Paşinyan Rusiya ilə münasibətlərin "kimya"sını tez başa düşdü

2019/11/45-6-1573897416.jpg
Oxunub: 615     14:33     16 Noyabr 2019    
BMT Baş Assambleyasının sessiyasında Ermənistan yenidən Krımda insan hüquqları ilə bağlı qətnamənin əleyhinə səs verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası komitəsi tərəfindən müzakirə edilən "Krım Muxtar Respublikasında və Sevastopol (Ukrayna) şəhərində insan hüquqları ilə bağlı vəziyyət" adlı sənədin yeni layihəsi müzakirə edilib.

BMT-nin rəsmi hesabatına görə, Ermənistan da daxil olmaqla 22 ölkə, o cümlədən Rusiya, Belarus, Kamboca, Kot-d'İvuar, Kuba, Şimali Koreya, Eritreya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Myanma, Nikaraqua, Filippin, Serbiya, Sudan, Suriya, Uqanda, Venesuela və Zimbabve sənəd layihəsinin əleyhinə səs verib.

Ermənistanın isə Krım qətnaməsinə səs verməsi istisna deyil, artıq bir qaydadır. Ermənistan son illərdə demək olar ki, bütün bu kimi qətnamələrə təbii ki, öz maraqları üçün deyil, Rusiyanın xoşuna gəlmək üçün əleyhinə səs verib. Ermənistanın keçmiş hökuməti də eyni cür səsvermədən istifadə edirdi və bu gün müxalifətçi hakimiyyət tərəfindən tənqid olunurdu.

Lakin hakimiyyətə gələndə Nikol Paşinyan Rusiya ilə münasibətlərin "kimya"sını tez başa düşdü və indi Ermənistan əvvəlkindən daha çox Rusiya meyilli siyasət yürüdür.

Əslində, belə bir səsvermə ilə Ermənistan müxtəlif yollarla özünü büruzə verən, lakin ən aktual olan - Qarabağ münaqişəsinin həllində dünyanın münasibətinə dair öz təcavüzkar baxşını ortaya qoyur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Putin  

Paşinyan Rusiya ilə münasibətlərin "kimya"sını tez başa düşdü

2019/11/45-6-1573897416.jpg
Oxunub: 616     14:33     16 Noyabr 2019    