Ermənistanda “1 Mart” işinə görə peşmançılıqlar artır

2019/11/timth-1573213462.jpg
Oxunub: 493     17:41     08 Noyabr 2019    
Bir neçə ay öncə Ermənistan Xüsusi İstinaq Xidməti “1 Mart” işi çərçivəsində ölkənin İsveç və İslandiyada səfiri olan Aleksandr Arzumanyanı dindirilməyə çağırmağı qərara alıb.

Ordu.az “Past” nəşrinə istinadən xəbər verir ki, Arzumanyanı hələ bir neçə ay bundan öncə dindirilməyə çağırmağı planlaşdırıblar.

Məlumata görə, avqust ayında Arzumanyana bildiriş göndərilib, lakin bir müddət sonra peşman olaraq bu dəvəti ləğv ediblər. Belə bir qərarın nə üçün qəbul olunduğu və Arzumanyanın yenidən dindirilməyə dəvət olunacağı hələki məlum deyil.

Nəşrə görə, Ermənistan parlamentinin sabiq sədri Tiqran Torosyan yaxın günlərdə şahid kimi Xüsusi İstintaq Xidmətində dindirilməyə dəvət olunacaq.

Qeyd edək ki, Arzumanyan 2008-ci il prezident seçkiləri zamanı Levon Ter-Petrosyanın seçki qərargahının rəisi olub və “1 Mart” hadisələrinin əsas oyunçularından biridir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   1-Mart  

Ermənistanda “1 Mart” işinə görə peşmançılıqlar artır

2019/11/timth-1573213462.jpg
Oxunub: 494     17:41     08 Noyabr 2019    