"İsrailin məskunlaşma fəaliyyətləri beynəlxalq qanuna zidd deyil" - Pompeo

2019/08/Mike--1567246287.jpg
Oxunub: 431     10:32     19 Noyabr 2019    
"Amerika Birləşmiş Ştatları keçmiş prezident Barak Obama administrasiyasının İsrailin Qərb sahilində və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşasının beynəlxalq qanunun pozulması olaraq verdiyi bəyanatı rədd edib".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Pompeo qeyd edib ki, ABŞ-ın İsrail yaşayış məntəqələrini tanıması İordan çayının qərb sahilinin statusuna şamil edilmir və tərəflər arasında sərhədlər danışıqlar yolu ilə müəyyən edilməlidir.

İsrailin Baş naziri Benyamin Netanyahu isə ABŞ-ın bəyanatına münasibət bildirib və bu cür açıqlamanı yüksək qiymətləndirib.

Bundan əlavə, İsrailin Baş naziri ABŞ prezidenti Donald Trampa və onun administrasiyasına həqiqət və ədaləti dəstəklədiyinə görə təşəkkür edib: "ABŞ dövlət katibi Mayk Pompeonun sözləri tarixi bir səhvi düzəltməklə yanaşı mühüm siyasi kursdur. Digər ölkələr də oxşar mövqe tutmalıdır".

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pompeo   İsrail  

"İsrailin məskunlaşma fəaliyyətləri beynəlxalq qanuna zidd deyil" - Pompeo

2019/08/Mike--1567246287.jpg
Oxunub: 432     10:32     19 Noyabr 2019    