Belarus rus qırıcısı müqabilində hərbi bazadan imtina edib

2019/05/f880b-1558532520.jpg
Oxunub: 603     11:38     14 Noyabr 2019    
Belarus Rusiyadan "Su-30SM" qırıcılarının alınması müqabilində ölkədə Rusiya aviabazası yerləşdirməkdən imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə "Belarus 1" telekanalının efirində Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zas bildirib.

Onun sözlərinə görə, Belarusun hərbi aviasiya parkının yenilənməsi üçün Rusiyadan kömək istəməsindən sonra rəsmi Moskva hərbi baza yerləşdirmək təklifini irəli sürüb.

"Ancaq bunlar fərqli şeylərdir. Torpaqlarımızda hərbi hava bazasının yerləşdirilməsi öz hərbi aviabazamızın inkişafı problemini həll etmir", - deyə o qeyd edib.

S.Zas bildirib ki, belə olan təqdirdə onlar yeniləməni öz imkanları hesabına edəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Belarus   Rusiya   Hərbi-baza  

Belarus rus qırıcısı müqabilində hərbi bazadan imtina edib

2019/05/f880b-1558532520.jpg
Oxunub: 604     11:38     14 Noyabr 2019    