Netanyahu Trampla yəhudi yaşayış məntəqələrini müzakirə edib

2019/11/img-2-1574144321.jpg
Oxunub: 415     10:57     19 Noyabr 2019    
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa telefonla zəng edərək ABŞ administrasiyasının Qərb sahilində və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşası ilə bağlı verdiyi qərara görə təşəkkür edib.

Ordu.az xəbər verir ki, bu barədə Netanyahu özünün "Twitter" səhifəsində məlumat yayıb.

"ABŞ prezidenti Donald Tramp ilə telefonla danışdım və tarixi ədalətsizliyi düzəltdiyini söylədim. Bəzilərinə sadə həqiqəti söyləmək lazım idi. Mən prezident Trampa dedim ki, bura bizim üçün yad torpaqlar deyil, 3 min ildən çoxdur ki, vətənimizdir".

Netanyahu, ABŞ-ın son bəyanatının Fələstin tərəfi ilə danışıqlara mane olmayacağını vurğulayıb: "Əksinə, barışa öz töhfəsini verəcək. Çünki, yalanlara əsaslanan həqiqi bir sülh qurmaq mümkün deyil".

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Netanyahu   Tramp  

Netanyahu Trampla yəhudi yaşayış məntəqələrini müzakirə edib

2019/11/img-2-1574144321.jpg
Oxunub: 416     10:57     19 Noyabr 2019    