Paşinyan Baş Hərbi müfəttişi niyə azad edib?

2019/09/movse-1568282561.jpg
Oxunub: 477     15:24     19 Noyabr 2019    
Xəbər verdiyimiz kimi, dünən Ermənistan Baş naziri Nikol Paşinyan Baş hərbi müfəttiş Movses Hakobyanı iki müavini ilə birlikdə vəzifəsindən azad edib.

Maraqlıdır ki, Paşinyan bu dəyişikliklə qondarma qurumda baş tutacaq “seçkilər”dən əvvəl orada öz yerdəyişmələrini etməyə çalışır.

Məlumdur ki, Hakobyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dayısıdır, Qriqoryan isə “seçkilər”də Masis Mayilyana yardım və sponsorluq edir.

Məlumata görə, Paşinyanın bu kadr dəyişikliyi ilə Mayilyanın mövqelərini zəiflətmək və Arayik Harutyunyanı gücləndirmək niyyəti var.

Bundan əlavə, bəzi məlumatlara görə, başqa ssenarilər də tərtib edilib. Belə ki, ssenariyə görə, Harutyunyan qondarma qurumun “rəhbəri”, Mayilyan qondarma qurumunun “spikeri” olacaq.

Lakin Mayilyan razılaşmayıb, çünki “rəhbər” olmaq üçün böyük iştahası var.

Bu fonda Bako Sahakyanın səssizliyi kifayət qədər maraqlıdır, o, açıq şəkildə hələ ki, kiməsə dəstək vermək istəmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Baş-Hərbi-müfəttiş  

Paşinyan Baş Hərbi müfəttişi niyə azad edib?

2019/09/movse-1568282561.jpg
Oxunub: 478     15:24     19 Noyabr 2019    