Rus optik cihazları ilə görünməyən “torbadakı pişik” - ORSİS qalmaqalı (ANALİZ)

2019/11/32450-1573196351.jpg
Oxunub: 3685     10:59     08 Noyabr 2019    
ORSİS qalmaqalı daha çox Paşinyanla Sarkisyan arasında qızışan biznes davasına oxşayır…

“Nə səndədir, nə məndə…”

Rusiyanın əsas silah istehsalçılarından sayılan “Promtechnology” şirkətlər qrupuna daxil olan ORSIS şirkəti ilə Ermənistan Müdafiə Nazirliyi arasında silah tədarükünə dair tenderin ləğvindən sonra yaranan qalmaqalın hələ də pərdəarxası məqamlarına işıq düşmür. Maraqlıdır ki, məsələ ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin "vəzifə səlahiyyətlərinə səhlənkar yanaşma" maddəsi ilə cinayət işi açılıb. Amma istər Müdafiə Nazirliyi, istərsə də Ermənistan İstintaq Komitəsi sözügedən cinayət işinin konkret kimin və ya kimlərin barəsində açıldığı haqda heç bir məlumat vermir. Amma bu məsələni diqqət mərkəzində saxlayan media nümayəndələrinə ORSİS-dən bildirilib ki, Ermənistan tenderdə iştirak üçün zəruri sənədlərin şirkət tərəfindən təqdim edilmədiyini əsas gətirib və onlardan yüz minlərlə dollar bank zəmanəti cəriməsini ödəməyi tələb edib.

Ermənistan Müdafiə Nazirliyindən isə deyilib ki, Ermənistan İstintaq Komitəsi ORSİS-in məhkəməyə müraciəti ilə bağlı təfərrüatları öyrənmək üçün nazirliyə sorğu göndəib. Bütün hallarda prokurorluq və Müdafiə Nazirliyi məsələyə şərh verməkdən imtina edib.

Nə məhkəmə, nə anlaşma…

Yalnız Ermənistan MN-in mətbuat katibi Artsrun Hovhanisyan təmsil etdiyi nazirliklə sözügedən şirkət arasında məhkəmə predmetinin olub-olmaması məsələsini şərh edərək deyib ki, hərbi sursat tədarükü ilə bağlı tenderin iflasa uğraması üzündən rus və erməni xəbər mənbələrində ORSİS-in MN-i məhkəməyə verməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir: “Nə onlar MN-ə qarşı, nə də MN-in onlardan hər hansı birinə qarşı məhkəmə iddiası yoxdur. Müvafiq orqanlardan dəqiqləşirilməsi mümkün olan cinayətlər işləri var”.

Amma hər iki tərəfin detallı açıqlama verməməsinə rəğmən ortada diqqət çəkən xeyli məqam mövcuddur. Maraqlıdır ki, tender ləğv edilənə qədər uzun illərdir Ermənistan Müdafiə Nazirliyini müxtəlif növ silah və sursat çeşidləri iləm təmin edən ORSİS-in bu ölkədə törəməsi hesab edilən ORSİS ARMS şirkəti də 2016-cı ildə yarandıqdan bir il sonra Ermənistana silah və sursat tədarükündə iştirak edib. Məlum insidentin törəndiyi vaxta qədər isə ORSİS ARMS-a hazırda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi topoqrafiya şöbəsinin rəisi olan polkovnik Artur Qalstyan və istefaya buraxılmış polkovnik Qevork Manukyan rəhbərlik edib. Qalmaqal meydana gəldikdən sonra ORSİS ARMS-ın rəhbərliyi bu gün də həmin şirkətin vəkili və hüquqşünası olan Aleksandr Sirunyanın həyat yoldaşı Verginia Sarksyana ötürülüb.

Silah biznesindəki “kilid-açar” zabitlər…

Vəkil tender skandalı ilə bağlı açıqlamasında, həm Ermənistan Müdafiə Nazirliyinin dediyi kimi, ORSİS-in saxta məhsul tədarükü haqda deyilənləri cəfəngiyyat adlandırıb, həm də şirkətin həyat yoldaşı V. Sarkisyanın adına keçirilməsini MN-in zabiti Artur Qalstyanı qorumaq məqsədilə əlaqələndirib. A. Sirunyanın bu açıqlamasından belə başa düşülür ki, ORSİS-in Ermənistan MN-də güclü dayaqları var və bu şirkətin uzun illərdir müdafiə nazirliyinin silah tədarükündə rəqibsiz iştirakı heç də təsadüfi deyil.

