Hərbi hissəni özbaşına tərk edən erməni əsgərə görə hərbi polis rəisinə qarşı xidməti istintaq başlanılıb

2018/07/146046786734534534_1509435690_1523899490_1532510960.jpg
Oxunub: 577     14:14     16 Noyabr 2019    
“Hərbi hissəni özbaşına tərk edən əsgərlə bağlı Hərbi polis rəhbərinin verdiyi müsahibə bu cür vəzifəni tutan şəxsin xeyirxahlığının bütün sərhədlərindən kənardır”.

Ordu.az xəbər verir ki, bir neçə gün bundan öncə Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının üzvü Kristine Poğosyan öz “Facebook” səhifəsində oktyabrın 20-də Qafan hərbi hissəsini özbaşına tərk etmiş Erik Qasparyanla bağlı qeyd yazıb.

Qeyd edək ki, hərbi polis rəisi Artur Bağdasaryan əsgəri verdiyi müsahibəsində “homoseksual çıxarıb”.

““Facebook” sosial şəbəkəsi ilə bir oğlanla tanış olub, görünür dostu tək olub, dosta ehtiyacı olub, o da dostunun yanına gedib. Biri deyir dostum deyil, hər halda iki oğlan bir-biri ilə qalıb”, - deyə o qeyd edib.

Məlumata görə, əsgərin anası oğlunun homoseksual kimi tanınmasından sonra hərbi hissədə təqib olunacağını bilərək xidmətini davam etdirmək üçün eyni hərbi hissəyə aparılması barədə narahatlığını ifadə edib. Kristine Poğosyan bundan öncə məsələ ilə məşğul olacağına söz verib.

“Deməliyəm ki, ordumuzun istənilən hərbi qulluqçusu müdafiə və təhlükəsizlik komissiyasının, habelə şəxsən mənim himayəm altındadır, qoy biri başqa cür düşünməyə cəsarət etsin”, - deyə o bildirib.

Noyabrın 15-də jurnalistlər Poğosyandan Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə qurub-qurmadığını, həmin əsgərin problemi ilə bağlı nəyin ortaya çıxarıldığını soruşub.

Poğosyan cavab verib ki, noyabrın 15-də Ermənistanın Müdafiə naziri Davit Tonoyanla uzun söhbət edib.

“Nazir işin bütün gedişatından xəbərdar idi, hal-hazırda hərbi qulluqçu hərbi polisdədir. Qayda belədir, hərbi qulluqçu hərbi hissəni tərk edib, buna görə də qanunla müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb olunur, mən çox təəssüf edirəm. Gənc oğlandır, faktiki olaraq həyatı yanlış istiqamətdə gedib. Digər bir məsələ onun hərbi hissəni nə üçün tərk etməsi, bunu necə izah etməsidir, lakin mənim üçün heç bir açıqlama fərarilik addımına uyğun gəlmir. Eyni şey sərhəddə də baş verə bilərdi və o, yoldaşlarının həyatını təhlükə altında qoyaraq onları necə tərk edəcəkdi?”, - deyə o bildirib.

Kristine Poğosyan hərbi polis rəhbərinin açıqlamasına əsəbləşib.

“Mən əsəbləşmişdim. Hərbi polis rəhbərinin verdiyi müsahibə qəbuledilməz idi, bu, Müdafiə Nazirliyinin nazir ilə birlikdə qəbul etdiyi xeyirxahlıq qanunlarına uyğun gəlmir”, - deyə erməni əsgərin anası qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərari  

Hərbi hissəni özbaşına tərk edən erməni əsgərə görə hərbi polis rəisinə qarşı xidməti istintaq başlanılıb

2018/07/146046786734534534_1509435690_1523899490_1532510960.jpg
Oxunub: 578     14:14     16 Noyabr 2019    