Zaxarova: "Lavrovun İrəvanda keçirəcəyi görüşlərdə Qarabağ münaqişəsinin nizamlanması diqqət mərkəzində olacaq"

2019/11/1573217535.jpg
Oxunub: 280     14:51     08 Noyabr 2019    
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrın 10-11-də Ermənistanda rəsmi səfərdə olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, səfər zamanı Rusiya XİN başçısı Ermənistan Baş Naziri Nikol Paşinyan və ölkə prezidenti ilə görüşəcək: "Sergey Lavrov ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla da danışıqlar aparacaq. 2020-2021-ci illər üçün Rusiya və Ermənistan XİN arasında məsləhətləşmər keçiriləcək".

M. Zaxarova Rusiya XİN başçısının Ermənistanda keçirəcəyi görüşlərdə iki ölkə arasında münasibətlər, Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB və digər beynəlxalq birliklər çərçivəsində əməkdaşlıq barədə danışıqlar aparacağını söyləyib: "Lavrovun keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri də daxil olmaqla, regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   XİN   Qarabağ  

Zaxarova: "Lavrovun İrəvanda keçirəcəyi görüşlərdə Qarabağ münaqişəsinin nizamlanması diqqət mərkəzində olacaq"

2019/11/1573217535.jpg
Oxunub: 283     14:51     08 Noyabr 2019    