Hərbi kəşfiyyat və onun tərkib hissələri - HƏRBİ EKSPERT (ANALİZ) - I YAZI

2019/11/Urban-1574079044.jpg
Oxunub: 2432     17:00     18 Noyabr 2019    
Müasir dünyada dövlətin və Silahlı Qüvvələrin həyat və fəaliyyətini Hərbi kəşfiyyatın mövcudluğundan kənar təsəvvür etmək çətindir. Müharibənin hücum və müdafiə olaraq müvəffəqiyyətlə planlaşdırılması üçün dövlətin ən yüksək siyasi və hərbi rəhbərliyinin strateji məlumatlar əldə edə biləcək kəşfiyyat orqanına daim ehtiyacı olduğu şübhəsizdir. Tətbiq sahəsinə görə hərbi kəşfiyyat yerüstü, hava, dəniz, kosmik kəşfiyyata; yerinə yetirdiyi vəzifələrin xarakterinə görə agentura, xüsusi, artilleriya, mühəndis, radiasiya, kimyəvi və bioloji, topoqrafiq, hidroqrafiq, hidrometeroloji, texniki və təminat kəşfiyyatına; istifadə edilən texniki vasitələrin tərkibindən asılı olaraq isə radioelektron və optik elektron kəşfiyyata bölünür.

Hərbi kəşfiyyat 3 sinifə bölünür:

- Strateji kəşfiyyat silahlı qüvvələr və qoşun növləri tərəfindən aparılır;
- Operativ kəşfiyyat cəbhə, ordu, korpus və onlara ekvivalent birləşmələr tərəfindən tərəfindən aparılır;
- Taktiki kəşfiyyat isə diviziya, briqada və alay tərəfindən aparılır.

Bütün səviyyələrdə olan komandir heyəti istənilən döyüş növündə bölməsinin miqyasına uyğun kəşfiyyat orqanı təyin etməyə və onun fəaliyyətini təşkil etməyə borcludur.

Strateji kəşfiyyat

Strateji kəşfiyyat - rəqib ölkənin potensialı haqqında strategiyanın formalaşdırılmasına təsir edən informasiyaların əldə edilməsi üçün dövlət qurum və təşkilatlarının əlaqəli həyata keçirdiyi ən mürəkkəb fəaliyyətdir. Strateji kəşfiyyat məlumatları dövlətin ən yüksək hərbi və siyasi rəhbərliyinə təqdim edilmək üçün toplanır, bu məlumatlar isə dövlət siyasətinin və strategiyasının işənib hazırlanmasına təsir göstərir. Hərbi strateji kəşfiyyatın xüsusi bir növü isə dövlət və qeyri-hökumət elmi tədqiqat müəssisələrinin və özəl şəxslərin fəaliyyətini özündə birləşdirir.

Dövlətin və Silahlı Qüvvələrin həyat və fəaliyyəti, onun nə qədər uğurlu və ya uğursuz olmasından asılıdır. Bu kəşfiyyat forması bütün mümkün üsul və vasitələrlə leqal (rəsmi) və ya qeyri-leqal (gizli) həyata keçirilir.

Yaranması

"Strateji kəşfiyyat" anlayışı 19-cu əsrin birinci yarısında, Almaniya hərbi mütəfəkkiri və nəzəriyyəçisi Karl Klausevitzin "Müharibə haqqında" əsərində "strategiya" və "müharibə" anlayışlarını dəqiq şəkildə müəyyənləşdirdiyi zaman meydana gəldi. Strateji kəşfiyyatın özü iqtisadi, siyasi, diplomatik və hərbi kəşfiyyat fəaliyyətinin bir növü kimi dövlətlərin var olduğu müddətdə onların təbii strateji ehtiyaclarına xidmət edən bu və ya digər formada daim mövcud olub.

