isə məhvi və ya ələ keçirilməsi düşmən qruplaşmasını böyük dərəcədə zəiflədəcək obyektlər, həmçinin fəaliyyətlərinə nəzarət edilməsi düşmən qruplaşmasının tərkibini, vəziyyətini və fəaliyyət xarakterini aşkar etməyə və onun sürpriz hərəkətlərinin qarşısını almağa kömək edən obyektlər daxildir.

Adi obyektlərə isə düşmən qruplaşmasının mövqeyini, tərkibini və mənsubiyyətini, hərəkətlərin xarakterini və niyyətlərini xarakterizə edən bütün digər obyektlər daxil edilir.

Kəşfiyyat obyektlərinin əhəmiyyəti vəziyyətdən asılı olaraq dəyişə bilər. Taktiki kəşfiyyat obyektləri operativ kəşfiyyat əhəmiyyəti qazana bilər, adi obyektlər isə vacib obyektlərə çevrilə bilər.

II. Xətti ölçülərin nisbəti və mütləq dəyərinə, ərazidəki ölçüsündən və yerləşmə xarakterindən asılı olaraq kəşfiyyat obyektləri nöqtə, sahə və xətti obyektlərə bölünür.

Nöqtə obyektlərinə aiddir:

- raket start mövqelərində atıcı qurğular;
- atəş mövqelərində səhra və zenit artilleriya batareyaları;
- taqım dayaq məntəqələri;
- eni 250 m-ə qədər olan su maneələri üzərindəki körpülər və s.

Bu obyektlərin etibarlı şəkildə məhv edilməsini təmin etmək üçün onların həndəsi mərkəzinin dəqiq koordinatlarını təyin etmək vacibdir.

Sahə obyektlərinə bir artilleriya divizionunun (eyni zamanda, cəmləşmə rayonunda yerləşən bölük və ona bərabər bölmələr, briqada idarəetmə məntəqəsi) atəşi ilə eyni vaxtda məhv olması istisna olunan, bir-birindən xeyli məsafədə yerləşən bir neçə elementdən ibarət obyektlər aiddir. Eyni zamanda radioaktiv və kimyəvi çirklənmə sahələri də sahə obyektlərinə aid edilir.

Xətti obyektlərə isə həm yürüşdə, həm hərəkət marşrutu boyunca ərazidə yerləşən, həm də eni 250 m-dən çox olan su maneələri üzərindəki körpülər daxil edilir.

III. Hərəkət dərəcəsinə görə kəşfiyyat obyektləri mobil, az hərəkətli və sabit ola bilər.

Hərəkətli obyektlərə bir neçə saat və ya dəqiqə ərzində yerlərini dəyişə bilən obyektlər (raket atıcı qurğuları, səhra artilleriya batareyaları, idarəetmə məntəqələri) daxildir.

Vəziyyəti uzun müddət dəyişməyən və ya ümumiyyətlə dəyişməyən sabit obyektlərə isə ordu korpusunun komanda məntəqəsinin elementləri, ordu aviasiyasının enmə zolaqları, rabitə mərkəzləri, taqım dayaq məntəqələri, körpülər və s. aid edilir.

IV. Obyektlərin mürəkkəbliyi və tərkibinə görə aşağıdakılara bölünür:

1. Sadə obyektlər. Xüsusi bir funksiyanı yerinə yetirən təbii və süni əşyalar (hədəflər, silahlar):

- tank, piyada döyüş maşını, zirehli personal daşıyıcısı, tank əleyhinə raket qurğusu.
- ayrıca bir atəş vasitəsi;
- əlahiddə kəşfiyyat vasitəsi (RLS, Müşahidə məntəqəsi);
- mühəndis quruluşu (sığınacağ, blindaj);
- yol qovşağı və s.

2. Kompleks obyektlər. Müəyyən bir ərazini tutaraq müəyyən bir əlaqədə olan eyni və ya fərqli sadə obyektlərdən (hədəflərdən) ibarət təbii və ya süni komplekslər:

- adn (artilleriya divizyonu);
- briqadanın idarəetmə məntəqəsi;
- qoşunların cəmləşmə rayonu.

V. Qoşun növlərinə və döyüş təyinatına görə obyektlərin təsnifatlandırılmasından nadir hallarda istifadə olunur. Bu təsnifatlandırmadan, adından da göründüyü kimi, kəşfiyyat obyektinin hansı funksiyanı nə məqsədlə daşıdığını ifadə etmək məqsədilə istifadə edilir.

Döyüş təcrübəsi

Ermənistan-Azərbaycan müharibəsinin 1992-1994-cü illərdəki təcrübəsi göstərdi ki, taktiki kəşfiyyatın yaxşı təşkil olunduğu hərbi hissə və bölmələr, düşmənin manevr imkanlarını məhdudlaşdırmaqda və onun canlı qüvvəsini itkiyə məruz qoymaqda ciddi çətinlik çəkmirdilər. Kəşfiyyata zəruri diqqət verilmədiyi və düşmənin dolğun qiymətləndirilmədiyi hissə və bölmələr isə şəxsi heyət itkisi ilə bərabər sürprizlərlə məruz qalırdilar, bunlar isə bəzən ərazi itkisi ilə nəticələnirdi.

