Lavrov-Paşinyan görüşü necə keçib?

2019/04/10281-1555486514.jpg
Oxunub: 777     15:40     13 Noyabr 2019    
İrəvanda keçirilən Paşinyan-Lavrov görüşünü, Ermənistan hakimiyyəti Ermənistan-Rusiya münasibətlərinin müsbət dinamika və “heç bir problem yoxdur, qardaşlıqdır” kimi vurğulamağa nə qədər çalışsa da, soyuq praqmatik kimi təsvir edilə bilər.

Birincisi, təbrik nitqində Paşinyan artıq Ermənistan-Rusiya münasibətlərindən bəhs edən tərəfdaşlar sözünü işlətməməsini, lakin müəyyən dərəcədə, xüsusən onun və komandasının Moskvaya son müraciətlərinin fonunda tam başa düşülən strateji müttəfiq terminini işlətməsi diqqət çəkdi. Lavrov çıxışında “strateji müttəfiq tərəfdaşlığı” ifadəsini işlədib.

Lavrov Paşinyanın Putinlə dörd dəfə görüşdüyünü elan edəndə, çox güman ki, bir o qədər də baş nazir Medvedevlə görüşdüyü barədə Paşinyan düzəliş edir, Lavrov cavab görüşlərinin tezliyinə işarə edərək hesabı qarışdıra biləcəyini də vurğulayır.

Lavrovun çıxışını adi bir ritual posedur hesab etmək olar. Çünki əsas mövzuları tez bir zamanda sadalamaqla, birgə baş tutan tədbirləri və gələcəkdə keçiriləcək tədbirləri qeyd edərək, əsas mövzulara toxunmadan keçdi. Yuri Xaçaturov ətrafında yaranan vəziyyətdən sonra Ermənistan üçün artıq KTMT-yə sədrliyin kifayət qədər natamam nəticələrlə başa çatacağı məsələsinə, KTMT-nin Bişkekdə keçiriləcək sammitinə toxunulub.

Maraqlıdır ki, Lavrov Qarabağ nizamlanması ilə bağlı fikir mübadiləsi və ya müzakirələr barədə heç nə demədi, lakin bundan öncə müsahibədə problemin həlli ilə bağlı prosesləri olduqca geniş təsvir edib. Ola bilər ki, Ermənistanın Baş naziri ilə ilk görüşü Lavrov üçün tanışlıq xarakteri daşıyırıdı. Bu görüşdə uzun müddətli təcrübəli diplomat Paşinyanın “xəmirinin nədən yoğurulduğunu” və ondan nə gözləməyin mümükün olduğunu başa düşməyə çalışırdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Lavrov   Paşinyan  

Lavrov-Paşinyan görüşü necə keçib?

2019/04/10281-1555486514.jpg
Oxunub: 778     15:40     13 Noyabr 2019    