Əsgər anası: "Çox sevinirəm ki, oğlum müasir standartlara cavab verən ordunun əsgəridir"

2019/11/61708-1574166107.jpg
Oxunub: 768     16:18     19 Noyabr 2019    
Vətən hər birimizin qüruru, vüqarı, əbədi səcdəgahıdır. Vətənini sevmək "Mən vətənpərvərəm" deməklə bitmir. Vətəni sevmək onu hüdudlandıran torpağı, xalqı sevmək deməkdir. Vətənin azadlığı, istiqlaliyyəti müqəddəsdir, ucadır. Bu sevgi hər birimizə uşaq vaxtlarından aşılanır. Valideynlərimiz bizə Vətən torpaqlarının müqəddəs olduğunu öyrədir. Bu sevgi ordu sıralarında daha da qüvvətlənir və bunu yox edəcək bir qüvvə mövcud deyil. Vətənpərvərlik yalnız döyüşlərdə nümayiş olunmur. Cəmiyyətdə tutduğu mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq, hər kəs Vətənimizə olan məhəbbətini, bağlılığını üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməklə göstərməlidir.

"Açıq qapı" günündə Azərbaycan Ordusunun hərbi hissələrindən birində övladlarını Vətənə sonsuz məhəbbətlə böyütmüş əsgər anası Reyhan Əsədovanı tanıdım. Reyhan ana dörd oğul anasıdır. "Hərbi xidmət hər bir gəncin həyatında mühüm rol oynayır. Bu gün ən xoşbəxt günlərimdən biridir. Dördüncü oğlum Sərvan Vətənimizə və xalqımıza sədaqət andı içdi. Mənim kimi yüzlərlə əsgər anası bu xoşbəxt anları səbirsizliklə gözləyib. Digər üç oğlum düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə xidmət ediblər. Hər birinin andiçmə mərasimi bütün təfərrüatları ilə yaddaşıma həkk olunub. Onların doğma Azərbaycanımıza müqəddəs borcunu verdiyi üçün qürurlanıram. Övladlarıma "Vətəni sevmək onun torpağını, daşını, havasını, suyunu sevməkdir" deyirdim. Sərvan da ana öyüdünü oğul məsuliyyətilə yerinə yetirəcək."

Həyat yoldaşının zamanında könüllü olaraq ordu sıralarına qatıldığını vurğulayan əsgər anası müstəqilliyimizin və ölkəmizin ərazi bütövlüyünün qarantı olan ordumuzun qüdrətinin artmasının yaxından şahidi olduğunu dedi. "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiylə ordu quruculuğunda həyata keçirilənlərin nəticəsində ordumuzun döyüş qabiliyyəti günbəgün güclənir, maddi-texniki bazası möhkəmlənir, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür", - Reyhan Əsədova söhbətinə davam etdi. - "Açıq qapı" günündə əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlərlə yaxından tanış olduq. Hərbi hissədə övladlarımızın müasir standartlara cavab verən yataqxanalarda qalması və istirahəti üçün hərtərəfli şərait yaradılıb. Əsgər yeməkxanasında qadın aşpazların çalışması sevindirici haldır. Bu, əsgərlərimizə bişirilən yeməklərin keyfiyyətini artırmaqla yanaşı, onlara ana qayğısını da hiss etdirir.

Ordumuzun qüdrətindən, əsgərlərimiz üçün yaradılan şəraitdən danışan R.Əsədova bildirdi ki, məhz aparılan uğurlu siyasətin nəticəsi olaraq, ordumuz Cənubi Qafqazda ən güclü və nizami hərbi qurumdur.

Çox sevinirəm ki, oğlum əsgərdir, həm də müasir standartlara cavab verən ordunun əsgəridir, - əsgər anası dedi. - Sərvanın timsalında bütün əsgərlərimizə xidmətlərində nizam-intizamlı olmalarını, komandirlərin əmr və tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə edirəm. Hərbin sirlərinə dərindən yiyələnsinlər, asudə vaxtlarından səmərəli istifadə etsinlər ki, peşəkar hərbçi kimi formalaşa bilsinlər. Ən böyük arzum odur ki, Vətənin keşiyində duran igid oğullarımız tezliklə Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə xalqımıza Qələbə sevinci yaşatsınlar.

Ruslan Həsənzadə, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Vətən   Ana  

Əsgər anası: "Çox sevinirəm ki, oğlum müasir standartlara cavab verən ordunun əsgəridir"

2019/11/61708-1574166107.jpg
Oxunub: 769     16:18     19 Noyabr 2019    