Paşinyanın reytinqi 37 faiz düşüb

2019/11/45645-1573212683.jpg
Oxunub: 526     16:00     08 Noyabr 2019    
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra müxtəlif siyasi qruplar müxtəlif zamanlarda Paşinyanın nə qədər reytinqə malik olduğunu, sakinlərin Paşinyana müxalif olan siyasi qüvvələrə və xadimlərə necə münasibət bəslədiyini başa düşmək üçün sosial sorğular həyata keçirir.

Paşinyana müxalif olan siyasi qruplardan birinin sifariş etdiyi sorğunun nəticələri məlumdur. Bu sorğunun nəticələrinə əsasən, respondentlərin 37 faizi Ermənistan Baş naziri Nikol Paşinyana güvənir.

Lakin bu aşağı reytinq Paşinyana müxalif olan qüvvələri hələ sevindirmir, çünki eyni sorğunun nəticələrinə əsasən, Ermənistanın siyasi həyatında cəmiyyət arasında 10 faizdən artıq etibar qazanmış başqa xadimlər yoxdur.

Bu vəziyyətin nə qədər zaman davam edəcəyini demək çətindir, lakin əminliklə qeyd etmək olar ki, qısa müddət sonra erməni cəmiyyəti başqa lider axtaracaq və həmin lider Paşinyanla əvəz olunacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Reytinq  

Paşinyanın reytinqi 37 faiz düşüb

2019/11/45645-1573212683.jpg
Oxunub: 527     16:00     08 Noyabr 2019    