Strateji kəşfiyyat hərbi sahədən başqa aşağıdakı digər sosial sahələrdə də həyata keçirilir:

- cəmiyyətdə;
- iqtisadiyyatda;
- siyasətdə;
- diplomatiyada;
- dində;
- elm və təhsildə;
- KİV-də;
- rabitədə;
- strateji coğrafiyada;
- ideoloji sferada;
- qanunverici və icra hakimiyyətində.

Strateji kəşfiyyat aşağıdakı geoloji məkanlarda yerinə yetirlir:

- havada;
- yerin altında və üstündə;
- suyun üstündə və altında;
- yer kürəsi yaxınlığındakı kosmik məkanda.

Strateji kəşfiyyatın növləri aşağıdakılardır:

- Diplomatik kəşfiyyat;
- Milli Xarici Kəşfiyyat;
- Hərbi strateji və operativ kəşfiyyat;
- Qeyri-dövlət strateji kəşfiyyatı.

Milli strateji kəşfiyyatın xüsusi növlərinə isə əsasən qlobal gücə malik ölkələrin sərəncamında mövcud olan raket hücumundan xəbərdarlıq sistemini, kosmik məkana nəzarət sistemini, strateji dəniz və hava kəşfiyyat sistemini aid edirlər.

Hərbi strateji kəşfiyyat

Bütün sadalananların içində təbii ki, Hərbi strateji kəşfiyyat daha ciddi əhəmiyyət kəsb edir. Hərbi strateji kəşfiyyat əsasən mövcud və ya ehtimal olunan düşmənin hərbi resursları, döyüş qabiliyyəti, həssas elementləri və həmçinin hərbi əməliyyatlar teatrı haqqında detallı məlumatların əldə edilməsi məqsədilə Silahlı Qüvvələr vasitəsilə dövlət tərəfindən həyata keçirilən tədbirlər kompleksidir.

Müharibə dövründə əvvəllər rəqib haqqında kəşfiyyat məlumatları fərarilər, əsirlər, casuslar vasitəsilə, sülh dövründə isə hərbi attaşelər, agentlər, xəritələr, statistik araşdırmalar və s. köməyi ilə əldə edilirdi. Hazırda bir çox müasir vasitələr, o cümlədən RLS-lər, pilotlu və pilotsuz vasitələr kəşfiyyat məlumatlarının əldə edilməsində aktiv rol oynayır. Birbaşa kəşfiyyatın aparılması üçün nəzərdə tutulan cihaz və avadanlıqların siyahısı da kifayət qədər genişlənib. İllər keçməsinə, texniki vasitələrin çeşidinin artmasına baxmayaraq, döyüş təminatının əsas növü olan kəşfiyyatın əhəmiyyəti nəinki azalmır, əksinə ona qarşı irəli sürülən tələblərin nomenklaturası getdikcə genişlənir. Sülh və müharibə dövründə sabit fəaliyyyət göstərən ümummilli hərbi strateji kəşfiyyat ilə döyüş əməliyyatlar teatrının cəbhə zonasındakı hərbi strateji kəşfiyyat bir-birindən funksiyalarına görə bir qədər fərqlənir. Strateji kəşfiyyat orqanları müharibə dövründə, real zaman rejimində hərbi vəziyyəti, düşmənin bütün ehtiyat qüvvələrinin, eləcə də strateji və operativ silahlarının yerləşdiyi ərazini və onların yerdəyişməsini izləməlidir.

