SQ-də "C-Dome" və "I-Dome"lardan istifadə Xəzərdə böyük üstünlüklərə səbəb ola bilər - HƏRBİ EKSPERT

2019/11/81804-1574147130.jpg
Oxunub: 2090     12:09     19 Noyabr 2019    
Azərbaycan HHM qoşunlarının silahlanmasında mövcudluğu qeyri-rəsmi olaraq təsdiqlənən "Rafael Advanced Defense Systems" şirkətinin "Dəmir Günbəz" kompleksinin yerüstü versiyası barədə əvvəlki yazılarda məlumat verilib. 2017-ci il SIRPI-nin hesabatında Azərbaycanın əvvəlki ildə İsraildən "Dəmir günbəz" hava və raket hücumundan müdafiə sistemi və bu komplekslər üçün "Tamir" raketlərini sifariş etdiyi bildirilirdi. Lakin bu komplekslərin hansı platformaya malik olduğu və onların çatdırılması ilə bağlı məlumat verilmirdi. Bu məqalədə Azərbaycan Silahlı Qüvvələrində həmin komplekslərin dəniz versiyalarının tətbiqi imkanları araşdırılacaq.

Uzun illərdən etibarən davamlı olaraq Livanda yerləşən "Hizbullah" və Fələstin ərazisindəki HƏMAS təşkilatlarının İsrailin Aralıq dənizində yerləşən gəmilərini, dəniz infrastrukturunu, neft və qaz platformalarını raket atəşi ilə təhdid etməsi, ölkəni öz qısamənzilli hava hücumundan və raketdən müdafiə sisteminin dəniz platformasının yaradılmasına diqqət yetirməyə yönləndirdi. Yeni komplekslərin həm mühafizəni həyata keçirən korvet və patrul gəmilərində, həm də dənizdə fəaliyyət göstərən qurğuların özündə quraşdırılması əsas şərtlərdən biri idi.

Tək "Dəmir Günbəz" kompleksinin yerüstü versiyasının indiyə qədər Fələstindən İsrail ərazisinə atılan raketlərin 2000-dən çoxunu müvəffəqiyyətlə ələ keçirdiyini rəqib ölkələr və şirkətlər belə təsdiqləyir. Bu yüksək göstərici İsrail hərbi rəhbərliyini qısamənzilli raketdən müdafiə sisteminin inkişaf etdirilərək, onun gəmi bazasında yerləşdirilən yeni modifikasiyasının yaradılması barədə qərar qəbul etməsinə səbəb oldu. Silah sisteminin bu versiyası "C‑Dome" (C-Günbəz) simvolu aldı, lakin bəzi mənbələrdə "Iron Dome of the Sea" (Dəniz Dəmir Günbəzi) olaraq da xatırlanır. "C‑Dome" kompleksinin yaradılması ilə bağlı 18 ay ərzində davam edən hazırlıq işləri, prototipin 2016-cı ilin may ayının əvvəlində ilk sınağı ilə yekunlaşdı. 2017-ci ilin noyabrın 27-də isə sınaqlar silsiləsi tam başa çatdı. Kompleks İsrail Hərbi Dəniz Qüvvələrinin strateji dəniz obyektlərini qısa mənzilli ballistik raket hücumlarından qorumaq qabiliyyətini "bir neçə raketi uğurla ələ keçirməsi və məhv etməsi ilə" təsdiqlədi. Sınaqlar yalnız yerüstü versiyaya sahib olan bu raketdən müdafiə sisteminin müxtəlif hədəfləri məhv etmək imkanlarını öyrənməyə yönəlirdi. Bu sınaqlar bir neçə gün ərzində, İsrail Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin nümayəndələrinin, həmçinin "Rafael" və İsrail Müdafiə Nazirliyinin Raketdən Müdafiə İdarəsinin mütəxəssisləri tərəfindən həyata keçirildi. Bundan əlavə, İsrail mediasında və "Rafael" şirkətinin saytında yerləşdirilən sınaqların foto və video materiallarında atəşin İsrail döyüş gəmisinin göyərtəsindəki uçuş-enmə zolağında yerləşdirilən atıcı qurğudan buraxıldığı aşkar görünür. 2017-ci il noyabrın 27-də, sınaqlar müvəffəqiyyətlə başa çatdıqdan sonra gəmi bazası üçün hazırlanan "Dəniz Dəmir Günbəzi" raketdən müdafiə sistemi İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən silahlanmaya qəbul edildi. Sınaqlar zamanı 40 km məsafədən buraxılan 3 ədəd raket uğurla məhv edildi. Burada ələkeçirmənin kifayət qədər yüksəklikdə baş verməsi vacibdir, əks halda qorunan obyektin (platformanın) qəlpələrdən xəsarət alması qaçılmazdır.

