Erməni deputat: “Kostanyan özünü Eynşteynlə bərabərləşdirir”

2019/11/b0093-1574150781.jpg
Oxunub: 472     12:44     19 Noyabr 2019    
“Bu gün mən gördüm ki, Gevorq Kostanyanın Ermənistana qayıtmaq və özünü ilkin istintaq orqanına təqdim etmək məqsədi yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu noyabrın 18-də jurnalistlərə açıqlamasında “Mənim Addımım” fraksiyasının deputatı Andranik Köçəryan bildirib.

Bu cür məlumatın haradan olması ilə bağlı verilən suala Köçəryan bildirib ki, o, bu yaxınlarda Kostanyanın hardasa müsahibə verdiyini görüb

“Bu yaxınlarda gördüm ki, hansısa müsahibə verib, onun nə zaman gələcəyi istəyi nəzərə çarpmadı. Kostanyan Baş prokuror deyil ki, kimi çağırıb-çağırmayacağıma qərar versin, əgər indi ilkin istintaq orqanının onunla bağlı sualları varsa, onda gəlməlidir və ümumiyyətlə, Eynşteynin hansısa məşhur aforizmlərinin arxasında, özünü onunla bərabərləşdirməyə cəhd edəcək qədər əhəmiyyətli olduğunu göstərmək lazım deyil. Məsələ kitab oxumaqda deyil, məsələ burasındadır ki, şəxs vəzifədə olduğu müddətdə öz addımlarına görə məsuliyyət daşıyıb və ya daşıyacaq. İndi zamanı gəlib, qoy gəlsin və ilkin istintaq orqanının sullarına cavab versin”, - deyə o qeyd edib.

Qeyd edək ki, 2008-ci ilin 1-2 mart tarixləri arasında İrəvanda baş vermiş hadisələrdən sonra Avropa İnsan Haqları Məhkəməsində Ermənistan hökumətinin səlahiyyətli nümayəndəsi, eyni zamanda 2006-cı ilin 14 mart tarixindən etibarən Ermənistan Ədliyyə nazirinin müavini və 2008-ci ilin 2 iyul tarixindən etibarən Ermənistan prezidentinin köməkçisi olmuş Gevork Kostanyan konstitusiya quruluşunun devrilməsi maddəsi ilə xüsusi ağır cinayətdə ittiham edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Kostanyan   Köçəryan  

Erməni deputat: “Kostanyan özünü Eynşteynlə bərabərləşdirir”

2019/11/b0093-1574150781.jpg
Oxunub: 473     12:44     19 Noyabr 2019    