Yaponiya pilotlara görə ABŞ-ı xəbərdar edib

2019/11/17061-1573199113.jpg
Oxunub: 569     16:44     08 Noyabr 2019    
Yaponiya Müdafiə Nazirliyi ölkədə yerləşən Amerika qoşunlarını öz təyyarələrinin təhlükəsizliyini təmin etməyə çağırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb keçən il baş verən ölümcül bir qəzada iştirak edən ABŞ-ın dəniz korpusundan olan pilotların uçuş zamanı selfi çəkməsi və kitab oxuması kimi kadrların ortaya çıxması olub.

ABŞ ordusunun 2018-ci ilin dekabr ayında baş verən qəzası ilə əlaqədar istintaq hesabatı bölmənin pilotları arasında geniş yayılmış qanun pozuntularını ortaya çıxarıb.

Qeyd edilir ki, bu cür pozuntulara həddindən artıq narkotik və spirtli içki istifadə, təlim və əməliyyatlar zamanı təməl qaydalara riayət etməmək və s. aid edilib.

Məlumata görə, uçuş zamanı pilotların selfi çəkilməsi ilə bağlı kadrları sosial şəbəkələrdə yayıldıqdan sonra dörd zabit vəzifəsindən azad edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaponiya   ABŞ  

Yaponiya pilotlara görə ABŞ-ı xəbərdar edib

2019/11/17061-1573199113.jpg
Oxunub: 570     16:44     08 Noyabr 2019    