Azərbaycan nasizmin tərənnümünü pisləyən qətnaməni dəstəkləyib

2019/10/un-su-1571461787.jpg
Oxunub: 346     14:10     08 Noyabr 2019    
Azərbaycan Rusiyanın təşəbbüsü ilə BMT Baş Asambleyasının 3-cü Sosial və Humanitar Komitəsində müzakirəyə çıxarılan nasizmin tərənnümünü pisləyən qətnamə layihəsini dəstəkləyib.

Ordu.az xəbər verir ki, “Nasizmin tərənnümünə, neo-nasizmə, irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiya və onunla bağlı dözümsüzlüyün artmasına rəvac verən digər fəaliyyət növlərinə qarşı mübarizə” adlı qətnaməyə 55 üzv bitərəf qaldığı halda, 2 əleyhinə verilən səsə qarşı 121 səslə qəbul olunub.

“İkinci Dünya müharibəsinin yekunlarını dəyişdirilməsinin, bu müharibə zamanı törədilmiş insanlığa qarşı və hərbi cinayətlərin inkarının qarşısını almaq məqsədi ilə həm də qanunçuluq və təhsil sahələrində, insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklərinə uyğun olaraq” üzv ölkələrə müvafiq tədbirlər görməyi tövsiyə edən sənəddə nasizmin tərənnümü və təbliğatı ilə bağlı hallar qətiyyətlə pislənilir, dövlətlər bütün müvafiq vasitələrlə, o cümlədən lazım gələrsə qanun yolu ilə irqi ayrı-seçkiliyin bütün növlərini aradan qaldırmağa təkidlə çağırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Nasizm   BMT  

Azərbaycan nasizmin tərənnümünü pisləyən qətnaməni dəstəkləyib

2019/10/un-su-1571461787.jpg
Oxunub: 349     14:10     08 Noyabr 2019    