İordaniya NATO ilə əlaqələri inkişaf etdirməklə bağlı müzakirələr aparıb

2019/09/602x3-1568351538.jpg
Oxunub: 421     15:01     19 Noyabr 2019    
İordaniya və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) nümayəndələri arasında dünən Əmmanda görüş baş tutub.

Ordu.az İordaniya dövlət televiziyasına istinadən xəbər verir ki, görüşdə əməkdaşlığı artırmaq müzakirə edilib və təcrübə mübadiləsi aparılıb.

Qeyd olunur ki, NATO nümayəndə heyəti ilə İordaniyanın Baş naziri Ömər Razzaz arasındakı görüşdə tərəflər Yaxın Şərqdəki qeyri-sabit vəziyyəti müzakirə ediblər.

İordaniyada çox sayda suriyalı qaçqının yerləşdirilməsinin təsirini vurğulayan Razzaz ölkəsinin regional münaqişələrin həllini tapmaq üçün regional və beynəlxalq təşkilatlarla birlikdə çalışdığını qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İordaniya   NATO  

İordaniya NATO ilə əlaqələri inkişaf etdirməklə bağlı müzakirələr aparıb

2019/09/602x3-1568351538.jpg
Oxunub: 422     15:01     19 Noyabr 2019    