Erməni analitikdən etiraz: “Ya bu hakimiyyəti gəldikləri kimi yola salarlar, ya da ölkədə diktatura qurular”

2019/11/34-1573213016.jpg
Oxunub: 532     16:18     08 Noyabr 2019    
“Bu vəziyyətdən iki çıxış yolu var: ya bu hakimiyyəti gəldikləri kimi yola salarlar, ya da ölkədə diktatura qurular”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni siyasi şərhçi, analitik Andranik Mihranyan bildirib.

Erməni siyasi şərhçi iki il bundan öncə Ermənistanda baş vermiş çevrilişə toxunarkən bildirib ki, hazırda iş yerlərinin olmaması, aşağı maaş ölkədəki vəziyyəti daha da gərginləşdirir.

“İş yerlərinin yoxluğu, aşağı maaş və minlərlə bu kimi problemlər xalqı alovlandırır, xalq tərəfindən sevilən demaqoq rəhbərlər gəlir və deyir ki, bizi seçin, biz hər şey edəcəyik. Bu insanlar hakimiyyətə gəlirlər və birdən məlum olur ki, iş yerləri yaratmaq mümkün deyil, investisiyalar gəlmir. Çünki heç kim ağlını itirməyib ki, bu cür vəziyyətdə investisiya qoysun. Bu vəziyyətdə insanlar sual verməyə başlayırlar: yaxşı, bütün bunlar nə üçün idi? Bizə əmin-amanlıq, iş yerlərinin açılması, müharibənin sonu deyilmişdi”, - deyə Mihranyan bildirib.

Paşinyan və Zöhrabyanın Qarabağla bağlı bəyanatları haqqında danışan analitik bunların həvəskar səviyyədə olduğunu vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

Erməni analitikdən etiraz: “Ya bu hakimiyyəti gəldikləri kimi yola salarlar, ya da ölkədə diktatura qurular”

2019/11/34-1573213016.jpg
Oxunub: 535     16:18     08 Noyabr 2019    