Kalaşnikov Ermənistana satılan silahlar deyərkən nələri nəzərdə tutub?

2019/11/15348-1573210356.jpg
Oxunub: 581     14:52     08 Noyabr 2019    
Bir neçə gün bundan öncə Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikov İrəvanda jurnalistlərə açıqlamasında Rusiyanın heç bir ölkəyə satmadığı silah növlərini Ermənistana satdığını bildirib.

Azərbaycana rus silahının satılması məsələsinə Kalaşnikov münasibət bildirib ki, Rusiya təkcə Azərbaycana yox, həmçinin öz müttəfiqlərinə və tərəfdaşlarına, o cümlədən Ermənistana heç vaxt başqa ölkələrə satmadığı silah növlərini satır.

Xatırladaq ki, bu ilin əvvəlində “Kalaşnikov” konserinin yeni AK-12 50 silahlarını Ermənistana tədarük edəcəyi məlum olub. Ötən ilin avqustunda da “Royalsys Engineering LTD” şirkətinin sədri Davit Qalstyan və “Kalaşnikov” konserinin direktor müavini Andrey Barişnikov Ermənistanda “Kalaşnikov”un yeni AK-12 və AK-15 modellərinin istehsalının əsasını qoymaq məqsədilə müqavilə imzalayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: AK   Ermənistan   Kalaşnikov  

Kalaşnikov Ermənistana satılan silahlar deyərkən nələri nəzərdə tutub?

2019/11/15348-1573210356.jpg
Oxunub: 582     14:52     08 Noyabr 2019    