Dəniz platformalı "C-Dome" kompleksinin sınaqlarında İsrail üçün təhlükə yaradan hədəfləri təqlid edən hədəflərə qarşı atəş açılıb. Sınaqlar zamanı sahildən bu tədbirdə iştirak edən "Saar-5" tipli URO "Lahav" korveti istiqamətində 122 mm-lik "Qrad" YARS-dan buraxılan idarəolunmayan raketlərin ələ keçirilməsi üçün müxtəlif ssenarilər məşq edildi.

Əvvəlcə hədəflər EL/M - 2248 MF - STAR "Adir" (Adir, İvrit dilindən "güclü", "nəhəng" kimi tərcümə olunur) tərəfindən aşkar edildi, sonra "C-Dome" raket əleyhinə müdafiə kompleksinin əsas döyüş elementi hesab edilən "Tamir" raketi ilə ələ keçirildi.

Raketlərin buraxılışı sınaqlarda iştirak edən URO korvetinin helikopter meydançasına quraşdırılan "Dəmir Günbəz" kompleksinin standart atıcı qurğusundan həyata keçirildi. Yəni bu təlimlərdə "C-Dome" raket əleyhinə müdafiə kompleksindən deyil, "Saar-5" tipli korvetin göyərtəsinə quraşdırılan yerüstü versiyalı "Dəmir Günbəz" kompleksindən atəş açıldı. Bu anlaşılmazlıq yəqin ki, Almaniya tərsanəsində "ThyssenKrupp Marine Systems" və "German Naval Yards Holdings" şirkətləri tərəfindən İsrail HDQ-si üçün hazırlanan "Magen", "Oz", "Atzmaut" və "Nitzahon" adlı 4 ədəd "Saar-6" tipli korvetlərinin İsrailə gətirilməsi zamanı aradan qaldırılacaq. "Saar 6" layihəli gəmilər Almaniyanın MEKO A100 layihəsi əsasında hazırlanır. Belə bir korvetin ümumi su tutumu 1900 ton, gəminin uzunluğu 92 m, eni 13.5 m, suya oturması 4 m-dən çoxdur, heyəti isə təxminən 70 nəfərdir. Korvetlərin yalnız korpusunun hazırlanması üçün 430 milyon avro ödəniləcək.

2018-ci ilin fevralında imzalanan müqaviləyə görə, bu korvetlərin təslimatı 2019-cu ilin sonunda başlayacaq və 2021-ci ilin sonunda başa çatacaq. İlk "Magen" korveti artıq may ayında Almaniyada suya buraxılıb.

Bu gəmilərin standart silahlanmasına "C-Dome" raket əleyhinə müdafiə kompleksi və 4 ədəd AFAR-a malik ELM-2248 MF-STAR "Adır" radiolokasiya stansiyasından başqa, Sikorski SH-60F "Seahawk" helikopteri, "Barak-8" zenit raket kompleksi, "Leonardo" şirkətinin 76-mm "Super Rapido" artilleriya qurğusu, RGM-84 "Harpoon Block II" raketləri, 25 mm " Rafael Typhoon" artilleriya sistemi, qayıq əleyhinə torpedolar və s. daxil olacaq. Layihənin toplam dəyəri 3 milyard dollara çata bilər.

Gəminin göyərtəsindəki platformaya quraşdırılan 10 şaquli atıcı qurğuya malik "C-Dome" gəmi radarları ilə əlaqədə 10-a qədər müxtəlif təhdidi, o cümlədən yaxın məsafədən buraxılan gəmi əleyhinə raketləri bir yaylım atəşi ilə dəf edə bilər.

