Cənubi Koreya və ABŞ hərbi rəsmiləri bu gün Seulda regional təhlükəsizlik vəziyyəti və müttəfiqlik məsələlərini, o cümlədən Seul və Tokio arasında hərbi kəşfiyyat mübadiləsi paktının tezliklə başa çatması barədə müzakirələr aparmaq üçün görüşlər keçirir.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Cənubi Koreyanın Baş Qərargah rəisi general Park Hanki və ABŞ-lı həmkarı general Mark Millinin Seulda görüşü baş tutub.
Məlumata görə, günortaya qədər davam edəcək görüşdən sonra birgə mətbuat konfransı keçirilməsi nəzərədə tutulub.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Cənubi-Koreya