Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu yaralanıb

2019/03/ermen-1553673577.jpg
Oxunub: 839     18:48     18 Noyabr 2019    
Ermənistanın Tavuş vilayətində mina partlaması nəticəsində müqaviləli hərbi qulluqçu yaralanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Berd icmasının rəhbəri Harutyun Manuçaryan da təsdiq edib.

Məlumata görə, yaralanan erməni hərbi qulluqçu Nerkin Karmirağbyur kəndinin sakinidir.

"Bu gün günorta saatlarında mina partlaması nəticəsində Nerkin Karmirağbyur cəmiyyətinin sakini, müqaviləli hərbi qulluqçu Loris Çobanyan yaralanıb. Çobanyan Berd xəstəxanasına yerləşdirilib və orada əməliyyat olunub. Onun ayağını dizdən aşağı amputasiya ediblər", - deyə icma rəhbəri bildirib.

Manuçaryan, həmçinin bildirib ki, yaralanmış erməni hərbi qulluqçu bu gün İrəvana təxliyyə ediləcək. Loris Çobanyanın 44 yaşı var, bir oğlu və bir qızı var, hər ikisi tələbədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Mina-partlayışı  

Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu yaralanıb

2019/03/ermen-1553673577.jpg
Oxunub: 840     18:48     18 Noyabr 2019    