Tərkibi

Nəzərdən keçirdiyimiz raketdən müdafiə sisteminin bu versiyası haqqında ilk məlumat 2014-cü ilin oktyabr ayında ortaya çıxdı, istehsalçı "Rafael" şirkəti Parisdə keçirilən "Euronaval" beynəlxalq hərbi dəniz silah və texnikaları sərgisində bu barədə məlumat verdi. "Dəmir Günbəz"in standart dəniz versiyasına 10 raketə malik atıcı qurğu, "Tamir" ələkeçirmə raketi, RLS və idarəetmə vasitələrindən hədəfgöstərmə məlumatları əldə edən gəminin atəşi idarəetmə sistemi daxildir. Atıcı qurğunun iki dəfə çox konteynerlərə malik versiyasının da mövcud olduğu iddia edilir.

Kompleksin kiçik ölçüləri və kütləsi onu kiçik sututumuna malik süustü döyüş gəmilərində - korvetlərdə, patrul gəmilərində və s. quraşdırılmasına imkan verir. Həm hava hədəflərinə, həm də reaktiv mərmilərə qarşı effektiv RƏM kompleksinin dənizdə yerləşən neft-qaz platformalarını qorumaq üçün istifadəsi də məqsədəuyğundur. Bu məqsədlə kompleksləri həm mühafizəni həyata keçirən gəmilərdə, həm də dənizdə fəaliyyət göstərən platformanın özündə quraşdırmaq mümkündür.

Kompleksin dəyəri

"Dəmir Günbəz" kompleksinin versiyasına görə, dəyəri və satış qiyməti fərqlidir, bəzən isə eyni modelə görə fərq kifayət qədər böyük olur. Ona görə də bu rəqəmləri nisbi qəbul etmək lazımdır.

Ortalama olaraq EL/M-2084 MMR RLS-i 34.7 milyon dollar, döyüşü idarəetmə mərkəzi 4 milyon dollar, 20 raket üçün atıcı qurğu 1.37 milyon dollar, "Tamir" ələ keçirici raketi isə 40-150 min dollar dəyərində qiymətləndirilir. Kompleksin ümumi dəyəri 50-70 milyon dollar arasında dəyişir.

Son versiyaları və onların imkanları

Hazırda İsrailin yeni "Saar-6" tipli URO korvetlərinin bu kompleksin 20 raketin buraxılması üçün nəzərdə tutulan yeni şaquli atıcı qurğusu ilə təchiz ediləcəyi də gözlənilir. Gəminin göyərtəsindəki "C-Dome" paralel olaraq 20-yə qədər müxtəlif təhdidlə mübarizə aparmağa qadir olacaq. İsrail hərbçiləri və digər istifadəçilər yeni dəniz platformalı hava hücumundan və raket əleyhinə müdafiə kompleksinə böyük ümidlər bəsləyirlər.

"Rafael" mütəxəssisləri tərəfindən yaradılan "Dəmir Günbəz" qısamənzilli raketdən müdafiə sisteminin son versiyası "I-Dome" kompleksi 17-29 iyun 2019-cu il tarixində Le Bourget şəhərində keçirilən 53-cü Beynəlxalq Aerokosmik Salonunda təqdim edildi. Əslində "I-Dome" standart kompleksin bütün hisslərinin kiçildilən bir versiyasıdır və bu yeni sistemin adında da öz əksini tapıb ("Iron" sözündən yalnız "I" saxlanılıb).

Üstəlik baza modifikasiyasından fərqli olaraq, bu mobil kompleksin bütün silah sisteminin elementləri- 10 ədəd raketə malik atıcı qurğu, idarəetmə sistemi, kiçik ölçülü RLS və digər avadanlıqlar istehsalçı tərəfindən 6x6 təkər formulasına malik bir ədəd MAN taktiki nəqliyyat vasitəsi üzərinə kompakt şəkildə, "hamısı birində" prinsipinə görə yerləşdirilib. Yeni kompleksin radiolokasiya stansiyası (EL/M-2138 olduğu ehtimal edilir), sistemə hava məkanına tam dairəvi müşahidə imkanı verən dörd ədəd AFAR ilə təchiz edilir. RLS teleskopik dayaq vasitəsilə nəqliyyat vasitəsinin üst tərəfində qaldırılır. RLS "Dəmir Günbəz"də olan sistemdən daha yaxın aşkarlama məsafəsinə malikdir, lakin bu mobil şassi hesabına kompensasiya edilir.

