Türkiyə prezidenti Trampla kritik məsələləri müzakirə edəcək

2019/06/41031-1561451871.jpg
Oxunub: 549     09:27     12 Noyabr 2019    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşəcək.

Məlumata görə, prezidentlər ən yeni qırıcıların, ABŞ və Rusiyanın "Patriot" və S-400 Hava Hücumundan Müdafiə sistemlərinin alınmasını, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Qeyd olunur ki, görüşdə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr də müzakirə olunacaq.

"Bizim hədəfimiz ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır. Həmçinin hərbi sənayedə addımları müzakirə edəcəyik. Çünki "Patriot"u bizə satmadılar, biz alternativi - S-400-ü tapdıq və bu məsələ bitib", - deyə daha əvvəl Ərdoğan jurnalistlərə bildirib.

Bildirilir ki, Ağ Evdə keçiriləcək görüşdə Suriya ilə sərhəd boyu təhlükəsizlik zonasının yaradılması, YPG rəhbərinin təhvil verilməsi, İŞİD-in son durumu, FETÖ ilə mübarizə, F-35 böhranı müzakirə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   ABŞ   Görüş  

Türkiyə prezidenti Trampla kritik məsələləri müzakirə edəcək

2019/06/41031-1561451871.jpg
Oxunub: 550     09:27     12 Noyabr 2019    