"Ali Hərbi Məktəbi bitirib ön xətdə xidmətə başladım"

2019/11/b3ba4-1574162083.jpg
Oxunub: 425     16:51     19 Noyabr 2019    
Gündən-günə gözəlləşən kənd və qəsəbələrimizi ötüb arxada qoyandan sonra qarşımızda geniş və gözəl bir panoram açılır. Bu yerlərin gözəlliyi göz oxşayır. Yolun kənarındakı ərazi haqqında məlumatverici lövhədə yazılanlar diqqətimizi özünə çəkir. Lövhədə qarşıdakı yaşayış məntəqəsinin adı ilə yanaşı, bu yolun Şuşaya getdiyi göstərilirdi. Təbiidir ki, uğurla başlanacaq döyüş yollarımız sonda Şuşada tamamlanmalıdır. O gözəl yerlərimizin zirvələri də üçrəngli bayraqlarımız üçün qəribsəyib. Lövhənin yanından xoş hisslərlə keçib qəhrəman Azərbaycan əsgərinin mövqelərinə doğru gedirik.

Avtomobilimiz səliqə-sahmanlı geniş həyətdə dövrə vurub dayandı. İlk olaraq leytenant Ramil Siraclı ilə görüşüb tanış olduq. Öyrəndik ki, o, neçə ildir ki, ön xətdədir və bununla fəxr etdiyini vurğuladı. Gənc zabit dedi ki, mən torpağa, yurda bağlı bir hərbçiyəm.

“Bu peşəni də öz arzumla seçmişəm. Çünki hələ kiçik yaşlarımdan hərbçi olmaq istəyirdim. Televiziyada hərbi yönümlü verilişləri və filmləri seyr etdikcə bu sahə məni ahənruba kimi özünə çəkirdi. Hərbçi olmaq, ordu sıralarında xidmət etmək, yurdumuzun keşiyində dayanmaq üçün hərbçi peşəsini seçdim. Arzumu reallaşdırmaq üçün C.Naxçıvanski adına Hərbi Liseyə üz tutdum. Bu peşə mənim üçün çox şərəfli və müqəddəsdir. Hazırlığım yüksək olduğuna görə imtahanda uğur qazanıb istəyimə çatdım. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib ön xətdə xidmətə başladım. Yurdumuzun səngərində dayanmaqdan, torpaqlarımızı erməni işğalçılarından qorumaqdan qürur duyuram. Vətənimizin hər qarışı bizim üçün müqəddəs, əziz və doğmadır. Əsgərlərimizin döyüş ovqatı, mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Onlar həmişə mövqelərində ayıq-sayıq dayanırlar. Zabit kimi əsgərlərimlə fəxr edirəm. İnanıram ki, onlar istənilən an erməni qəsbkarlarını məhv etməyə qadirdirlər. Əsgərlər bilirlər ki, bu gün xalq torpaqlarımızı qorumağı onlara tapşırıb. Əminlik hissi ilə deyə bilərəm ki, şəxsi heyət bu tapşırığın öhdəsindən bacarıqla gəlir.”

Bacarıqlı, peşəkar və daim torpaqlarımızı işğaldan azad etmək arzusu ilə yaşayan gənc zabit Ramil Siraclı ilə sağollaşıb qarşıdakı mövqelərə tələsirik. İnanırıq ki, səngərlərdə torpaqlarımızın keşiyində dayanmağı özünün ən böyük iftixarı hesab edən cəsur, igid, məğrur zabit və əsgərlərimiz üzərlərinə düşən mühüm vəzifələrin öhdəsindən bacarıqla gələcəklər!

Vahid Məhərrəmov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

"Ali Hərbi Məktəbi bitirib ön xətdə xidmətə başladım"

2019/11/b3ba4-1574162083.jpg
Oxunub: 426     16:51     19 Noyabr 2019    