Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları hələki hadisə ilə bağlı heç kimi nəzarət altına almayıb.
Məlumata görə, yaralanmış şəxs Qurqen adlı bir boksçudur, atəş açan isə Armavir hərbi hissəsinin keçmiş komandiri Gevorq Yenokyanın (“Marso” ləqəbli) oğulları olub. Qeyd olunur ki, tərəflər arasında konflikt hələ bir il əvvəl olub.
“Bir il əvvəl avtomobillərin qəzası olur, düşürlər, mübahisə edirlər, “Marso”nun oğlunun əlinə vurur (boksçu Qurqen nəzərdə tutulur) və “nokaut” edir. Bunları yadda saxlayırlar, gəlirlər, belə bir şey edirlər. Atası milyarderdir, aylıq yarım milyon dollar pul qazanır”, - deyə adı çəkilməyən mənbə bildirib.
Jurnalistlər Ermənistan İstintaq Komitəsindən məlumatı dəqiqləşdirməyə çalışsa da bildirilib ki, hadisənin detalları müəyyənləşdirilir.
Qeyd edək ki, Gevorq Yenokyanın adı əvvəllər də qalmaqallı hadisələrdə hallanıb.
Alpər Mövludoğlu
Ordu.az