Ermənistan MN və ORSIS arasında qalmaqal davam edir

2019/11/Orsis-1573212499.jpg
Oxunub: 610     15:30     08 Noyabr 2019    
“Əgər ORSIS şirkəti bu razılaşma ilə bağlı məlumatı birtərəfli qaydada açıqlamaq hüququnu yenidən özündə saxlayırsa, hesab edirik ki, onun razılaşmanın digər tərəfi ilə problemi var, biz isə razılaşmanın iştirakçısı ola bilmirik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Unikum İnjinerinq” şirkətinin ORSIS-Ermənistan Müdafiə Nazirliyi arasında baş verən qalmaqala dair verdiyi açıqlamada bildirilib.

Qeyd edək ki, “Unikum İnjinerinq” şirkəti gecəgörmə avadanlıqlarının tədarük edilməsi məsələsində uzun illər ərzində Ermənistan Müdafiə Nazirliyi ilə əməkdaşlıq edib.

ORSIS şirkəti və Ermənistan Müdafiə Nazirliyi arasında baş verənlərin böyük qalmaqal yaratması ilə bağlı verilən suala şirkətdən cavab olaraq bildirilib ki, qeyd edilən sual onların yurisdiksiyası çərçivəsində deyil.

“Eyni zamanda ORSIS şirkəti və Ermənistan Müdafiə Nazirliyinin qarşılıqlı əlaqələri ilə bağlı deyə bilərik ki, söhbət müqavilə münasibətlərindən gedir və hazırkı vəziyyətdə məcburi şəkildə məlumatı açıqlamamaq müddəları fəaliyyət göstərir. Əgər ORSIS şirkəti bu razılaşma ilə bağlı məlumatı birtərəfli qaydada açıqlamaq hüququnu yenidən özündə saxlayırsa, hesab edirik ki, onun razılaşmanın digər tərəfi ilə problemi var, biz isə razılaşmanın iştirakçısı ola bilmirik”, - deyə şirkətdən bildirib.

“Unikum İnjinerinq” şirkəti ORSIS şirkətinin təklif etdiyi gecəgörmə cihazları və termal nişangahlarında mövcud olan texniki problemlərin aşkar edilərək Ermənistan Müdafiə naziri Davit Tonoyana göndərilməsi ilə bağlı verilən suala cavab verməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   ORSİS   Qalmaqal  

Ermənistan MN və ORSIS arasında qalmaqal davam edir

2019/11/Orsis-1573212499.jpg
Oxunub: 611     15:30     08 Noyabr 2019    