5 il əvvəl qətlə yetirilən erməni kursantın məhkəmələri niyə təxirə salınır? - DETALLAR

2019/05/555-7-1557904571.jpg
Oxunub: 813     17:25     16 Noyabr 2019    
2 aydan sonra erməni kursant Haykaz Barseğyanın qətlə yetirilməsinin 5-ci ili tamama olacaq. Məhkəmə iclaslarının, məhkəmə araşdırmalarının 4 ili ərzində proses mütəmadi olaraq təxirə salınır. Eyni tərkibli vəsatətlər məhkəməyə təqdim edilir. Artıq araşdırılmış əşya və məqamlar təkrar araşdırılmağa təqdim edilir.

Bu gün övladının qətlindən 5 il müddət keçdikdən sonra Haykazın atası Arkadi Barseğyan yalnız ədalətli məhkəmə istintaqı tələb edir. Oğlunu amansızcasına qətlə yetirənlərin layiqli cəzasını alacaqlarını gözləyir.

“Ədalətli istintaqdan sonra orduda amansiz qətllərin intihar kimi qələmə verilməsinin bəlkə qarşısı alınar. Nəhayət bəlkə hakimiyyət üzünü orduda baş verən işgəncələrə çevirər. Zərurət olduqda xatırlasınlar və ayılsınlar deyə, bu kimi əməllərin hansı cəzaya layiq görüldüyünü hamı görməlidir”, - deyə qətlə yetirilən kursantın atası bildirib.

4 il əvvəl, 2015-ci ilin yanvar ayının 28-dən 29-na keçən gecə Vazgen Sarkisyan adına hərbi institutda 19 yaşlı Barseğyan öldürülüb. Həmin gün onun cəsədi fiziki hazırlıq meydanındakı turnikdə asılmış vəziyyətdə tapılıb. Qətl hadisəsi ilə bağlı istintaq həyata keçirən orqan Barseğyanın 4 xidmət yoldaşına ittiham irəli sürüb. Bunlar kursant Vaçe Sahakyan, Movses Azaryan, Norik Sahakyan və Qnel Tevosyandır. İttihama əsasən, müttəhimlər Hakyazı öldürdükdən sonra intihar görüntüsü yaratmaq məqsədi ilə onu apararaq turnikdən asıblar. Övladının ölümündən 4 il keçdikdən sonra atası Arkadi Barseğyan yalnız ədalətli məhkəmə tələb edir. Atası qeyd edir ki, erməni ordusunun yaranma günü gecəsi övladının qanı tökülüb. Ermənistan üçün 28 yanvar tarixi bayram günü olsa da, Barseğyanın ailəsi üçün matəmdir.

Qardaşının qətli həmin dövrdə 14 yaşında olan Davitə olduqca pis təsir edib.

“Kiçik oğlum hadisə baş verənədək hərbi xidmət etməli olduğuna maraq göstərirdi, ancaq indi... deyir, ata səhərdən axşamadək gedib xidmət edərəm, ancaq axşam yatanda evdə olmalıyam. “Yat” komandasından sonra nə baş verə bilər deyə, uşaqda bir qorxu hissi var”, - deyə qətlə yetirilən kursantın atası qeyd edib.

Keçən 5 il ərzində 4 müttəhimdən heç birinin valideynləri və ya yaxınları Barseğyanlar ailəsinə baş çəkməyib. Yalnız bir dəfə Norik Sahakyanın müsbət xarakteristikasını nəzərə alaraq, ölən hərbi qulluqçunun atası Arkadi Barseğyan Sahakyanlar ailəsi ilə görüşüb.

“Sahakyanın anası dedi ki, əgər oğlu etiraf edərsə, türmədə bilirsiz onunla necə davranarlar? Hələ məlum olsa ki, polis oğludur, daha da pis olar. Bu etiraf deyilsə, başqa nədir? Bu qədərini dedikdən sonra yenə də sonda övladının günahsız olduğunu iddia edib. Belə olan halda hamı günahsızdırsa, bəs mənim övladımı kim öldürüb”, - deyə kursantın atası Barseğyan şikayətlənib.

