Ermənistan İK öldürülərək neytral zonaya atılan erməni əsgərlə bağlı yalan bəyanat yayıb

2019/03/Talis-1553662081.jpg
Oxunub: 691     15:11     08 Noyabr 2019    
2000-ci il təvəllüdlü Volodya Qaloyan iyul ayında işğal altında olan Hadrut yaşayış məntəqəsində dislokasiya olunan hərbi hissədə öldürülüb. İlk gündən onun ölümü intihar kimi qələmə verildi. Bildirilirdi ki, post başçısı Roland Stepanyanla mübahisədən və ona atəş etdikdən sonra, bu hadisəni həzm edə bilməyən Qaloyan neytral zonaya keçərək orada intihar edib.

“Erməni hərbi qulluqçusunu öldürüb, cəsədini neytral zonaya atıblar” başlıqlı ötən məqalədə faktlarla istintaqı aparan müstəntiqlərin saxtakarlığa yol verdikləri əsaslı şəkildə sübut edildi. Bununla müstəntiqlər tərəfindən Qaloyanın qətlinin intihar kimi qələmə verilməsinə cəhd edildiyi ortaya qoyulub.

Xüsusilə həmin məqalədə qeyd olunub ki, məhkəmə tibbi ekspertizanın rəyinə görə, Qaloyanın bədənində 22 xəsarət izi aşkarlanıb. Ancaq meyitin xarici görünüşünə baxış keçirən mütəxəssis cəmi 1 xəsarət barədə məlumat verib. 2-ci qarnizon hərbi prokurorluğunun istintaq rəisi M.Şirvanyanın mütəxəssisə əsgər Qaloyanın neçə güllə nəticəsində öldüyü barədə sual vermədiyi də qeyd edilib.

Bildirilib ki, guya müstəntiqlər Qaloyanın meyitini neytral zonada, plaş çadıra bükülmüş halda, yanında avtomat silahı olmaqla aşkar ediblər. Lakin onun çevrəsində, altında heç bir qan izi aşkar edilməyib. Digər əsgərlərin silahlarının ekspertizası həyata keçirilməyib. Qaloyanın kimin silahından açılan atəş nəticəsində öldüyünü müəyyən etmək üçün müstəntiqlər silahların ekspertizaya göndərilməsini məcbur təmin etməli idilər.

Məqalənin dərc edilməsindən sonra Ermənistan İstintaq Komitəsi bəyanat yayaraq, qeyd edilən faktları təkzib etməyə çalışıb.

“Qaloyanın meyitinin məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, onun ölümünə başından dəlib keçən odlu silah yarasının nəticələri ilə bağlı olan kobud bədən xəsarətləri və odlu silahdan yaralanması səbəb olub. Qaloyanın meyitinin ekspertizası zamanı odlu silah yarasından başqa 3 cızıq və 1 yara aşkar edilib. Bu xəsarətlər odlu silah yarasına xarakterik hal deyil. 2 xəsarətin yetirilmə müddəti 2-3 gün öncəyə təsadüf edir. Digər 2 xəsarət isə 1 sutka müddəti daxil olmaqla saatlar öncə yetirilmiş ola bilər. Qeyd edilən xəsarətlər canlı insanda yüngül xəsarət işarələri hesab edilə, ölümə səbəb olması ilə də əlaqələndirilə bilməz. Digər xəsarətlər odlu silah yaralanmasından sonra meydana gələn xəsarətlərə uyğundur”, - deyə İstintaq Komitəsi bildirib.

0956/12 məhkəmə tibbi ekspertizasının rəyində göstərilən məlumatlara əsasən hərbi qulluqçu Valodya Qaloyanın bədənində aşkarlanan 22 xəsarətlə bağlı istintaq komitəsi araşdırma işləri aparmayıb. Kimlər tərəfindən niyə ölümündən qabaq hərbi qulluqçunu amansızcasına döydüklərinin səbəbini və kimliyini, daha sonra onun meyitinin neytral zonaya kimlər tərəfindən aparılmasını araşdırmayıb.

Erməni hüquq müdafiəçisi, kriminalist Ruben Matevosyan cinayət materialları ilə tanış olmaqla yanaşı xəsarətlərin yetirilmə anlarını izah edir.

Vəkil onun aşağı orqanlarında, alın nahiyəsində, döş qəfəsində arxa tərəfində, dabanlarında, biləklərində, yan tərəflərində xəsarətlər aşkarlandığını qeyd edir.

Matevosyanın sözlərinə görə, elə yalnız adları çəkilən bədən nahiyyələri xeyli hissə təşkil edir. Ancaq İstintaq Komitəsi yalnız 4 xəsarət barədə məlumat verir. Demək olar ki, əslində Qaloyan bədənin bütün nahiyyələrindən xəsarət alıb. O, Qaloyanın işi üzrə cinayətkar istintaq aparıldığını iddia etməyə davam etdiklərinə qəzəblənib. Matevosyan bütün şahidlərin məlum səbəblərə görə yalan ifadə verdiklərini qeyd edir. O, bir şillədən 22 xəsarət meydana gələ biləcəyinin yalan olduğunu sübut etməyə zərurət olmadığını qeyd edib.

Biq qayda olaraq, ekspertiza təyin edilərkən müstəntiq cavabını öyrənmək istədiyi sualları qeyd edir və bu sualların cavabı üzrə ekspertiza öz rəyini verir. Odlu silah yarasından baş verən ölüm hallarında müstəntiqin verməli olduğu məcburi suallar siyahısı var. Məsələn xəsarətin odlu silahdan, yoxsa qəlpədən əmələ gəldiyi, növü və kalibri müəyyən edilməlidir. Atəşin bir növ kalibrdən aparıldığı, yoxsa bir neçə növ kalibrdən açılan atəşlə xəsarət yetirildiyi müəyyən olunmalıdır.

“24 illik təcrübəmdə bu, müstəntiqin ekspertdən Qaloyanın ölümünə səbəb olan odlu silah atəşinin bir və ya bir neçə silahdan aparılmasını soruşmadığı ilk hadisədir. Yaxud 2-ci qarnizon hərbi prokurorluğunun istintaq rəisi cənab Şirvanyan tutduğu vəzifəyə uyğun deyil. Yaxud da İstintaq Komitəsi 0956/12 nörməli ekspert rəyindəki məlumatları dəyişdirib. Giriş hissəsində iki odlu silah dəliyi, yəni Qaloyan ən azı açılan iki atəş nəticəsində qətlə yetirilib, bu faktdır”, - deyə Matevosyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İntihar   Cinayət  

Ermənistan İK öldürülərək neytral zonaya atılan erməni əsgərlə bağlı yalan bəyanat yayıb

2019/03/Talis-1553662081.jpg
Oxunub: 692     15:11     08 Noyabr 2019    