Rusiyanın stels Su-57-si müharibəyə hazırdırmı?

2019/11/Sukho-1574161744.jpg
Oxunub: 845     16:52     19 Noyabr 2019    
Rusiyanın beşinci nəsil stels təyyarəsi istifadəyə hazırdırmı? İstehsalçılar bunun belə olduğunu düşünürlər.

Bu yaxınlarda Rusiyanın aparıcı dövlət informasiya agentliklərinin birinə verdiyi müsahibəsində “United Aircraft Corporation”un prezidenti Yuri Slyusar ilk dəfə olaraq serialı olaraq istehsal ediləcək S-57-lərin bu ilin sonuna qədər Rusiya Aerokosmik Qüvvələrinə ötürüləcəyini bildirib.

“2018-ci ilin hərbi sərgisi zamanı biz Müdafiə Nazirliyi ilə beşinci nəsil Su-57 qırıcı və çoxfunksiyalı MiQ-35 sisteminin çatdırılması ilə bağlı iki müqavilə imzaladıq. Seriyalı istehsal edilmiş Su-57 bu ilin sonuna qədər RAQ-ın istismarına təqdim ediləcək”, - deyən Slyusar yaxın gələcəkdə ümumilikdə 15 ədəd belə təyyarənin Rusiya ordusuna çatdırılacağını söyləyib.

Slyusarın açıqlamasından öncə Qərb analitikləri 2027-ci ilə qədər Su-57-nin kütləvi istehsalına başlana bilməyəcəyini bildirirdilər. Lakin hələ də bir çox əsas detal üstü açılmamış qalır. Əvvəla “seriyalı” termini göründüyündən daha mürəkkəbdir. Layihədə Su-57 güclü “Saturn Izdeliye 30” mühərriki ilə inşa ediləcəkdi. Buna baxmayaraq, qiymət və keyfiyyətə nəzarətlə bağlı narahatlıqlar rus mühəndisləri onun daha köhnə və zəif AI-41 mühərriki olan prototipini, modellərini istehsal etməyə vadar etdi. Slyusar isə növbəti modellərdə hansı mühərrikindən istifadə ediləcəyi ilə bağlı məlumat verməyib.

Sadəcə zaman bizə Su-57-nin zəruri komponentlərindən olan “Izdeliye 30” mühərrikinin bu il istehsal üçün hazır olub-olmayacağını göstərəcək. Lakin belə olan hallarda dünya praktikasında istehsalın gecikdirilməməsi üçün başqa komponentlərlə istehsal təcrübəsi mövcuddur. Ən sonuncu belə nümunə Çin Hərbi Hava Qüvvələri tərəfindən J-20 təyyarələrinin ilk layihədə göstərildiyindən daha zəif WS-10B mühərriki ilə istehsalıdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Su-57   Rusiya  

Rusiyanın stels Su-57-si müharibəyə hazırdırmı?

2019/11/Sukho-1574161744.jpg
Oxunub: 846     16:52     19 Noyabr 2019    