Cinayət işi üzrə adları keçən 30 şahidin demək olar ki, hamısı bildirib ki, eyni aqibətlə qarşılaşmaqdan qorxurlar.

2015-ci ilin 28 noyabr tarixindən Haykaz Barseğyanın, daha doğrusu “Kusantın işi üzrə” məhkəmə prosesləri başlayıb.

İlk öncə cinayət işi intihar yox, qətl törətmə maddəsi üzrə açılıb. Bununla da cinayət hadisəsinin istintaqını həyata keçirən orqan tərəfindən iş üzrə 4 kursanta Vaçe Sahakyan, Movses Azaryan, Norik Sahakyan və Qnel Tevosyana ittiham irəli sürülüb.

Tevosyan məktəb rəisinin silahlandırma üzrə müavini Zarmik Markosyanın oğludur. Qətl hadisəsindən sonra Zarmik Markosyan tutduğu vəzifədən azad edilib. İnstitutda oğluna güzəştli şərait yaratdığına görə, Zarmik Markosyana qarşı da cinayət işi açılıb.

Cinayət hadisəsinin istintaqında adları keçən 30 şahidin demək olar ki, hamısı hadisənin necə baş verdiyi barədə məlumat veriblər. Lakin məhkəmə prosesində şahidlərin bir qismi müttəhimlərin iştirakı ilə izahat verməkdən imtina ediblər. Şahidlər həmin gecə ölüm hadisəsi baş verən 408-ci yataq otağında olan kursantlardır. Onların hamısı etiraf edib ki, ittiham edilən Qnel, Norik, Vaçe və Movses vəhşicəsinə Haykazı döyüb. Daha sonra damarlarını doğrayıb, törətdiklərindən qorxaraq, qətl hadisəsini gizlədərək, intihar kimi göstərməyə çalışıblar.

“Əvvəlcə deyirdilər ki, 2-ci mərtəbədən yerə ataq, daha sonra peşmanlıq çəkərək, idman meydanına aparmaqla asmaq qərarına gəliblər. Haykazı çəkərək yataq otağından çıxardıb, idman şəhərciyinə aparıblar. Tərpənmədiyinə görə, yəqin artıq nəfəs almırdı”, - deyə şahidlər bildiriblər.

Məhkəmədə 30 şahiddən niyə şahidlərdən heç kim danışmayıb və heç kimin Haykaza kömək etmədiyinə dair verilən suala bütün şahidlər bir ağızla “qorxurduq ki, eyni aqibət bizi də gözləsin”, deyə cavab veriblər.

Hakim Davit Harutyunyanın sədrliyi ilə İrəvan şəhər məhkəməsi məhkəmə iclaslarını mütəmadi olaraq təxirə salır. Bu gündə həmin günlərdən biri olmaqla istisna təşkil etmədi. Keçən dəfə iclasda məhkəmə müdafiə tərəfinin vəsatətinin təmin edilməsi və Haykazın asıldığı ehtimal edilən hərbi ayaqqabıların iplərinin təkrarən ekspertizaya göndərilməsinə qərar verib.

DNT analizləri səbəbindən qarşıdakı növbəti iclasda təxirə salnacaq. Bu məqam kursantın atasını qəzəbləndirir. Kursantın atası Arkadi Barseğyan qeyd edir ki, müdafiə tərəfinin niyyəti məhkəmə iclaslarını uzatmaqdır.

