Hərbi kəşfiyyat və onun tərkib hissələri - HƏRBİ EKSPERT (ANALİZ) - II YAZI

2019/11/P6UFi-3148824258.jpg
Oxunub: 1590     14:03     22 Noyabr 2019    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Məqalənin birinci hissəsində verilən məlumatdan məlum oldu ki, hərbi kəşfiyyat məqsədlərindən, fəaliyyət dairəsindən və yerinə yetirilən tapşırıqların xarakterindən, tətbiq olunan fəaliyyət sferasına görə fərqlənir. Hərbi kəşfiyyatın 2-ci növü olan operativ kəşfiyyat birliyin qoşunları tərəfindən keçiriləcək əməliyyatlara müvəffəqiyyətlə hazırlaşmaq üçün mövcud və ya ehtimal olunan düşmən, həmçinin ehtimal olunan hərbi əməliyyatlar teatrı barədə dolğun məlumatların əldə edilməsi və öyrənilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərdir. Operativ kəşfiyyat strateji və taktiki kəşfiyyat ilə qarşılıqlı əlaqədədir. Bir çox NATO ölkələrində ayrıca növ kimi operativ kəşfiyyat mövcud deyil, onun vəzifələri strateji və taktiki kəşfiyyat arasında paylanılıb.

Operativ kəşfiyyatın sülh və müharibə dövründə vəzifəsi aşağıdakılar barədə məlumatları əldə etməkdən ibarətdir:

- düşmənin əməliyyatlara hazırlıq tədbirləri;
- düşmənin nüvə silahından istifadə imkanı;
- düşmən qruplaşmalarının yerləşdirilməsi, qüvvələrin və silahların döyüş qabiliyyəti;
- düşmən fəaliyyətlərin ehtimal olunan xarakteri;
- nüvə silahlarının, raket qurğularının, radioelektron vasitələrin və komanda məntəqələrinin mövcudluğu və yerləşdiyi ərazi;
- aviasiya, hava hücumundan və raketdən müdafiə sistemlərinin bazasını və fəaliyyətinin xarakteri;
- maddi texniki təminat sistemi;
- qoşunların siyasi, mənəvi və psixoloji vəziyyəti;
- komandanlığın tələb etdiyi digər məlumatları.

Operativ kəşfiyyat döyüş əməliyyatları zonası haqqında aşağıdakı məlumatları təqdim etməlidir:

- ərazinin xarakteri;
- əməliyyat teatrının təbiət şəraiti;
- operativ təchizat dərəcəsi;
- yerli resursların mövcudluğu;
- yerli əhali arasında siyasi əhval ruhiyyə.

Operativ kəşfiyyatının dərinliyi hərbi əməliyyatların xarakteri və həcmi, birliyə verilən döyüş tapşırıqları, düşmən qüvvələrin operativ müdafiə dərinliyi, əməliyyat teatrının xarakteri və digər şərtlərlə müəyyən edilir.

Operativ kəşfiyyatın tarixi

Əməliyyat kəşfiyyatına ehtiyac XX əsrdə, döyüşlərin əməliyyat xarakteri almağa başlaması səbəbindən yarandı. Əməliyyatın planlaşdırılması birləşmə üçün bütün mümkün ssenarilərin hesablanmasını tələb edirdi.

Operativ kəşfiyyatının daha da inkişaf etməsi, silahlı mübarizə vasitələrinin və metodlarının dəyişməsi, komandanlıqların sərəncamına OTRK və YARS kimi uzaqmənzilli silah sistemlərinin verilməsi kimi amillərin təsiri altında baş verdi. Silahlanmadakı bu dəyişikliklər, birliklərə prioritet hədəflərə zərbəni ən qısa müddətdə endirmək üçün onların yerləşdiyi koordinatları yüksək dəqiqliklə aşkar etməyə qadir olan yeni operativ kəşfiyyat orqan və vasitələrinin yaradılmasını tələb edirdi.

Yaxın tarixin silahlı münaqişələr praktikası göstərir ki, hazırda kəşfiyyat məlumatlarının 85% -dən çoxu yer, hava və kosmik daşıyıcılarda quraşdırılan elektron sistemlərin texniki avadanlıqlarından istifadə etməklə əldə edilir. Buna görə, əməliyyat kəşfiyyatının inkişafında əsas diqqət qoşunların texniki təchizatına yönəldilir.

