Paşinyanın siyasi spekulyasiyası sabiq prezidentləri hədəf alır

2019/11/Trio-1573720248.jpg
Oxunub: 594     10:15     16 Noyabr 2019    
Ermənistan siyasi meydanında çatışmayan siyasi diskussiya, əsasən siyasi mif və miflərdən ibarət olan və reallıqla heç bir əlaqəsi olmayan müxtəlif süni gündəmlərin yaranmasına və fərqli sui-qəsd nəzəriyyələrinin ortaya çıxmasına səbəb olur. Bundan əlavə, ictimaiyyət arasında sabiq hakimiyyətə olan nifrət və düşmənçilik hazırkı hakimiyyət tərəfindən müəyyən manipulyativ məqsəd üçün istifadə olunur.

Kütləvi şüurda mif nadir hallarda müasirliklə əlaqələndirilir. Mif adətən kəşf və ya fantastik bir şey kimi qəbul edilir və əksər hallarda hiylə kimi şərh olunur. 20-ci əsrin ikinci yarısından bəri mifologiyanın ənənəvi atributları yeni siyasi mifik hekayələr üçün şərait yaratdı. Bunun sayəsində cəmiyyətdə və kollektiv yaddaşda siyasi təcrübə formalaşır və qorunur. Əslində, mifin rolu eyni qalır, lakin şərti dini və sosial ssenarilər siyasi imperativlə əvəz olunur.

Müasir dünyada siyasi informasiya və əlaqə proseslərində tez-tez fərdi tövsiyələr deyil, xüsusi manipulyativ texnologiyalar tətbiq olunur. Manipulyativ texnologiyalar, insanların şüuruna təsir üsullarının zəngin bir arsenalını nəzərdə tutur.

Əslində, media sosial-psixoloji təsirini məlumatı idarəetmə və manipulyasiya yolu ilə həyata keçirir. Əslində bu, hökumətin yürütdüyü siyasətin - daha konkret desək, əsasən Robert Köçəryan və Serj Sarkisyanın üzərində cəmləşərək ümumi demonizasiya prosesinə səbəb olan Paşinyanın birbaşa rəhbərliyinin - nəticəsidir.

Erməni müəllif Armen Hovasapyan bildirir ki, bu iki şəxs indi hökumətyönlü bir təbliğat maşınının hədəfinə çevrilib və iki prezident arasında süni gərginlik yaratmaq üçün istənilən üsuldan istifadə olunur.

Son bir həftə ərzində Ermənistanın hökumətyönlü medianın yayımladığı məqalələri araşdırarkən, təxminən aşağıdakı tezisləri görürük: “Serj Sarkisyan Köçəryanı atdı”, “Sarkisyan Köçəryana qarşı çıxmaqda Avropa dairələri ilə maraqlanır” və ya “Rusiya ikinci prezidenti rədd etdi” və s. Bunlar maraqlı başlıqlar və hədəf fikirlərdir.

“Bu, klassik manipulyativ bir vasitədir, indi hakimiyyət tərəfindən siyasi arenanı mümkün üsullarla gücləndirmək üçün istifadə olunur. Əslində, indiki mərhələdə gücünün əsaslarının olduqca sarsıldığını və gündən-günə yeni uğursuzluqlar dalğasının olduğunu anlayan Paşinyan (Konstitusiya Məhkəməsi, məhkəmə sistemindəki xaos, təhsil sistemindəki xaotik vəziyyət, “1 Mart” işi və onsuz da durğun olan davranış, Amulsar mədəninin istismarı problemi, dövlət qurumularının əmək haqqı gizli artırılması qalmaqalı, Bağramyan 26-da “çamadan əfsanəsi” və sair Paşinyan üçün bir fəlakətə çevrilib) buna görə də mümkün siyasi konsolidasiyaya başlayıb və hər kiçik aktiv proseslər fürsətini elə ocağında məhv edir”, - deyə Hovasapyan qeyd edib.

Məlum olur ki, Paşinyan və komanda yoldaşları iki prezidentə sadə siyasi təxribat və aşkar süni alət dəstəyi ilə “dalaşdırmaq” üçün əlindən gələni edir.

Erməni müəllifin sözlərinə görə, bunun xarici geosiyasi inkişaf kontekstindən yerli xəbərlərə qədər olması, vahid hərəkətlərdən qorxan hökumətyönlü təbliğatın belə addımlar atmasına səbəb olur.

“Fakt budur ki, ümumi siyasi gündəliyin razılaşdırılmamasına və aydın tənzimləmələrin olmasına baxmayaraq, bu gün də Respublkaçılar partiyası həm daxili, həm də xarici olmaqla Köçəryanın qanunsuz tutulduğuna görə mübarizə apardığı aydındır”, - deyə o qeyd dedib.

Bu münasibətlə vurğulamaq yerinə düşər ki, ümumilikdə siyasi dilin ən nüfuzlu silahlarından biri siyasi müxaliflərə və rəqiblərə aid edilən manipulyativ anlayışlar və ya damğalardır. Bunlar müəyyən bir məqsəd üçün yaradılır və dövriyyəyə buraxılır.

Təhlükə ondadır ki, əsasən medianın tətbiqi ilə onlar uzun müddət qalır, adiləşir, gündəlik sözlərə çevrilir, məsələn Reyqanın “Şər İmperiyası” damğası kimi digər oxşar, lakin daha az aqressiv anlayışları əvəz edir və kənarlaşdırır, bu əsasən amerikalılar arasında SSRİ haqqında stereotiplərin formalaşdırılması baxımından da olduqca uğurlu olub.

Siyasi mifologiya və manipulyasiya nəzəriyyələri ilə müqayisə edildikdə, bugünkü Ermənistan hakimiyyəti Serj Sarkisyan və Robert Köçəryanı süni “rəqib” və “siyasi düşmən” kimi təqdim edərək özləri üçün əlverişli bir ictimai gündəm formalaşdırmağa çalışır.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan  

Paşinyanın siyasi spekulyasiyası sabiq prezidentləri hədəf alır

2019/11/Trio-1573720248.jpg
Oxunub: 595     10:15     16 Noyabr 2019    