Başqa bir dövlətə məxsus silah şirkətinin yerli törəməsinə ölkənin əsas güc strukturu olan bir nazirliyin yüksək rütbəli zabiti rəhbərlik edirsə, deməli söhbət burada həm də çox geniş biznes maraqlarından və Ermənistan MN-də ciddi qruplaşmaların olmasından xəbər verir. A, Sirunyanın açıqlamasında xüsusi bir məqam da yer tutur. Bu, Ermənistan müdafiə nazirinin müavini Makar Qəmbəryanın tenderin ləğvindən dərhal sonra ORSİS-ə göndərdiyi ismarıclardır. Vəkilin sözlərinə görə, nazir müavini şirkətlə danışığa adam göndərərək, tenderin ləğvindən şikayət verilməməsini və hər şeyi sıfırlayıb işə yenidən baxılmasını istəyib. Bu da öz-özlüyündə onu göstərir ki, 2018-ci ilin mayında bu posta təyin edilən M. Qəmbəryan silah ticarətindən gəlir əldə etmək imkanına ya tam sahib çıxmaq, ya da ən pis halda şərik olmaq fikrinə düşüb.

Amma nazir müavinin bu istəyini cavabsız qoyan şirkət rəhbərliyi MN-lə yaranan qalmaqalın ardınca Artur Qalstyanı nazirlikdəki postunu itirməməsi üçün dərhal ORSİS ARMS-da tutduğu vəzifədən uzaqlaşdırır. Bu isə ORSİS-in vəziyyət sabitləşənə qədər Ermənistan Müdafiə Nazirliyindəki adamlarını itirmək istəmədiyini ifadə edir. Görünür ki, nazirliyin yüksək rütbəli zabiti Artur Qalstyan nazirlikdə ORSİS-in maraqlarını müdafiə edən yeganə şəxs deyil və ya o, “aysberqin görünən tərəfi”dir. Çünki, o, Qəmbəryana qarşı çıxan şirkətin adamı kimi nazir müavini tərəfindən dərhal “zərərsizləşdirilməli” idi. Digər tərəfdən də “tender işi” ilə bağlı qaldırılmış cinayət işində A. Qalstyanın adının keçməməsi və ya hallandırılmaması kifayət qədər düşünüdürücüdür…

Optik cihazlarla da görünməyən “torpadakı pişik”

Məlum qalmaqalla bağlı ən maraqlı məqamlardan biri isə Ermənistanda fəaliyyət göstərən başqa bir hərbi sənaye şirkətindən verilən açıqlamadır. Belə ki, 2013-cü ildə Ermənistanda yaradılmış və elektro-optik cihazların tədarükü ilə məşğul olan “Unikum ARM” Acıq Səhmdar Cəmiyyətinin nəzdinində 2016-cı ildə təsis olunmuş “Unikum İnjenerinq” MMC-nin ORSİS ARMS-la birgə tenderdə iştirak etmək üçün təklif irəli sürməsi, amma hansısa səbəbdən onun tenderdən kənarda qalması diqqət çəkir.

“Unikum ARM” kompaniyası Ermənistan Müdafiə Nazirliyinin optik nişangahlar, termal görmə cihazları ilə təchiz edilməsində pay sahibidir. Bu şirkət əsas qəragahı Amerika Birləşmiş Ştatlarının Oreqon ştatında yerləşən FLIR sistemli görmə cihazları istehsal edən “Armasight Inc.” kompaniyasının Ermənistandakı rəsmi distribütorudur. Məlum tenderdə iştirak məsələsində ORSİS-lə rəqabətə tab gətirməyən bu qurumun nümayəndəsi müdafiə naziri Davit Tanoyanla görüşüb. “Unikum ARM”ın törəməsi olan “Unikum İnjereninq”in yaradıcısı Vardan Balayan məsələyə münasibət bildirərkən deyib ki, müdafiə naziri ilə görüşdə nədən danışdıqları haqda heç nə deyə bilməz.

Diqqət çəkən daha bir məqama toxunaq. Mərkəzi ofisi ABŞ-da yerləşən “Armasight Inc.” kompaniyasının Ermənistandakı rəsmi distribütoru “Unikum ARM”ın törəməsi olan “Unikum İnjenerinq” Rusiyanın elektro-optik və termal görmə cihazları istehsal edən “Katod” şirkətinin Ermənistandakı rəsmi distribütorudur.

Nikol Paşinyanın Serj Sakisyana açdığı biznez “atəşi”

Yenidən qayıdaq ORSİS ARMS-a. Bu şirkət 2016-cı ildə “Promtechnology”nin rəhbərliyi ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında reallaşan görüşdən sonra yaradılıb və 2017-ci ildən bu ölkənin müdafiə nazirliyinin silah tenderlərində iştirak etməyə başlayıb. Qəribədir ki, şirkət qatıldığı bütün tenderlərdə həmişə rəqib tanımadan önə çxıb.

