“İrates”: Paşinyan hakimiyyətindən qurtulmağa qərar verilib

2019/11/15403-1573213269.jpg
Oxunub: 493     17:27     08 Noyabr 2019    
“Parlamentdənkənar diqqəti cəlb edən inkişaflar baş verir. Hakimiyyət ictimai əhval-ruhiyyələri silkələyən bu və ya digər problemlərdən qurtulmağa çalışarkən parlamentdənkənar qüvvələr arasında aktiv birləşmə işləri davam edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “İrates” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda danışıqlar və müzakirələr gündəlik xarakter alıb. Bundan başqa, Paşinyan hakimiyyəti daxilində yeraltı “bomba”lar formalaşdırılır və bu “bomba”lar uyğun anda partlayacaq.

“Hakimiyyətin ardıcıl səhvləri və cəmiyyət arasında xəyal qırıqlığının böyüməsi bütün bunlar üçün zəmin yaradır. Məlumatlara görə, hər saniyə daxili-siyasi irəliləyiş ola bilər, çünki “yatmış”, fasilə götürmüş qüvvələr yeni təkanla oyuna daxil olmağa hazırlaşırlar”, - deyə nəşr xüsusi narahatlıqla vurğulayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Böhran  

“İrates”: Paşinyan hakimiyyətindən qurtulmağa qərar verilib

2019/11/15403-1573213269.jpg
Oxunub: 496     17:27     08 Noyabr 2019    