Erməni hüquq müdafiəçiləri etiraz edir: “Bu qanun layihəsi əsgərlərin intihar kimi qələmə verilən qətllərini qanuniləşdirir”

2019/07/ermen-1563180533.jpg
Oxunub: 816     16:34     18 Noyabr 2019    
Ermənistan parlamentinin İnsan haqları komissiyasının sədri Naira Zöhrabyanın müəllifi olduğu hərbi qulluqçunun intihar həddinə çatdırılmasına görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi parlament tərəfindən təsdiqlənib.

Ermənistan Cinayət Məcəlləsinin “intihar həddinə çatdırma” üzrə 110-cu maddəsi ilə kifayətlənməmək, “Hərbi qulluqçunu diqqətsizlikdən intihar həddinə çatdırma” üzrə yeni maddənin daxil edilməsini təklif olunur. Bu maddə üzrə 6-9 il müddətinə, hərbi dövrdə baş verdikdə isə 10 il müddətinədək azadlıqdan mərhum etmə cəzası və “Hərbi qulluqçunu bilavasitə şüurlu şəkildə intihar həddinə çatdırma” isə 14 il müddətinə azadlıqdan mərhum edilmə daxil olmaqla daha sərt cəzanı nəzərdə tutur.

İndiyədək qüvvədə olan Ermənistan Cinayət Məcəlləsinin maddələri üzrə intihar həddinə çatdırma ən azı 3, ən çox 5 il müddətinə azadlıqdan mərhum edilmə ilə cəzalandırılırdı. Zöhrabyan da müsahibələrində bu qanun layihəsini təqdim edərkən 2018-ci ildə 11-dən artıq hadisənin baş verməsi və illik orta hesabla intihar və intihar həddinə çatdırma üzrə 9-10 hadisənin baş verdiyi statistikasını rəhbər tutub.

O hesab edir ki, qanunun sərtləşdirilməsi erməni ordusunda qabaqlayıcı tədbir və əsgərlərin alçaldılmasının, nizamnamədənkənar münasibətlərin qarşısının alınmasında faydalı ola bilər.

Artıq bu qanun layihəsi erməni hüquq müdafiəçiləri arasında fikir ayrılığına səbəb olub. “Hüquq və Azadlıq Mərkəzi” ictimai təşkilatının rəhbəri, hüquq müdafiəçisi və Vardan Harutyunyan hesab edir ki, CM-nin müddəalarında dəyişiklik edilməsi məsələni həll etmir. Onun sözlərinə görə, məslənin həllinə tərbiyəvi üsullardan istifadə etməklə nail olmaq olar, ancaq bu inqilabi yanaşma tələb edir.

“Əminəm ki, 100% olmasa da, intiharların böyük əksəriyyəti qeyri-qanuni qarşılıqlı münasibətlər səbəbindən baş verir. Bunun əsas və bir nömrəli səbəbkarı, yuxarı və aşağı, xüsusilə də aşağı komandanlıq heyətidir. Bunu yumşaltmaq olar, ancaq tam ləğv etmək mümkün deyildir. Çünki bizim ordumuz çar dövründən başlayaraq, həmin vərdişlərin üstünlük təşkil etdiyi bizim ordumuzda və ya rus göstəriciləri ilə qurulmuş digər ordularda mövcud olan rus ordusunun göstəriciləri və anlayışları üzərində qurulub”, - deyə o qeyd edib.

Harutyunyan qeyd edib ki, ən vacib məsələ çağırışa cəlb edilən gənclərin yaş həddinin 21 yaşına qaldırılmasıdır.

“Ona görə ki, hələ formalaşmamış 18 yaşlı gəncin əlinə silah və atəş açma imkanı verildikdə, bu yaşda olan gənclər arasında müxtəlif münaqişələr və mübahisələr meydana gəlir, ancaq 21-22 yaşlı gənclər arasında bu problemlər yaranmır. Yaxud bu gənclər problemi həll etmək üçün atəş açma yolundan fərqli yolları axtarıb tapırlar. Məsələn, ABŞ-n 21 yaşlı gənclərlə komplektləşdirilən ordusu var. İnsanlar tarix və yol keçiblər, öz gənclərinin dəyərini dərk edirlər. Rus ordusunda isə insanın heç vaxt dəyəri olmayıb. Eyni şeyi Orta Asiya və Ukrayna ordusu üçün də demək olar. İndi Ukraynda NATO standartlarına keçid edirlər. Düşünürəm ki, eyni qaydada yaş həddi də artırılacaq. Bu cür inqilabi qanun erməni parlamentində heç vaxt irəli sürülməyib. Bizim ordumuz fəqli standartlar üzərində qurulduğuna görə yaxın gələcəkdə bu ola da bilməz”, - deyə erməni hüquq müdafiəçisi qeyd edib.

Ermənistan hüquq müdafiəçisi, “İnsan haqları naminə jurnalistlər” ictimai birliyinin sədri Janna Aleksanyan bu qanuna sərt mövqe bildirib.

“Bu qanun layihəsi intihar kimi qələmə verilən qətlləri qanuniləşdirir. İstintaq Komitəsi qətlləri gizlədir. Konkret olaraq bizim təşkilatın intihar kimi qələmə verilən, lakin intihar yox, qətl törədildiyini sübut edən dəlillərə malik olduğu 4 cinayət işi var”, - deyə o bildirib.

Aleksanyanın sözlərinə görə, qanun layihəsi təklif edərkən istintaq orqanlarının bu işlər üzrə fəaliyyətini araşdırmaq yaxşı olardı.

“İctimai təşkilat nümayəndələrini, hərbi cinayət işləri üzrə vəkilləri cəlb etməklə komissiya yaradılması və yeni manupulyasiyalardan yayınmaq üçün onların da fikirlərini nəzərə alsaydılar, yaxşı olardı”, - deyə Aleksanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İntihar   Cinayət  

Erməni hüquq müdafiəçiləri etiraz edir: “Bu qanun layihəsi əsgərlərin intihar kimi qələmə verilən qətllərini qanuniləşdirir”

2019/07/ermen-1563180533.jpg
Oxunub: 817     16:34     18 Noyabr 2019    