“Hraparak”: “Paşinyan “qanuni oğru”nun özü olduğunu deyir”

2019/11/43228-1574073615.jpg
Oxunub: 639     20:39     18 Noyabr 2019    
“Giriş sözü olaraq deyək ki, Paşinyanın parlamentdəki son “parlaq” çıxışından sonra bütün qəzetlər və saytlar tez bir zamanda nitqindəki bir sözünü redaktə etdilər, bu da mən deyərdim ki, baş nazirin ruhi vəziyyətinin ən yaxşı səciyyəsi idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzetinin əməkdaşı yazıb.

O qeyd edib ki, söhbət “yerə uzatmaq” sözündən gedir.

“Paşinyan “yerə uzatmaq” yox, “yerə uzatdırmaq”, “yerə uzatdırarıq” deyib, fərq əhəmiyyətlidir, yoxsa yox. Düşünürəm ki, həm də xüsusilə Paşinyan, səhv etmirəmsə, Ermənistanda ləğv edilməsi lazım olan bəzi dəyər sistemi haqqında danışdığı bir məqamda bunu səsləndirdiyi üçün bu vacibdir. Çıxışından, ümumiyyətlə, belə başa düşdüm ki, Paşinyan qanuni oğrunun özü olduğu və “heç kim mənə və çətirim altındakı insanlara heç nə deyməyə cəhd etməsin”, deyə kürsüdən sözünü deməyə gəlib. Bir sözlə, çirkin idi. Daha doğrusu, bir baş nazir üçün çox çirkin əlamət idi”, - deyə qəzetdə qeyd olunub.

Nəşrdə çap olunan materialda vurğulanıb ki, ölkə başçısı, istər prezident, istər baş katib, istərsə də baş nazir, siyasətlə məşğul olmalıdır.

“Başqa cür ola da bilməz. Lakin Paşinyan bu işdə istisna təşkil edir. Tezliklə onun hakimiyyətdə olmasının 2 ili tamam olacaq, amma nə daxili, nə də xarici siyasətdə onun ağzından heç bir siyasi bəyanat eşitmədim. Siyasi həyatı 1998-ci ildə Levon Ter-Petrosyanın buraxdığı cərgəyə qaytaracağını bildirəndə yalnız bir dəfə məni xoş bir şəkildə təəccübləndirdi. Əlbətdə bu ifadə içərisində siyasi məzmun var, amma buna nail olmaq üçün addımların ardıcıllığı baxımından başadüşülən deyil. Ən azı 1998-ci ildə mövcud olmayan “Çiçəklənən Ermənistan”, “Vətəndaş Müqaviləsi” və “İşıqlı Ermənistan” partiyası problemlərini götürək, Paşinyan bunlarla necə davranacaq? Baş nazir Paşinyanın “siyasi” fəaliyyətinə dair yalnız bu qədərini xatırlaya bildim. Qalanları ya öz iradəsindən asılı olmayaraq, yaxud şansı gətirdiyi halda onun iştirakı ilə baş verən normal proseslərdir”, - deyə qəzetin əməkdaşı bildirib.

Nəşrdə vurğulanıb ki, Paşinyanın şəxsən sərmayələr barədə bəyanatlarla çıxış etməsi onun investisiya siyasətini davam etdirməsi demək deyil.

“Paşinyanın sərmayə yatırımlarının olmamasından başqa sərmayə siyasəti ilə bağlı nə baş verdiyini bizə izah edə bilərsiz, faktiki olaraq investisiya qoyuluşları yoxdur. Parisdə, mühacirətin 80-90% dayandırıldığını açıqladı. Hətta yanında oturan Anna Hakobyan da bu “xəbərdən” dik sıçradı. Son illərdə Ermənistan Respublikasında heç bir iş yeri yaradılmayıb, on minlərlə insan iş yerini itirib, xarici səfirliklərin qapılarındakı növbələr azalmayıb, Dövlət Gəlirləri Komitəsi kiçik və orta sahibkarlığı soymağa davam edir, bahalaşma artıb, yalnız nazir və nazir müavinlərinin maaş artımı davam etdirir”, - deyə qəzet yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Qanuni-Oğru  

“Hraparak”: “Paşinyan “qanuni oğru”nun özü olduğunu deyir”

2019/11/43228-1574073615.jpg
Oxunub: 640     20:39     18 Noyabr 2019    