Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər

2019/10/1572008598.jpg
Oxunub: 505     10:08     19 Noyabr 2019    
"ABŞ və Rusiya Suriyanın şimalı ilə bağlı razılaşmanın tələblərini hələ tam şəkildə yerinə yetirməyib".

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə Parlamentinin Planlaşdırma və Büdcə Komitəsinin iclasında çıxışı zamanı deyib.

Türkiyə Xarici İşlər naziri Ankaranın terror təşkilatı YPG/PKK yaraqlılarının Suriyanın şimalından tamamilə çıxarılmasında qətiyyətli olduğunu vurğulayıb.

Nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağını qeyd edib: “Əgər nəticə əldə etməsək yenə lazım olanı edəcəyik”.

Çavuşoğlu əlavə edib ki, Türkiyə Suriyanın şimalındakı vəziyyəti həll etmək üçün bölgəni bütün terror təşkilatlarından təmizləməkdən başqa bir yol görmür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Trükiyə   Suriya  

Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər

2019/10/1572008598.jpg
Oxunub: 506     10:08     19 Noyabr 2019    