Paşinyan əsl simasını üzə çıxarır

2019/11/RcsKd-1574073296.jpg
Oxunub: 561     17:33     18 Noyabr 2019    
Növbəti dəfə Ermənistan Baş naziri Nikol Paşinyan öz demaqoqiya sənətinə üz tutaraq, “Facebook” sosial şəbəkəsindəki öz səhifəsində İrəvan metrosunun “Respublika meydanı” stansiyasının yaxınlığında təşkil edilən və qanuni yolla qarşısı alınan, “Duyğu və Zəng” tamaşasına toxunub.

Doğrudur, qeyd edilən tamaşanın iştirakçıları şeytan deyil, təqdim edilən səhnənin də şeytanlıqla heç bir əlaqəsi yoxdur. Ancaq bu tamaşanın səhnələşdirilməsi 2019-cu ilin dövlət büdcəəsindən 2.7 mln dram ayrılması baxımından yol verilməz idi. Bu mənəvi baxımdan hətta cinayətdir.

Paşinyan, məhz elə “Duyğu və Zəng” tamaşasının təşkilatçıların özü tərəfindən bu səhnənin “Qadının davranışı, danışma və hərəkət növünün ictimai anlayışını şübhə altına qoymasını” etiraf etdiyi bir tədbiri öz himayəsi altına alıb. Bəs qadının davranış tərzinin sual altına qoyulmasını nəzərdə tutan belə bir fəaliyyət tərzi, Ermənistanda “Alan Dalesin” layihəsini həyata keçirənlərə yox, kim üçün zəruri və buna nə ehtiyac vardı?

“İndi də Ermənistanda yeni bir trend əmələ gəlib. Kim hardasa standartlardan kənar bir iş görürsə ona şeytanlıq ləkəsi yaxırlar. Bəs bu şeytanlıq ümumiyyətlə nədir, kimsə bir nəfər bunu izah edə bilər?Ermənistanda elə bir insan varki, paqanizm etdiyini etiraf etsin. Ona görə ki, biz hesab edirik ki, bizim milli dinimiz paqanizmdir, gerilikdir. Bu insanları biz nə edək, Ermənistanda yaşamalarına icazə verməyək? Biz beləliklə düzgün hərəkət etmədiklərinə, düzgün inanca sahib olmadıqlarına görə insanları yandırma dönəminə gəlib çıxacağıq”, - deyə Paşinyan bildirib.

Belə çıxır ki, Paşinyan üçün Allah sadəcə “hər hansısa qüvvələrdən” ibarətdir. Məlum olur ki, Paşinyan üçün mənəviyyat, xristinalıq dəyərləri sadəcə bir necə daş üzlüklərdən ibarətdir.

Paşinyan 5 dəqiqəlik çıxışında bir neçə dəfə demaqoqiyaya üz tutub. Bunlardan biri, məsələn, “nə edək, bu insanlara Ermənistanda yaşamağa icazə verməyək?”, deyə sorğusudur.

Xatırladaq ki, Paşinyan bu kimi suallarla LGTB-lər, yaxud həmcinslər haqqında danışarkən də bildirib.

Budur, demaqoqiyanın növbəti təzahürü “çarentsşünas” Paşinyanın hörmətsizcəsinə qeyd edilənlərlə heç bir əlaqəsi olmayan Çarentsin poeziyasıdır.

“Yeğişe Çarents deyillər, Çarents haqqında danışan insanlar, maraqlıdır, bilirlərmi ki, Yeğişe Çarents yalnız “Mənim əziz Ermənistanım” şerini yazıb. Təəssüflə, yaxud xoşbəxtlikdən bəziləri üçün bu belə deyil. Yeğişe Çarents SSRİ dövründə senzuradan kənar çox şeylər yazıb, indi biz bunları yandırmalıyıq?”, - deyə Paşinyan qeyd edib.

Ermənistanın “İrates” qəzetinin redaksiya heyəti Paşinyanın bu açıqlamalarına şübhə ilə yanaşmaqla, heç kimin digər təriqədlərə və inanclara sahib olan insanların Ermənistanda yaşama haqqının əlindən alınması, yaxud Yeğişe Çarentsin yaradıcılıq nümunələrinin yandırılması, onun yaradıcılığının araşdırılmasını qadağan etməsinə dair hər hansı bir işarə vurmadığını qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   LGBT  

Paşinyan əsl simasını üzə çıxarır

2019/11/RcsKd-1574073296.jpg
Oxunub: 562     17:33     18 Noyabr 2019    