“Bir kəmər, bir yol”, “Vahid Çin” və Yeni İpək Yolunun üstündəki Azərbaycanla hərbi əməkdaşlıq – EKSPERT (ANALİZ)

2019/11/hasan-1574077144.jpg
Oxunub: 2640     15:09     18 Noyabr 2019    
Hələ eramızdan əvvəl Şərqlə Qərbi bir-birinə birləşdirən Qədim İpək Yolu Hindistana dəniz yolunun mövcudluğunun, Amerikanın isə quru sahəsi kimi kəşfindən sonra əhəmiyyətini tədricən itirməyə başlasa da, ötən əsrin sonuncu onilliyində dünyanın siyasi-iqtisadi quruluşunda baş verən kəskin dəyişiklik, daha konkret desək, SSRİ-nin dağıdılması tarixə gömülmüş İpək Yolunu yenidən gündəmə gətirdi. Hətta o, Böyük İpək Yolu kimi dəyərləndirildi və yeni dünyanın ictimai-siyasi-iqtisadi quruluşunda ciddi mahiyyət daşmağa başladı.

Avropa İttifaqının yeni müstəqil dövlətlər üçün 1991-ci ildə tərtib etdiyi TACIS proqramı çərçivəsində TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) lahiyəsi İpək Yolu anlayışının yenidən sürətlə formalaşdırılmasına və bu yol üzərində yerləşən ölkələr arasında hərtərəfli əlaqələrin inkişafına gətirib çıxardı. Avropa Şurası TRASEKA layihəsini 1993-cü ildə Brüssel konfrasında, yenicə müstəqillik qazanmış Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin razılığı ilə qəbul edib. Həmin dövrdən də “Yeni İpək Yolu”, bu layihənin əhatə etdiyi dövlətlər arasında iqtisadi, ticari, mədəni əlaqələrin inkişafında müstəsna rol oynamağa başladı. Təbii ki, bu layihədə nəzərdə tutulan iqtisadi dəhliz Azərbaycanın ərazisindən keçdiyinə görə, Cənubi Qafqaz respublikaları arasında daha çox onun dünyaya inteqrasiyası üçün xüsusi çəkiyə malikdir.

İstər iqtisadi-yerüstü və yeraltı sərvətləri, istərsə də tarixi-mədəni cəhətdən, həmçinin coğrafiyasının geopolitik arenada xüsusi əhəmiyyətə malik olması nöqteyi-nəzərdən Azərbaycan Böyük İpək Yolu layihəsinin formalaşmasında daha çox əhəmiyyətə malikdir.

Süqutuna qədər 2000 il ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək Yolu öz tarixi mahiyyətinə yenidən qovuşaraq mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynamaqla yanaşı, yer üzünün gələcək siyasi quruluşunun formalaşmasında da mühüm rol oynamağa başladı.

Qızıl-gümüş, qiymətli daş-qaş yolu…

Böyük İpək Yolunun ilk şaxəsi vaxtilə Cənubi Azərbaycan ərazisindən keçdiyindən Beyləqan, Dərbənd, Qəbələ, Naxçıvan, Gəncə, Şəki və Şirvanda ipəkçiliyin inkişafına xüsusilə təsir göstərib. Eyni zamanda, bu marşurutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək, daha sonra ədviyyat, qızıl, gümüş, brilliant, mirvari və s. məmulatlar daşınırdı. Əvəzində, tacirlər Avropadan Şərq ölkələrinə qalay, sink, civə, mahud parça və başqa məhsullar aparırdılar. Bu həm də, Azərbaycanın Bakı, Dərbənd, Şamaxı, Şirvan bölgələrində başqa sahələrin də inkişafına təkan verirdi. Misal üçün, həmin dövrlərdə adıçəkilən şəhərlərdən keçən tacirlərin rahatlığını təmin etmək üçün karvansaraların inşasını, bununla yanaşı yeni xidmət mədəniyyətinin və memarlığın inkişafını göstərmək olar.

Bu gün də Şərq və Qərb arasında xüsusi əhəmiyyətə malik olan Azərbaycan inkişaf eləmiş böyük dövlətlərin diqqət mərkəzindədir. Həm iki qitə arasında ticarət əlaqələrinin genişlənməsində tranzit kimi, həm də iri enerji layihələrinin icrasında tərəf olaraq Azərbaycan xüsusi rol oynayır.

Böyük İpək Yolu ilə Azərbaycan üzərindən Şərqə Avropa məhsulları, Qərbə isə Şərq ölkələrinin istehsalı olan mallar daşınır.

Təhlükələrlə əkiz yaradılan yeni layihələr…

Sürətlə inkişaf edən qloballaşma özü ilə həm də çarpazlaşan maraqlar meydana gətirib. İndi dünyanın bir çox güc mərkəzləri arasında bloklaşma, ittifaqlar meydana gəldiyi halda, Azərbaycan yürütdüyü balanslaşdırılmış siyasət nəticəsində dünya dövlətləri ilə ən yüksək səviyyədə münasibətlər qurur, iqtisadi, siyasi, hərbi əməkdaşlığını möhkəmləndirir.