25-27 il əvvəl kəşfiyyat bu qədər böyük rol oynayırdısa, o zaman yüksək dəqiqlikli və idarəolunan silahların geniş tətbiq olunduğu bugünkü dinamik döyüşlərin gedişatında onun əhəmiyyətini vurğulamağa ehtiyac qalmır.

Düşmənin niyyətini və döyüş planını açmaq, onun dəqiq raket silahlarının, artilleriyasının, zirehli texnikalarının və qoşun qruplaşmasının yerini bilmək və buna zəruri reaksiyanı vermək, düşmənə qalib gəlməyin artıq yarısı hesab edilir.

Koman heyəti, nə qədər istedadlı olursa-olsun, davamlı aktiv və məqsədyönlü kəşfiyyat təşkil etməsə və düşmən barədə etibarlı məlumatlar almasa, nə düzgün qərar qəbul edə bilər, nə də atəş gücündən səmərəli istifadə edə bilər.

Qüvvə və vasitələr nisbətində düşmən üzərində üstünlüyə, ən yaxşı peşəkar kadrlara, müasir avadanlıq və silah sistemlərinə sahib ola bilərsiniz, lakin onları boş ərazilərə və ya ikinci dərəcəli obyektlərə qarşı istifadə etməklə nə uğur qazana, nə də düşməni məğlub edə bilərsiniz.

Düşmənin məğlub edilməsini zəmanət altına almaq üçün onun canlı qüvvəsinin və silah sistemlərinin harada yerləşdiyini, nə etdiklərini, mühəndislik qurğularının və maneələrin xarakterini, hansı fəaliyyətləri həyata keçirmək niyyətində olduğunu bilmək əsas şərtdir. Yalnız belə bir vəziyyətdə onun harada, necə və nə ilə məhv ediləcəyini düzgün hesablamaq olar.

Yeni vəzifələr

Taktiki kəşfiyyatın qarşısında qoyulan digər vacib vəzifələrdən biri də daim silahlı mübarizənin yeni vasitələrinin, döyüş metodlarının və üsullarının müəyyənləşdirilməsindən ibarət olub.

Son zamanlar hərbi əməliyyatların aparılmasında radioelektron mübarizə vasitələrinə və pilotsuz vasitələrə üstünlük verilir. Buna görə də artıq qoşun kəşfiyyatı düşmənin REM vasitələrinin mövqelərini və pilotsuz hava vasitələrinin yerləşdirildiyi əraziləri, həmçinin onların buraxılış meydançalarını (istiqamətlərini) müəyyənləşdirmək kimi yeni vəzifələri də yerinə yetirməlidir. Yeni vəzfələr kəşfiyyat bölmələrinin daha müasir texniki vasitələrlə təchizatını şərtləndirir.

Bu vəzifələrin yerinə yetirilməsi yerli sakinlərlə görüşmək, əsirlər və ya fərarilərlə sorğu-sual etmək, radio danışıqları ələ keçirmək, düşməndən götürülən sənədləri, avadanlıqları və silahları öyrənmək, yerüstü və hava kəşfiyyatı vasitəsilə də əldə edilən məlumatları öyrənməklə mümkündür.

Mənbələr:

https://lib.sale/razvedyivatelnaya-podgotovka-diversionno/strategicheskaya-razvedkai-drugie-vidyi-61512.html
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D1%80%D0%B0%D1%82%D0%B5%D0%B3%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B0%D1%8F_%D1%80%D0%B0%D0%B7%D0%B2%D0%B5%D0%B4%D0%BA%D0%B0
https://www.krugosvet.ru/enc/nauka_i_tehnika/voennaya_tehnika/VOENNAYA_RAZVEDKA.html
https://ru.wikipedia.org/wiki/%D0%9E%D0%BF%D0%B5%D1%80%D0%B0%D1%82%D0%B8%D0%B2%D0%BD%D0%B0%D1%8F_%D1%80%D0%B0%D0%B7%D0%B2%D0%B5%D0%B4%D0%BA%D0%B0
http://www.old.fa.ru/chair/voen/news/Pages/2015-04-10-razvedka-kak-vid-boevogo-obespecheniya.aspx
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%BE%D0%B9%D1%81%D0%BA%D0%BE%D0%B2%D0%B0%D1%8F_%D1%80%D0%B0%D0%B7%D0%B2%D0%B5%D0%B4%D0%BA%D0%B0

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hərbi-kəşfiyyat   Taktiki-kəşfiyyat  

Hərbi kəşfiyyat və onun tərkib hissələri - HƏRBİ EKSPERT (ANALİZ) - III YAZI

2019/11/3012a-1574414089.jpg
Oxunub: 1826     16:12     25 Noyabr 2019    