Strateji kəşfiyyat məlumatlarının mənbəyi

Strateji kəşfiyyat məlumatları açıq və qapalı mənbələrdən əldə oluna bilər. Strateji kəşfiyyatda hərbi məlumatlardan başqa:

Elmi məlumatlar - elmin, səhiyyənin, elmi kadrların nailiyyətləri və onların hazırlanması, elmin sənaye və tədqiqatların inkişafına töhfə vermə imkanları haqqında informasiyadan;
Coğrafi məlumatlar - ərazi, hava, iqlim, hidroqrafiya və okeanoqrafiya məlumatlarından;
İnfrastruktur xarakterli - strateji logistika, yəni əlaqə yolları, nəqliyyat axını, yolların, körpülərin, tunellərin, dağ keçidlərinin, boğazların və digər gediş-gəliş nöqtələrinin vəziyyəti, nəqliyyat yollarının sıxlaşdığı və kəsişdiyi qovşaqlar barədə informasiyalardan;
İqtisadi yönümlü - sənaye və maliyyə imkanları, çalışan və çalışmayan işçi qüvvəsi və s. haqqında informasiyadan;
Sosioloji tipli - əhali, din, təhsil, milli adət-ənənələr və xalqın mənəvi vəziyyəti haqqında informasiyadan;
Siyasi profilli - dövlət idarəetmə sistemi, siyasi partiyalar, xarici siyasət, ölkədəki siyasi xadimlər və nüfuzlu liderlər, müxalifət liderləri və digərləri haqqında informasiyadan istifadə olunur.

Hərbi strateji kəşfiyyatın stukturu

Bir qayda olaraq, hərbi strateji kəşfiyyatın əsas strukturu Silahlı Qüvvələrin Baş Qərargahının Kəşiyyat İdarəsi və onun tabeliyindəki hərbi hissələr, həmçinin xüsusi təyinatlı qüvvələrdir (bəzi ölkələrdə Kəşfiyyat İdarəsinin tabeliyində, bəzi ölkələrdə isə müstəqil qurum kimi Baş Qərargaha tabedir). Ordunun maraqlarına uyğun strateji kəşfiyyat Xarici Kəşfiyyat Xidməti və digər qeyri-hərbi kəşfiyyat təşkilatları tərəfindən də həyata keçirilə bilər. Xarici Kəşfiyyat Xidməti əsasən siyasi kəşfiyyat məsələləri ilə məşğul olur.

Strateji kəşfiyyatın aparılmasına cavabdeh əsas qurum Silahlı Qüvvələrin Kəşfiyyat İdarəsidir. Bəzi ölkələrdə isə Baş Kəşfiyyat İdarəsi, Xüsusi Əməliyyatlar Komandanlığı və s. adlandırılır. Onun tərkibi ölkənin doktrinası, maraq dairəsi, iddiaları və maliyyə imkanlarına görə dəyişir. Adətən İdarəninin tərkibinə:

- hər bir materik, maraqlı region və ya rəqib ölkələr üzrə şöbələr;
- qoşun kəşfiyyatı şöbəsi, bəzən planlaşdırma və ya əlaqələndirmə şöbəsi də adlanır;
- xüsusi kəşfiyyat (operativ kəşfiyyat) şöbəsi;
- agentura (diversiya) şöbəsi;
- radio və radiotexniki kəşfiyyat şöbəsi (REM də bura daxil edilir);
- informasiya (dezinformasiya) bölməsi;
- analitik informasiya bölməsi və məxfi hissə kimi qurumlar daxil ola bilər.

Adı çəkilən şöbələrin üzərinə düşən funksional vəzifələri yerinə yetirməsi üçün hər birinin tabeliyində hərbi hissələr mövcuddur. Onların arasında Silahlı Qüvvələrin Kəşfiyyat rəisinin idarəetmə məntəqəsinə, birliklərin kəşfiyyat taborlarına, xüsusi təyinatlı hərbi hissələrə, kosmik rabitə bölmələrinə, radioelektron mübarizə və radiotexniki kəşfiyyat hissələrinə, agentura vəzifələrini digər hərbi hissə adı altında yerinə yetirən bölmələrə rast gəlmək mümkündür. Bundan əlavə strateji kəşfiyyat maraqlarının təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində Xüsusi Təyinatlı Qüvvələr də fəaliyyət göstərə bilər. Bu qurum bəzi ölkələrdə fərqli, məsələn Xüsusi Qüvvələr Komandanlığı və ya Xüsusi Əməliyyatlar Komandanlığı da adlandırıla bilər. Bütün adı çəkilən qurumların qarşılıqlı əlaqədə birgə fəaliyyəti Ordunun və ümumilikdə dövlətin hərbi strateji maraqlarının təmin edilməsinə yönəlməlidir.

