General-leytenant Kərim Vəliyev: “Ordu dövlət başçısının istənilən tapşırığını icra etməyə hazırdır”

2019/11/45645-1573819592.jpg
Oxunub: 1371     15:41     15 Noyabr 2019    
"Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Azərbaycan Ordusu dövlət başçısının qarşımızda qoyduğu istənilən tapşırığı icra etməyə qadir və hazırdır".

Ordu.az xəbər verir ki, bunu Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucadılan heykəlin açılış mərasimində Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

General bildirib ki, hazırda Azərbaycan ordusunda əməliyyat tədbirləri keçirilir və bu səbəbdən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak edə bilməsə də, mərasim iştirakçılarına salamlarını çatdırır.

"Azərbaycan ərazi bütövlüyünün təmin olunmasında şəhid olmuş şəxslərin xatirəsi, onların ailə üzvləri və qazilər daim Ali Baş Komandanın diqqətindədir.

Bugünkü tədbir də onun əyani sübutudur. Abidənin açılışında zəhməti olan hər kəsə Müdafiə Nazirliyi rəhbərliyi və Azərbaycan Ordusunun şəxsi heyəti adından təşəkkürümü bildirirəm. Albert Aqarunovun və onun kimi vətən uğrunda ölənlərin xatirələri qəlbimizdə əbədi yaşayacaq", - deyə K. Vəliyev qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

General-leytenant Kərim Vəliyev: “Ordu dövlət başçısının istənilən tapşırığını icra etməyə hazırdır”

2019/11/45645-1573819592.jpg
Oxunub: 1372     15:41     15 Noyabr 2019    