Hələ ki, hərb variantını ehtiyyatda saxlayıb Dağlıq Qarabağ müharibəsinin ədalətli və sülh yolu ilə həllini seçən Azərbaycan həm də özünün hərbi qüdrətini artırmağa da kifayət qədər üstünlük verir. Bunun üçün dünyanın ən inkişaf eləmiş ölkələri ilə hərtərəfli əməkdaşlıq edən Azərbaycan terrorizmlə mübarizə aparan dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi də tanınır.

Maraqlıdır ki, hazırda dünyanın nəhəng güc mərkəzlərindən birinə çevrilməkdə olan Çin Xalq Respublikasından başlayan Böyük İpək Yolunun inkişafı ilə paralel, onun təhlükəsizlik məsələsi də aktuallaşır. Təbii ki, bu böyük iqtisadi dəhlizin əhatə etdiyi ölkələrin inkişafı, kiçik və ya inkişaf etməkdə olan ölkələri qloballaşma adı altında öz təsiri altına almağa çalışan güc mərkəzlərində qısqanclıq doğurur. Belə olan halda, Böyük İpək Yolu layihəsinin təhdidlə üzləşəcəyini qaçılmaz hesab etmək olar. Digər tərəfdən də, İpək Yolunun keçdiyi Şərqdə Çin, Orta Asiyada Qazaxıstan, Cənubi Qafqazda Azərbaycan, Kiçik Asiya regionunun bir hissəsini əhatə edən İran və s. kimi ölkələr bugünkü dünya güclərinin diktəsindən kənar siyasət yürüdür və öz inkişafını sürətləndirməyə çalışır. Bu isə o deməkdir ki, güc mərkəzləri ilə, daha konkret desək, Qərblə hesablaşamamağa çalışan dövlətlər artıq “hədəfə çevirilirlər”. Deməli, bir vaxtlar müstəqillik qazanmış postsovet ölkələrinə dəstək, bir tərəfdən də sosisalizm quruluşunu yaşadan Çin Xalq Respublikası ilə Qərbi birləşdirmək üçün texniki yardım məqsədilə yaradılan Böyük İpək Yolu əhatə etdiyi dövlətlərin iqtisadiyyatında mühüm dəyişikliklərə gətirib çıxarır və onların inkişafına səbəb olmaqla ciddi rəqabət meydanlarında Qərb dairələri üçün arzuolunmaz “problem”ə çevrilir. Bu da öz növbəsində Böyük İpək Yolu ölkələrini bu iqtisadi dəhlizin təhlükəsizliyini əmin şəkildə qorumaq ətrafında düşünməyə vadar edir.

Etimad üçün uzanan dost əlləri və hərbi təhsildə Çin “döyüş qaydaları”

İlk dəfə 1992-ci ilin aprelində Azərbaycanla Çin arasında diplomatik əlaqələrin qurulmasından qısa müddət sonra Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Çin Xalq Respublikasına səfərə gedir və ölkə rəhbəri tərəfindən təntənəli şəkildə qəbul olunur. Həmin görüşdən sonra isə Çinin dövlət nümayənədləri dəfələrlə Bakıya rəsmi səfərlərə gəlirlər. Bu isə iki ölkə arasında iqtisadi, elmi, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafını və möhkəmlənməsini təmin edir.

Bu gün 27 illik diplomatik münasibətlərə malik olan Azərbaycan-Çin arasındakı əlaqələr 2004-cü ildən daha da inkişaf edərək iqtisadi, elmi sahələrlə yanaşı hərbi müstəvidə də möhkəmlənməyə başlayıb.

Azərbaycanın terrorizmlə mübarizədə və beynəlxalq humanitar proseslərdə yaxından iştirakı Çin dövlətinə əsas verir ki, istər iqtisadi sferada, istər elmi-texniki əməkdaşlıqda, istərsə də hərbi sahədə rəsmi Bakı ilə tərəfdaşlıq haqda tərəddüd etmədən düşünə bilsin.

Səbəbsiz deyil ki, Çin indiyədək ölkəmizə bir neçə dəfə hərbi yardım edib. Rəsmi Pekin 2011-ci ildə 951 min dollar, 2014-cü ildə isə 485 min dollar dəyərində Azərbaycan Silahlı Qüvvələrinə təmənnasız yardım ayırıb. 2010-cu ilin əvvələrində isə Azərbaycan Çindəki səfirliyinə general-leytenant rütbəli hərbi attaşe göndərib. Bu da dövlətlər arasında hərbi münasibətlərin hansı səviyyədə formalaşmasından xəbər verir.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri vaxtaşırı Çində keçirilən müxtəlif təlim kurslarında iştirak ediblər. Eləcə də azərbaycanlı zabitlərin yetişdirilməsində Çin Hərbi Akademiyalarının da rolu az deyil.

Həmçinin Çin Azərbaycanla hərbi əməkdaşlığın tərkib hissəsi kimi bu ölkənin hərbi bazarında da maraqlıdır. 2016-cı ildə Bakıda keçirilən “ADEX-2016” sərgisində Çinin də müxtəlif hərbi müəssisələri iştirak edib.