"I-Dome", əməliyyat şəraitinin tələbindən asılı olaraq üç və ya dörd nəfərlik heyət tərəfindən idarə olunur. Kompleksin effektivlik əmsalı 0.9-dan aşağı deyil. Əvvəllər ayrı bir nəqliyyat vasitəsində yerləşdirilən C4I idarəetmə sistemi də vahid nəqliyyat vasitəsinin salonuna keçirilib. Kompleks nəqliyyat vasitəsi dayandıqdan bir neçə dəqiqə sonra döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olur.

"I-Dome" müstəqil bir sistem olaraq həm üst komandanlığın RƏM sisteminə inteqrasiya edə bilər, həm də RLS vasitəsilə artilleriya atəşlərinin nəticələrini qiymətləndirə bilər. "I-Dome" təhdid törədən və ya törətməyən hədəfləri tanıyır, bu isə sursat məsrəfini minimuma qədər endirməyə imkan verir.

"I-Dome" səfərdə və ön cəbhədə yerləşən hərbi hissələrin müxtəlif ölçülü hava vasitələrindən müdafiəsini təmin etmək üçün nəzərdə tutulur. Zəruri hallarda kompleks əlbəttə ki, sabit obyektləri də qoruya bilər. Başqa sözlə, yeni kompleks həm avtonom, həm də əlavə RƏM səddi kimi fəaliyyət göstərə bilər.

Nəticə

"Dəmir Günbəz" kompleksi iki ay ərzində 4500 ədəd İsrailə raket atılması ilə yadda qalan "Sarsılmaz Qala" əməliyyatından başlayaraq bu günə qədər, bəzən bir gündə on dəfədən artıq öz üstünlüklərini yüksək səviyyədə nümayiş etdirib. Kompleks vasitəsilə yalnız quruda deyil, həm də dənizdə mövcud olan hava təhdidlərinin aradan qaldırılması bu komplekslərin baza prinsiplərinə aiddir. HHM bölmələrinin silahlanmasına "Dəmir Günbəz" komplekslərini daxil etməklə onları birbaşa neft qaz platformalarında quraşdırmaqla və ya "C-Dome" versiyasını döyüş gəmilərinə yerləşdirməklə dəniz akvatoriyasında sərhədlərin və ya hərəkətli/sabit obyektlərin hava və raket hücumundan müdafiəsini təşkil etmək mümkündür.

Kompleksin kiçik ölçü və kütləsi, onun sututumu böyük olmayan suustü döyüş gəmilərində- korvetlərdə, patrul gəmilərində və s. quraşdırılmasına imkan verir. Effektiv və universal RƏM kompleksi həm hava hədəflərinə, həm də reaktiv mərmilərə qarşı real imkanlarını sübut edən azsaylı və Azərbaycan üçün əlçatan sistemlərdən hesab edilir.

İsrailin dəstəyi ilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün hazırlandığı ehtimal edilən 2 ədəd "Saar 72" layihəli gəmilərə "C-Dome" kompleksinin atıcı qurğularının sayı nəzərə alınmaqla fərqli konfiqurasiyada inteqrasiyası mümkündür. Azərbaycan gəmisinin İsrail gəmisi ilə müqayisədə 20 metr qısa və 4 dəfə daha az sututumuna malik olmasına baxmayaraq, bu faktorların "C-Dome" kompleksinin "Saar 72" layihəli gəmilərə quraşdırılmasında xüsusi problem yarada biləcəyini düşünmürəm.

Digər tərəfdən isə Azərbaycan HDQ-nin gəmi parkının yenilənməsinə hazırlıq işlərinin aparıldığı bir zamanda İsrailin müasir HHM və RƏM komplekslərinin uyğun versiyaları da alternativ kimi nəzərdən keçirilə bilər.

Bu komplekslərin müxtəlif versiyaları Azərbaycandan başqa bir çox ölkələrin HHM qoşunlarının diqqət mərkəzindədir. Cənubi Koreya, Rumıniya, Hindistan da bu komplekslərlə ciddi maraqlanır, bəzi versiyalarını isə aktiv istismar edirlər. ABŞ isə hazırda müxtəlif münaqişə ocaqlarında istifadə etdiyi və istismar müddətinin sonuna az qalan Norveç RƏM komplekslərini İsrailin "Dəmir Günbəz" batareyaları ilə əvəz etmək qərarına gəlib. Komplekslərin ABŞ-a təslimatı 2020-ci ildə başlayacaq. ABŞ hərbçilərinin əldə edəcəkləri komplekslərin tərkibində mobil "I-Dome" RƏM batareyaları da olacaq. Dünyada raket əleyhinə müdafiə sahəsinə ən həssas münasibət göstərən ölkələr arasında ABŞ-ın ilk yerlərdə qərarlaşması və onların seçiminin "Dəmir Günbəz" üzərində dayanması, hələlik bu kompleksdən daha üstün sistemin olmamasını göstərir.

