Qeyd edək ki, Abraham Sadyan Tavuş vilayətinin Çoratan icmasındandır. Çoratan icmasının rəhbəri Varujan Bağmanyan bildirib ki, Abraham çoxuşaqlı ailənin övladıdır, ailədə 7 uşaq var, 6 oğlan və 1 qız.
Bağmanyan, həmçinin qeyd edib ki, oğlanın vəziyyəti normaldır, o və Berd icmasının rəhbəri Sadyanlar evinə baş çəkib.
“Abrahamın valideynləri hazırda Xankəndindədir. Biz valideynlərə kömək etdik ki, getsinlər. Berd icmasının rəhbəri Harutyun Manuçaryan ailəyə maddi yardım edib”, - deyə o bildirib.
Çoratan icmasının rəhbəri qeyd edib ki, Abraham Ağdərədə əməliyyat olunub.
“Abrahamı Ağdərədə əməliyyat ediblər, sonra Xankəndinə aparıblar. Abrahamı yaxşı tanıyıram, icmamızın sakinidir, bizim yaxşı uşağımızdır, ailəsi də gözəl ailədir”, - deyə o bildirib.
Abrahamın başına gələn hadisənin Çoratanda ilk dəfə olması ilə bağlı verilən suala Bağmanyan cavab verib ki, Çoratan sərhəd kəndidir, müxtəlif hadisələr olur.
Alpər Mövludoğlu
Ordu.az