Hər gün möhkəmlənən münasibətlər, dünyaya sətirüstü mesajlar…

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Çin Xalq Respublikasında səfərdə olub. Çin dövlətinin başçısı ilə görüşdə müzakirə olunan məsələlər, aparılan danışıqlar bir daha göstərdi ki, rəsmi Pekin Azərbaycanla əməkdaşlığını daha da genişləndirmək və möhkəmləndirmək niyyətindədir. Eyni zamanda “Vahid Çin” siyasətinə Azərbaycan tərəfindən yüksək dəyər verilməsi rəsmi Pekin tərəfindən məmnunluq və minnətdarlıq hissi ilə qarşılanır.

2019-cu ilin aprelində Çinin Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri, general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekinə rəsmi səfər edən Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bu ölkənin hərbi rəhbərliyi ilə keçirdiyi görüşlərdə də iki dövlət arasında hərbi əməkdaşlığın gələcək perspektivləri əsas mövzulardan biri oldu.

ÇXR-in Milli Müdafiə naziri V.Fenxe “Bir kəmər, bir yol” layihəsinə verdiyi töhfələrə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirməklə yanaşı, ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi ilə bağlı mövqeyinin dəyişmədiyini, hər zaman olduğu kimi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu qeyd edib.

Bu həm də, region ölkələri üçün müəyyən mənada mesaj hesab edilə bilər. Deməli, rəsmi Pekin öz Müdafiə nazirinin timsalında demək istəyir ki, əgər Dağlıq Qarabağ müharibəsinin həlli hərb yolu ilə gerçəkləşərsə, Çin Azərbaycanın yanındadır və rəsmi Bakıya gərək olan yardımları etməyə hazırdır.

Düşmənin düşməniylə dostluq siyasətində çinvari gediş

Başqa maraqlı məqamlara da nəzər salmağa çalışaq. Çin Xalq Respublikası ilə iqtisadi-siyasi, hərbi sahədə münasibətləri o qədər də yaxşı olmayan Hindistanın, Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən Ermənistanla müdafiə sənayesi sahəsində nümayişkaranə əməkdaşlığı rəsmi Pekinin diqqət mərkəzindədir. Əslində, o qədər də geniş texniki inkişafa malik olmayan hind müdafiə sənayesinin rəsmi İrəvanla “bazarlıq” etməsi Azərbaycan üçün qorxulu heç nə vəd etmir. Amma bu gün dünyanın aparıcı elmi-texniki və hərbi sənaye ölkəsinə çevirilən Çinlə Azərbaycanın yüksək səviyyəli münasibəti Ermənistan hökumətini düşündürməyə bilməz. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri təntənəli keçidlərində özünün arsenalında olan müasir Çin silahlarını dəfələrlə nümayiş etdirib. Azərbaycanın Belarusdan aldığı “Polonez” Operativ Taktik Raket Kompleksi (OTRK) Belarus-Çin birgə istehsalıdır və onun raketləri Çinin M20 döyüş raketinin bazasında yaradılıb. Eləcə də Çinin uzaq mənzilli raketləri, tank əleyhinə mübarizə kompleksləri, hərbi texnikası və radioelektron mübarizə vasitələri Azərbaycan tərəfindən diqqətlə izlənir. Çin hərbi şirkətlərinin radioelektron mübarizə vasitələri xüsusilə diqqətəlayiqdir və Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında tətbiqi mümkündür.

Digər maraq çəkən faktlardan biri isə Çinin Pakistanla birgə istehsalı olan JF-17 döyüş təyyarələridir. Deməli, Çin ilə hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük imkanlar var.

Dostluğu möhkəmləndirən təhdid ehtimalları…

Bu həm də, yuxarıda qeyd etdiyimiz kimi, Yeni İpək Yolu iqtisadi nəqliyyat dəhlizinin gələcəkdə daha etibarlı şəkildə qorunması üçün Çinə Cənubi Qafqaz regionunda Azərbaycanın timsalında inkişaf edən, güclü tərəfdaş qazandırır. Digər tərəfdən, regionda xüsusi çəkiyə malik olan Azərbaycan üzərindən keçən Yeni İpək Yolu vasitəsilə rəsmi Pekinin Türkiyə, Rusiya, Gürcüstan, İran kimi ölkələrlə də iqtisadi, ticari, mədəni və hərbi sahədə münasibətlərinin daha da möhkəmlənməsində müsbət rol oynaya bilər. Bu həm də, gələcəkdə bu ölkələr üçün yarana biləcək terror təhdidləri ilə, iqtisadi problemlərlə birgə mübarizə üçün, həmçinin enerji təhlükəsizliyi məsələlərində tərəfdaşlıqdan ötrü sadalanan ölkələrə əlverişli mühit yaradır.

Hərbi-siyasi təhlilçi Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Çin   Hərbi-əməkdaşlıq  

“Bir kəmər, bir yol”, “Vahid Çin” və Yeni İpək Yolunun üstündəki Azərbaycanla hərbi əməkdaşlıq – EKSPERT (ANALİZ)

2019/11/hasan-1574077144.jpg
Oxunub: 2641     15:09     18 Noyabr 2019    