Amma Paşinyanın hakimiyyəti dövründə Amerikaya bağlılığı ilə tanınan “Unikum ARM”ın Davit Tanoyana şikayətindən sonra ORSİS-in qalib gəldiyi tenderin birdən-birə ləğvi deməli, təsadüf ola bilməz. Görünür ki, Paşinyanın komandası münbit şəraitdən sui-istifadə edərək Sarkisyana bağlılığı ilə tanınan ORSİS ARMS-ı silah tədarükü tenderlərindən uzaqlaşdırıb, bu dövriyəyə özlərinə yaxın şirkətləri cəlb eləmək və sabiq prezidentin biznes imkanlarını və hakimiyyətə təsir rıçaqlarını tamamilə sıradan çıxarmağa çalışır. Onu da deyək ki, bu məsələ Ermənistanda ORSİS tərəfindən tikilməsi nəzərdə tutulan patron zavodunun inşasını da sual altına almağa başlayıb. Bu fakt da Sarkisyana növbəti zərbə kimi dəyərləndirilə bilər.

Daha bir incə nüansdan da yan keçməyək. “Unikum ARM” öz törəmə şirkəti vasitəsilə həm də Rusiyanın başqa bir böyük silah istehsalatçısına- optik, elektro-optik, termal və lazer görmə cihazlarının tədarükü ilə məşğul olan “Katod” kompaniyasına bağlıdır. Məlum qalmaqal məsələsində “Katod” və ORSİS arasında rəqabətin işartılarını da axtarmaq yerinə düşə bilər. Mümkündir ki, “Katod” öz rəqibini Ermənistan bazarında sıxışdırmaq üçün müxtəlif yollara əl atsın. Hətta bu şirkət Ermənistan hərbi rəhbərliyinin maraqlarını təmin etmək üçün onları gəlirin müəyyən hissəsinə sahib çıxmasına sövq etməklə ORSİS-i ofsaydda qoymağa çalışa bilər.

Ermənistan Müdafiə Nazirliyindən “Roskosmos”a atılan daş

Avropa və Rusiyanın müxtəlif xəbər qaynaqları ORSİS-in Rusiya Baş nazirinin sabiq müavini, hazırda “Roskosmos”un direktoru və rəsmi Moskvanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozinə bağlı olduğuna dair məlumatlar yayırlar. Yaxın vaxtlara qədər Roqozinin oğlu Aleksey Roqozin ORSİS rəhbərlərindən biri olub və atasının iradəsi ilə vəzifədən gedib. Roqozinin oğlunu ORSİS-in rəhbərliyindən uzaqlaşdırsa da, onun yerinə Roman adlı qohumunu gətirdiyi deyilir.

Maraqlı sual yaranır: “Tender işi” ilə Roqozini nə bağlaya bilər?!

Xatırladaq ki, Roqozin Azərbaycana isti münasbət bəsləyən məmur kimi yadda qalıb, onun Rusiya və Azərbaycan arasında silah ticarətinin həcminin çoxalmasında xüsusi rolu var. ORSİS Roqozinə bağlı olduğu halda, Ermənistanın düşmən hesab etdiyi ölkə ilə yüksək əlaqələrə malik olan şəxsin silah şirkəti ilə böyük həcmli müqavilə bağlaması inandırıcı görünmür. Bir sözlə, məlum tender qalmaqalı, iki ölkə arasında yalnız ticari anlaşılmazlıq kimi nəzərdən keçirilməməlidir. Prosesin Rusiyanın müxtəlif nüfuzlu agentlikləri tərəfindən "nota hədəsi" ilə siyasi müstəviyə keçməsi, regionda geopolitik maraqların konturlarını açıq-aşkar üzə çıxarır.

Bir az əvvələ qayıdıb, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin ötən il diplomatik missiyasını başa vurub ölkəsinə qayıtmaq ərəfəsində verdiyi maraqlı açıqlamanı, ardınca isə Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun bu ölkəyə səfərini xatırlayaq. Onun, Ermənistanı Moskva ilə dostluqdan imtina etməyə çağırışını və ABŞ silahını reklam etməsini, Ermənistanın Rusiyadan almalı olduğu silah əvəzinə, ABŞ istehsalı olan silahlara daha çox maraq göstərmək istiqamətindəki sətirüstü mesajlarını da, yuxarıda sadalananlarla birgə yada salmaq bəs edər ki, Ermənistan MN-in ORSİS-ə buynuz çıxarmasının səbəblərində kələfin ucunu tapmaq mümkün olsun.

Hərbi-siyasi təhlilçi Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Tender   ORSİS   Qalmaqal  

Rus optik cihazları ilə görünməyən “torbadakı pişik” - ORSİS qalmaqalı (ANALİZ)

2019/11/32450-1573196351.jpg
Oxunub: 3686     10:59     08 Noyabr 2019    