Strateji kəşfiyyat sahəsində peşəkar fəaliyyətə hazırlıq ixtisaslaşdırılmış mərkəzlərdə, kolleclərdə, məktəblərdə, akademiyalarda, fakültələrdə və kafedralarda aparıla bilər. Hərbi-strateji kəşfiyyatın ən müasir, texniki cəhətdən təchiz edilmiş geniş miqyaslı sistemi ABŞ, Böyük Britaniya və İsraildə qurulub. ABŞ-ın 2020-ci il üçün tək hərbi kəşfiyyat xərcləri 23 milyard dollardır.

Leqal Strateji Kəşfiyyat

Hərbi strateji kəşfiyyatın leqal növü rəsmi olaraq milli, beynəlxalq qanunvericilik və ya dövlətlər arasında bağlanan ikitərəfli Sazişlər əsasında həyata keçirilir. Bura əsasən diplomatik nümayəndəliyin akkreditə olunduğu ölkələrdəki hərbi attaşelərinin hərbi-diplomatik fəaliyyətiləri, diplomatik, elmi tədqiqat, jurnalistika, xarici ölkələrdə mədəniyyət nümayəndəlikləri, dini təşkilatların missioner fəaliyyəti, xarici ölkələrə səyahətlər və ekspedisiyalar, humanitar missiyalar aid edilir.

Qeyri-leqal və ya gizli strateji kəşfiyyat

Qeyri-leqal və ya gizli strateji kəşfiyyat milli və beynəlxalq qanunvericilik normalarına zidd olaraq həyata keçirilən qanunsuz fəaliyyətdir. Qeyri-leqal strateji kəşfiyyatın qarşısı, ölkənin əks-kəşfiyyat orqanları tərəfindən qanuni olaraq alınır.

Qeyri-leqal kəşfiyyat cinayətdir, bunları həyata keçirənlərin qanunsuz fəaliyyətləri isə milli və beynəlxalq qanunlar çərçivəsində müəyyənləşdirilir, onlar həbs olunur, istintaq və məhkəməyə cəlb olunurlar. Qanuni əsaslı sübut bazası mövcud olduqda, qanunsuz kəşfiyyat fəaliyyəti ilə məşğul olan şəxslərin axtarışı ilə “İnterpol” məşğul olur.

Qara kabinet xidməti

Bu tarixi termindir, özündə yazışmaların və ya danışıqların ələ keçirilməsini, izlənilməsini, kopyalanmasını (yazılmasını) və şifrəli mesajların açılmasını nəzərdə tutur. Müasir versiyalarda bu kabinetlərin rəqib ölkə ərazilərində fəaliyyətinə zərurət qalmır. Bir çox xüsusi xidmət orqanlarının ştat strukturunda şifrələrin açılması üzrə peşəkar bölmənin yaradılması, paralel olaraq şifrələmə üzrə peşəkarların fəaliyyətinə də yaşıl işıq yandırdı. Hazırda bir çox ölkələrdə bu bölmələr təhlükəsizlik və ya kibertəhlükəsizlik idarəsinə qədər genişləndirilib, lakin bəzi nəhəng ölkələr isə artıq kiber qüvvələri ayrıca qoşun növü kimi istifadə edir.

(Ardı var…)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hərbi-kəşfiyyat   Strateji-Kəşfiyyat  

Hərbi kəşfiyyat və onun tərkib hissələri - HƏRBİ EKSPERT (ANALİZ) - I YAZI

2019/11/Urban-1574079044.jpg
Oxunub: 2433     17:00     18 Noyabr 2019    