“Mütəmadi olaraq məhkəməni təxirə salırlar. Eyni şeyi təkrar araşdırırlar. Eyni şeyi təkrarən məhkəməyə çıxarırlar, daim eyni, yenə də eyni şeylər. Bunun əvəzinə iş üzrə xüsusi şahid Samvel Serobyanın ibtidai istintaqa verdiyi ifadəsini açıqlaya bilərdilər. Bu 3 ildir, onu məhkəməyə gətirə bilmirlər, ancaq bu adam Ermənistana gəlib və gedib”, - deyə qəzəblənmiş halda Barseğyan qeyd edir.

Samvel Serobyan qətlə yetirilən kursant Barseğyanla eyni otaqda yatırdı. İbtidai istintaq zamanı törədilən qətl hadisəsi ilə bağlı təqsirləndirilən şəxslərə qarşı ifadə verib. Onun ifadəsi kifayət qədər ziddiyyətli məqamlar ortaya çıxarıb. Serobyan yalnız bir dəfə məhkəməyə gəlib. Lakin özünü pis hiss etdiyinə görə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Zərərçəkənin hüquqi varisinin nümayəndəsi Ani Torosyanın sözlərinə görə, məhkəmə hələ də Serobyanın məhkəmə iclaslarında iştirakını təmin edə biləcəyinə ümid etdiyi üçün onun ibtidai istintaqa verdiyi ifadəsini açıqlamır. Ancaq müvəkkili ilə həmfikir olduğunu və məhkəmənin getdikcə uzandığını qeyd edir.

“Artıq 4-cu il tamam olub. Əgər müdafiə tərəfində birgə təqdim edilə biləcək vəsatətlər varsa, o halda nə üçün bu cür edilmir. Məhkəmənin məsələni hərtərəfli araşdırmaq niyyətində olduğu anlaşılandır. Ancaq məhkəməni bu qədər uzatmaq olmaz”, - deyə Ani Torosyan bildirib.

Qeyd edək ki, Ermənistanın məhkəmə informasiya sistemində məhkəmənin keçiriləcəyi günlər artıq heç yenilənmir. Sistemdəki son yenilənmə 15 aprel tarixində baş tutub.

Müttəhimlər ittihamı qəbul etmir, onların başına iş açıldığını iddia edirlər.

İş üzrə ittiham edilən 4 müttəhimdən heç biri onlara qarşı irəli sürülən ittihamı qəbul etmir. Onlar qeyd edir ki, onların başına iş açırlar və onlar tamamilə günahsızdırlar. Müttəhimlərdən Norik Sahakyan isə ümumiyyətlə ifadə verməkdən imtina edib. Təqsirləndirilən şəxslər bəyan edib ki, Hərbi polisdə onlara işgəncə veriblər və törətmədikləri əməlləri etiraf etməyə məcbur ediblər. Hazırda cinayət işi Xüsusi İstintaq Komitəsində araşdırılır. İş üzrə təqsirləndirilən və şübhəli olan şəxslər hələki yoxdur, ilkin ibtidai istintaq davam edir.

Zərərçəkənin hüquqi varisinin nümayəndəsi Ani Torosyan, məhkəmə iclaslarının mütəmadi olaraq təxirə salınmasını, həmçinin Xüsusi İstintaq Komitəsinin hələlik qəbul edilməmiş qərarı ilə də əlaqələndirir.

Vəkilin sözlərinə görə ola bilər ki, məhkəmə saxlanılan şəxslərə işgəncə verilməsi halının sübut oluna biləcəyini gözləyir.

Bu məqamlara baxmayaraq, zərərçəkən tərəf bəyan edir ki, məhkəmədən ən sərt cəzanın verilməsini tələb edəcək.

“Başqalarına dərs olsun deyə, onları ömürlük həbs cəzasına məhkum etmək lazımdır”, - deyə qətlə yetirilən kursantın atası bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Cinayət  

5 il əvvəl qətlə yetirilən erməni kursantın məhkəmələri niyə təxirə salınır? - DETALLAR

2019/05/555-7-1557904571.jpg
Oxunub: 814     17:25     16 Noyabr 2019    