Ermənistan İstintaq Komissiyası döyülən erməni polkovnikin işi ilə bağlı yalan danışır

2019/09/Ara-M-1569492919.jpg
Oxunub: 446     14:32     19 Noyabr 2019    
Dünən Ermənistan İstintaq Komitəsi sentyabrın 17-də Ermənistan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Ara Mxitaryanın döyülməyə məruz qalması hadisəsi ilə bağlı açılmış cinayət işi haqqında məlumat yayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, baş vermiş hadisədə Vayots Dzorun keçmiş vilayət rəhbəri Trdat Sarkisyan şəxsən iştirak etdiyi məlum olub.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, iş üzrə şahidlər, hərbi qulluqçular Mariam Hunanyan, Jora Bağdasaryan, Mxitar Melkonyan, Levon Harutyunyan öz ifadələrində Vayots Dzorun vilayət rəhbəri Trdat Sarkisyanın hadisə yerində olması və hərəkətsizliyin nümayiş etdirilməsi barədə ifadə verib. Onlar öz ifadələrini Trdat Sarkisyanla üz-üzə sorğu-sual zamanı israr edib.

İstintaq Komitəsinin məlumatına görə, ekspertiza ilə Trdat Sarkisyanın yaşayış yerinin videogörüntüsünün montaj edilməsi izləri tapılmayıb.

“Trdat Sarkisyanın ifadəsində qeyd edilmiş hallar sonuncunun mobil telefonundan qeydə alınmış telefon zənglərinin deşifrələri ilə də təsdiq edilib. Beləliklə, həyata keçirilmiş istintaqla müəyyən olub ki, Vayots Dzorun keçmiş vilayət rəhbəri Trdat Sarkisyan 2019-cu il sentyabrın 17-də baş vermiş mübahisənin şahidi olmayıb, hadisə yerinə olmayıb”, - deyə rəsmi bildirişdə qeyd edilib.

“Yeğeqnadzorda polkovnik-leytenant Ara Mxitaryan və Vayots Dzorun vilayət rəhbərinin köməkçisi Harutyun Qriqoryanın iştirakı ilə işin istintaqı fərqli gedişat alır, həkimlər onun həyatı üçün mübarizə aparır. Ona böhtan atırlar, yaxşı nüfuz və zabit ləyaqəti ilə oynayırlar. Qoy deməsinlər ki, yaxın-tanış-qohum prinsipi artıq fəaliyyət göstərmir, daha güclüsü fəaliyyət göstərir. İki polkovnik-leytenant öz ifadəsində bildirib ki, vilayət rəhbəri Trdat Sarkisyan hadisədə iştirak edib. Adını təmizləməyə çalışırlar, deyirlər, Trdat Sarkisyan yatmış olub. Xeyr, iştirak edib, demək istəmirəm ki, vilayət rəhbəri polkovnik-leytenanta hücum edib, üstəlik hərbi geyimdə olub. İndi vilayət rəhbərinin adını təmizləyirlər”, - deyə KİV-lərdən birinə açıqlamasında adı çəkilməyən mənbə bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistan İstintaq Komissiyası döyülən erməni polkovnikin işi ilə bağlı yalan danışır

2019/09/Ara-M-1569492919.jpg
Oxunub: 447     14:32     19 Noyabr 2019    