"Azərbaycan böyük orduya malikdir, özünün revanş hisslərini də gizlətmir"

2019/11/Untit-3148150172.jpg
Oxunub: 1497     15:54     18 Noyabr 2019    
"Beləliklə, tezliklə yeni müharibənin başlayacağını demək düzgün olmazdı, lakin digər tərəfdən, hər şey çox sürətlə, cəmi bir-iki ay içərisində dəyişə bilər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Yeni müdafiə sifarişi: strategiyalar" jurnalının Baş redaktoru, "Jane’s Intelligence" müdafiə və təhlükəsizlik məsələləri üzrə analitik mərkəzin müxbiri, hərbi şərhçi Leonid Nersisyan bildirib.

Xatırladaq ki, noyabrın 12-dən 15-dək Azərbaycanda növbəti geniş miqyaslı təlimlər keçirilib. Bu, cari il ərzində Azərbaycanda keçirilmiş 5-ci böyük hərbi təlimdir.

O qeyd edib ki, söhbət kifayət qədər böyük operativ təlimlərdən gedir, həm aviasiya, həm də quru qoşunları bu təlimlərə cəlb olunub.

"Lakin məlumatlar olduqca kasaddır, təlimlərdə iştirak edən qoşunların dəqiq sayı hələ açıqlanmayıb. Lakin hər halda məlumdur ki, bunlar planlaşdırılmış hərbi təlimlər idi, yəni bunları birbaşa olaraq geosiyasətlə əlaqələndirmək düzgün olmaz. Bu hadisə gözlənilməz idi. Əlbəttə, hər zaman ayıq-sayıq olmaq və bu kimi bütün hərbi təlimləri bütün mümkün vasitələrlə izləmək lazımdır", - deyə erməni hərbi şərhçi bildirib.

Nersisyan, hərbi ssenarinin baş tutumasını da istisna etməyib: "Hər halda, hərbi ssenarini istina etmək olmaz, çünki Azərbaycan bu və ya digər şəkildə silah almağa davam edir, hərbi büdcəsini getdikcə artırır, böyük orduya malikdir, özünün revanş hisslərini də gizlətmir. Beləliklə, tezliklə yeni müjaribənin başlayacağını demək düzgün olmazdı, lakin digər tərəfdən, hər şey çox sürətlə, cəmi bir-iki ay içərisində dəyişə bilər. Buna görə də, Ermənistan Silahlı Qüvvələri hər zaman tam döyüş hazırlığı vəziyyətində olmalıdır".

Onun sözlərinə görə, Azərbaycanın hərbi büdcə artımı həqiqətən də kifayət qədər böyükdür.

"O, gələn il 2 milyardan çox dollar təşkil edəcək. Əlbəttə, 2015-ci ilə qədər gördüyümüz rəqəmlərdən uzaqdır: həmin illərdə Azərbaycanın hərbi xərcləri 3,7 milyard dollara qədər çatırdı. Hesab etmirəm ki, möcüzə ilə hər şeyi dəyişə bilən bir silah növü var. Azərbaycan Silahlı Qüvvələri kifayət qədər mütənasib inkişaf edib, çünki aviasiya istisna olmaqla demək olar ki, bütün qoşun növləri müasir silahla silahlanıb, üstəlik kifayət qədər böyük sayda silahanmaya malikdir".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

"Azərbaycan böyük orduya malikdir, özünün revanş hisslərini də gizlətmir"

2019/11/Untit-3148150172.jpg
Oxunub: 1498     15:54     18 Noyabr 2019    