Azərbaycan hava hücumundan və raket əleyhinə müdafiəsi üçün "I-Dome" mobil RƏM qurğusu da aktual variant kimi nəzərdən keçirilə bilər. "I-Dome" kompleksinin üç və ya dörd nəfərlik heyət tərəfindən idarə olunması, yüksək effektivlik əmsalı, C4I idarəetmə sistemi və bir neçə dəqiqə ərzində döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olması hər bir zenit raket bölməsinin arzu edə biləcəyi parametrlərdir. "I-Dome"un müstəqil bir sistem olaraq ölkənin RƏM sisteminə inteqrasiya olması, artilleriya atəşlərinin nəticələrini qiymətləndirməsi, təhdid törədən və ya törətməyən hədəfləri tanıması, sursat məsrəfini minimuma qədər endirməsi, səfərdə və ön cəbhədə yerləşən hərbi hissələrin HHM-ni təmin etməsi, sabit obyektləri qoruması və RƏM səddi kimi fəaliyyəti göstərməsi kimi xüsusiyyətləri də diqqətə alınmalıdır.

Bu kompleksin bütün silah sisteminin elementlərini, o cümlədən 10 ədəd raketə malik atıcı qurğusunu, idarəetmə sistemini və RLS-ni Azərbaycanda buraxılan KAMAZ-4310 bazasında yerləşdirmək də məqsədəuyğun ola bilər. Belə bir seçim HHM-in manevr imkanlarını arırmaq və hava məkanına relyefdən asılı olmayaraq dairəvi müşahidə imkanını təmin edə bilər. Digər tərəfdən isə Ermənistanın Xocalı aeroportunun və hələ təmiri başa çatmayan Qafan aeroportunun istismarına hazırlaşdığı bir dövrdə belə bir addımın atılması bəlkə də aktual səslənə bilər. Təbii ki, bu sistemlər kifayət qədər bahalıdır, onların istismar xərcləri də kiçik rəqəmlə ifadə olunmur. Buna görə də əvvəlcədən komplekslərin alınması və tətbiqi imkanlarına aid bütün detallar ətraflı öyrənilməli və dəyərləndirilməlidir. Komplekslərin mövcud sistemlərə inteqrasiyası, onların qarşılıqlı uyğunlaşdırılması, eşalonlaşdırılmanın xüsusiyyətləri, gələcək hərbi əməliyyatların xarakteri, mübarizə aparılması planlaşdırılan hədəflərin nomenklaturası və s. kimi məsələrə xüsusi diqqət yetirilməlidir. Yalnız bundan sonra yekun qərar verilməlidir. Çünki alınması ilə bərabər, onların hətta qapalı park şəraitində saxlanılması belə müəyyən məsrəflər tələb edir.

Mənbələr:

https://topwar.ru/61344-izrail-sozdal-zheleznyy-kupol-dlya-korabley.html
https://www.bbc.com/russian/news-49144162
https://www.opentv.tv/izrail-ustanovil-zheleznyj-kupol-na-voennyh-korablyah/
http://www.newsru.co.il/israel/18may2016/dome_de_fer_005.html
https://oleggranovsky.livejournal.com/88852.html
http://nvo.ng.ru/armament/2019-10-04/1_1064_kupol.html
http://nevskii-bastion.ru/c-dome/
https://news.walla.co.il/item/3114889
http://cyclowiki.org/wiki/%D0%9C%D0%BE%D1%80%D1%81%D0%BA%D0%BE%D0%B9_%D0%B6%D0%B5%D0%BB%D0%B5%D0%B7%D0%BD%D1%8B%D0%B9_%D0%BA%D1%83%D0%BF%D0%BE%D0%BB

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: C‑Dome   I-Dome   Iron-Dome  

SQ-də "C-Dome" və "I-Dome"lardan istifadə Xəzərdə böyük üstünlüklərə səbəb ola bilər - HƏRBİ EKSPERT

2019/11/81804-1574147130.jpg
Oxunub: 2091     12:09     19 Noyabr 2019    