Operativ kəşfiyyatının aparılması

Operativ kəşfiyyatın tam həcmdə aparılması, birliyin əməliyyat apardığı bütün zolaqda və düşmən müdafiəsinin dərinliyində bütün zəruri məlumatların vaxtında əldə edilməsinə imkan verir. Operativ kəşfiyyat tərəfindən verilən məlumatların savadlı təhlili birlik komandanına və qərargaha şəraitin mümkün dəyişikliklərini hesablamağa və hərbi əməliyyatlar zamanı tabeçilikdə mövcud olan resursları səmərəli idarə etməyə imkan verir.

Operativ kəşfiyyat ilə taktiki kəşfiyyat arasındakı əsas fərqlərdən biri düşmənin araşdırılmaya məruz qalan arxa cəbhəsinin dəyişən dərinliyindən ibarətdir.

Taktiki kəşfiyyatda düşmənin hərəkətlərinə, qoşunlarının vəziyyətinə və onun ərazidə yerləşməsinə nəzarət həm təmas xəttindən, həm də düşmənin arxa cəbhəsinə (hərbi hissənin və ya birləşmənin özünün müdafiə dərinliyindən çox olmayan dərinlikdə) keçməklə həyata keçirilir. Başqa sözlər taktiki kəşfiyyat düşmənlə təmas xəttinin nisbətən yaxın məsafədə öyrənilməsini nəzərdə tutursa, operativ kəşfiyyat isə düşmənin arxa cəbhəsinin, qoşunların təmas xəttindən düşmən birliklərinin bütün müdafiə dərinliyində (bu məsafə 1000 kilometrə qədər ola bilər) araşdırılmasını nəzərdə tutur. Ümumiyyətlə operativ kəşfiyyat fəaliyyətləri radio və radiotexniki kəşfiyyat istisna olmaqla, yalnız cəbhə xəttinin əks tərəfində və uzaq dərinlikdə baş verir.

Operativ kəşfiyyat ilə taktiki kəşfiyyat arasındakı digər əsas fərq qeyri-leqal agentlərin istifadəsidir. Beləliklə, taktiki kəşfiyyat yalnız qoşunların kəşfiyyat bölmələrinin qüvvələri tərəfindən aparılır (buna görə də taktiki kəşfiyyat çox vaxt qoşun kəşfiyyatı da adlandırılır), lakin operativ kəşfiyyat düşmənin arxasına daha dərin və geniş nüfuz etməklə, habelə qeyri-leqal xüsusi xidmət orqanlarının agentlərinin düşmənin dövlət və hərbi idarəetmə orqanlarına yeridilməsinə imkan verir. Bundan əlavə operativ kəşfiyyatı aparmaq üçün düşmən hərbi qulluqçularının və ya mülki şəxslərinin əməkdaşlığa cəlb edilməsindən istifadə edilə bilər.

Operativ kəşfiyyatda məlumat toplamaq üçün əsasən aşağıdakı vasitə və metodlardan istifadə edilir:

- hava və peyk fotoçəkilişlərindən;
- radio və radiotexniki kəşfiyyatdan;
- gizli şəkildə düşmənin arxasına yerləşdirilən kəşfiyyat qrupları tərəfindən görülən işlərin nəticəsindən;
- düşmənin hərbi qurğularını və qoşunların manevrlərini aşkarlamaq və müşahidə etməkdən;
- xüsusi kəşfiyyatdan (düşmənin vacib hərbi və dövlət obyektlərinin axtarışı və onlara qarşı diversiyalar həyata keçirilməsindən);
- düşmən müdafiəsinin dərinliyində əsir götürülən hərbi əsirlərin dindirilməsindən;
- qeyri-leqal kəşfiyyat agentləri tərəfindən düşmən müdafiəsinin dərinliyində yerli əhali ilə həyata keçirilən kəşfiyyat fəaliyyətlərinin nəticələrindən;
- cəlb olunan düşmən hərbçilərinin fəaliyyətlərindən.

Ardı var...
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Operativ-Kəşfiyyat  

Hərbi kəşfiyyat və onun tərkib hissələri - HƏRBİ EKSPERT (ANALİZ) - II YAZI

2019/11/P6UFi-3148824258.jpg
Oxunub: 1591     14:03     22 Noyabr 2019    