Amerika Milli Müdafiə Strategiyası və Texnologiya Paradoksu

2019/11/RTS2A-1573214879.jpg
Oxunub: 464     19:07     08 Noyabr 2019    
ABŞ-ın hazırkı milli müdafiə strategiyası texnologiyanın ölkənin gələcək müharibələrində oynaya biləcəyi rola vurğu edir. Xüsusilə bərabər imkanlara sahib rəqiblərə qarşı mübarizədə texnologiyanın son dərəcə əhəmiyyətli olduğu qəbul edilir. Daha çox müdafiə imkanlarına malik və möhkəm ləvazimatların istehsalı ilə informasiya şəbəkələri və kiber imkanlar gələcək döyüş tapşırıqlarının hamısı üçün olmasa da, əksəriyyəti üçün vacib xarakter daşıyacaq.

Buna nişanalma dəqiqliyi, şəbəkə müdafiəsi və hücum üçün süni zəkadan, logistik missiyalar üçün robot və avtonom vasitələrdən, məkanın təsbit edilməsi və naviqasiya üçün süni peyklərdən istifadə daxildir. Belə bir imkanlara diqqət çəkən bir strategiya təkcə məntiqli səslənmir, həm də ABŞ-ın öz hərbi görkəmini saxlamasına imkan verir.

Soyuq Müharibənin sonundan və xüsusilə 11 sentyabr hadisələrindən sonra ABŞ ordusu yeni döyüş ləvazimatları, texnologiyadakı ən yeni nailiyyətlərin mənimsənilməsini nəzərdə tutan şəbəkələri qəbul edərkən, kritik qeyri-texniki taktikalar, texnikalar və prosedurlardan diqqətini yayındırdı. Onların bir münaqişə zamanı daşıya biləcəyi böyük əhəmiyyətə baxmayaraq ABŞ ordusu xəritə ilə işləmə, kompasla naviqasiyanın təyin edilməsi və s kimi məsələlərə Soyuq Müharibədəkindən daha az diqqət ayırdı.

Soyuq Müharibənin sonundan etibarən yaxın rəqiblərin yoxluğu və ABŞ ordusunun qanunsuz silahlılara qarşı aşağı gərginlikli münaqişələrlə məşğul olması ABŞ ordusunun fundamental hərbi bacarıqları arxa plana ataraq, texnologiyaya arxalanmasına gətirib çıxardı. Lakin Rusiya, Çin və İran kimi potensial rəqiblərin yüksəlişi, həmçinin, belə texnologiyaların az qala hamı üçün əlçatan olması bu meylin yanlış olduğunu və bundan sonra daha artıq davam etdirməyin doğru olmayacağını deməyə imkan verir. Buna görə də, ABŞ paradoksal olaraq bir tərəfdən hərbi şəbəkələr və bununla bağlı imkanları daha da təkmilləşdirmək ehtiyacı duyarkən, digər tərəfdən artıq ciddi bir münaqişə baş verəcəyi təqdirdə özünü rəqibsiz hesab edə bilməz.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ  

Amerika Milli Müdafiə Strategiyası və Texnologiya Paradoksu

2019/11/RTS2A-1573214879.jpg
Oxunub: 465     19:07     08 Noyabr 2019    