Ermənistan Baş hərbi müfəttişisi nə üçün vəzifəsindən azad olunub?

2019/11/11992-1574150379.jpg
Oxunub: 625     11:48     19 Noyabr 2019    
“Baş hərbi müfəttiş Movses Hakobyan və onun 2 müavinin vəzifəsindən azad olunması Baş Hərbi Müfəttişlikdə struktur dəyişiklikləri ilə əlaqəlidir. Baş Hərbi Müfəttiş İnstitutu ləğv edilir”.

Ordu.az erməni KİV-lərini istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə nazirinin mətbuat sözçüsü Artsrun Hovhannisyan bildirib.

O qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyində Baş Hərbi Müfəttiş İnstitutunun əvəzinə Hərbi Nəzarət Xidməti yaradılır.

Xatırladaq ki, noyabrın 18-də Paşinyan Hakobyanı, onun iki müavini Vaçaqan Nersisyan və Kamo Koçuntsu vəzifəsindən azad edib.

Noyabrın 18-də Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan da jurnalistlərə açıqlamasında bildirib ki, Hakobyanın işdən çıxarılması həmin institutun problemlər yaratdığını göstərir, buna görə də Paşinyan bu cür qərar qəbul edib.

Aprel döyüşlərinin detallarını araşdıran parlament istintaq komissiyasının sədri Köçəryan qeyd edib ki, Hakobyan komissiyaya dəvət olunacaq.

“Bizim heç kəsi komissiyaya gəlməyə məcbur etmək hüququmuz yoxdur, lakin kimi dəvət ediriksə, məmnuniyyətlə gəlir”, - deyə o bildirib.

Xatırladaq ki, 2018-ci ilin may ayında Movses Hakobyan Ermənistanın Baş hərbi müfəttişi vəzifəsinə təyin olunub. Buna qədər o, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini tutub.

Onu da qeyd edək ki, Hakobyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dayısıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hakobyan   Paşinyan  

Ermənistan Baş hərbi müfəttişisi nə üçün vəzifəsindən azad olunub?

2019/11/11992-1574150379.jpg
Oxunub: 626     11:48     19 Noyabr 2019    