Heç nə bu kəşfiyyat təyyarələrindən daha sürətli deyil

2019/11/SR-71-1573127280.jpg
Oxunub: 695     17:47     07 Noyabr 2019    
Max 3,2 sürətlə uçmaq qabiliyyətinə malik SR-71 “Blackbird” istifadədə olduğu dövrün ən sürətli təyyarəsi idi. O, Soyuq Müharibənin sonlarına yaxın istifadədən çıxarılan zaman belə onun sürətinə çata bilən ikinci bir təyyarə yox idi.

“Blackbird” ilkin olaraq 1990-ci ildə, Sovet İttifaqının dağılmasından az öncə təqaüdə çıxdı. Nəhayət Konqresin təkidi ilə ABŞ HHQ bu təyyarələrin üçünü qısa müddətliyinə, 1995-1998-ci illərdə yenidən istifadəyə verdi. 1999-cu ildə NASA təyyarə ilə tədqiqat missiyası həyata keçirdi və sonda o, başqa bir təyyarə ilə əvəzlənmədən istifadədən tamamilə çıxarıldı. Bəs niyə?

SR-71 analoqsuz imkanlar təmin etsə də, ən böyük problemi çox yüksək xərcləri idi. Üstəlik ABŞ HHQ təyyarənin yeni nəsil Sovet HHM sistemlərinə qarşı mübarizədə sağ qala biləcəyindən şübhəli idi. Əslində struktur bu səbəblərdən dolayı Konqresin təkidinə qarşı xeyli etiraz da etmişdi.

Bu təyyarələrin istifadəsinin dayandırılması qərarı bir neçə faktora əsaslanırdı. Dövrün HHQ komandanı Larri Uelç bildirirdi ki, kəşfiyyat peyklərinin imkanlarının artması ilə SR-71-lər Sovetlərin SAM-5 yer-hava raketləri qarşısında aciz qala bilər. Eyni zamanda onların baxımı xeyli baha başa gəlir. Hələ Reyqan administrasiyasının HHQ komandanı Edvard Oldric bildirmişdi ki, bir SR-71 eskadrilyasının saxlanmasına çəkilən vəsaitlə iki taktiki qırıcı eskadrilyası saxlamaq olar.

Bəzi hesablamalara görə, SR-71-in bir saatlıq uçuşuna 200 min dollar xərclənirdi. Bu xərcin bir hissəsi ondan dolayı idi ki, o kiçik ixtisaslaşmış eskadrilya idi. Az sayda belə təyyarənin istehsalı və onun unikal dizaynı baxımını da baha edirdi. Onun saxlanması üçün həm də ixtisaslaşdırılmış logistik təlim tələb olunurdu ki, bu da 1989-cu ildə saatda 18 min dollara başa gəlirdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   HHQ  

Heç nə bu kəşfiyyat təyyarələrindən daha sürətli deyil

2019/11/SR-71-1573127280.jpg
Oxunub: 696     17:47     07 Noyabr 2019    