Qazaxda "Qarabağ Azərbaycandır!" devizi altında bayraq yürüşü başlayıb – FOTOLAR

2019/11/74178-3146418826.jpg
Oxunub: 971     14:21     08 Noyabr 2019    
Qazaxda "Qarabağ Azərbaycandır!" devizi altında bayraq yürüşü başlayıb.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, aksiya iştirakçıları Qazax şəhəri Şəhidlər xiyabanına toplaşıblar.

Yürüşü açıq elan edən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu yürüşün niyə məhz "Qarabağ Azərbaycandır!" adlandırılması ilə bağlı açıqlama verib.

Rayon rəhbəri bildirib ki, Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışı bir daha onu deməyə əsas verir ki, Qarabğ və ətraf yeddi rayonun geri qaytarılması artıq çox yaxınlaşıb.

“Ali Baş Komandanın apardığı daxili və xarici siyasət, həmçinin orduda apardığı islahatlar da Qarabağ həsrətimizə tezliklə son qoyulacağına əminlik yaradır. Məhz buna görə də bu yürüş "Qarabağ Azərbaycandır!" adlandırıldı”, - deyə o qeyd edib.

Daha sonra çıxış edənlər də ordu quruculuğundan söz açıblar. Bildiriblər ki, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təşkil olunan, bayraq gününə həsr olunan aksiya "Avtoyürüş" Qazaxda şəhərin mərkəzində yaradılan Şəhidlər xiyabanından start götürüb.

Kampaniyanın keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu nümayiş etdirməkdir. Qazilər avtoyürüşə dövlət tərəfindən verilən avtomillərlə qatılıb. Üzü Gəncə istiqamətində hərbçilərin müşayiəti ilə yola düşən karvana Ağstafa, Tovuz və Şəmkirdən də avtomobil karvanı qoşulub. Yürüşdə hər rayonun Rayon İcra Hakimiyyətinin rəhbər və əməkdaşları, Müdafiə Nazirliyinin bir qrup rəsmisi,hərbçilər, rayon ziyalıları, müəllim və şagird kollektivləri və mətbuat nümayəndələri iştirak edirlər.

Yürüş Gəncədəki “N” saylı hərbi hissələrin birində başa çatacaq.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Qazax   Qarabağ-Azərbaycanındır  

Qazaxda "Qarabağ Azərbaycandır!" devizi altında bayraq yürüşü başlayıb – FOTOLAR

2019/11/74178-3146418826.jpg
Oxunub: 972     14:21     08 Noyabr 2019    